Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanAğkilsə (Qaraqoyunlu)

Haqqında[redaktə]
Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 30 km cənubda, azərbaycanlılar yaşamış kənd. Polad meşə təsərrüfatına birləşdirilmişdir. Azərbaycanlı əhalisi 1906-cı ildə 79, 1931-ci ildə 166, 1970-ci ildə 222 nəfər olub.

Tarixi[redaktə]
Ağkilsə kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Ardı »

Qərbi AzərbaycanElmar Şərifov

Şərifov Elmar Yəhya oğlu - Azərbaycan Tibb Universitetinin müəllimi, tibb üzrə fəlsəfə doktoru.

Həyatı[redaktə]
Şərifov Elmar Yəhya oğlu 22 mart 1969-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Güney (Satanağaç) kəndində anadan olmuşdur. 1976-1986-cı illərdə Güney kənd orta məktəbində oxumuş və 1986-cı ildə həmin məktəbi gümüş medalla bitirmişdir.

1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə qəbul olmuşdur. 1987-1989-cu illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 1994-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirərək "ümumi cərrah" ixtisasına yiyələnmişdir. ATU-nun Elmi Şurasının qərarı ilə ATU-nun cərrahi xəstəliklər kafedrasında klinik ordinaturada saxlanmışdır.

1996-cı ildə Azərbaycan Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılaraq həkim kimi fəaliyyət göstərmişdir. 2000-ci ildən Ardı »

Qərbi AzərbaycanAşıq Bəhmən Göyçəli

Həyatı[redaktə]
Aşıq Bəhmən Göyçəli 1 may 1901-ci ildə Göyçənin qədim Söyünquluağalı (Nərimanlı) kəndində anadan olub.

Yaradıcılığı[redaktə]
Ədəbiyyat tarixində həm şair, həm də ustad aşıq kimi tanınan Bəhmən Göyçəlinin işıq üzü görən “Vətən, küsmə məndən” [22-22] kitabında zəngin irsindən yalnız 25 qoşması, 7 gəraylısı, 9 təcnisi, 18 divanisi, 14 müxtəlif şeiri, Aşıq Alının, Xəstə Qasımın, Növrəs İmanın qıfılbəndlərinin açması, 17 deyişməsi, 1 meracnaməsi, ”Əfqan və Tufan”, ”Bəhmən və Humay” dastanları toplanıb çap olunmuşdur. Ardı »

Qərbi AzərbaycanMaqsud Cəlilov

Həyatı[redaktə]
Maqsud Cəlilov 1935-ci il mayın 2-də əzəli Azərbaycan torpağı olan Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir. Orta məktəbin 4-5-ci siniflərini bir ildə tamamlayaraq, məktəbi bitirdikdən sonra Qazax 2 illik Müəllimlər İnstitutuna daxil olmuşdur. Sonradan İnstitut Şəki şəhərinə köçürülmüşdür. Şəki Müəllimlər İnstitutunu bitirib Lənkəran rayonunun Şağlaser kəndində bir il müəllim işlədikdən sonra Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Tarix-Filologiya fakültəsinə daxil olmuşdur. İnstitutda oxuduğu müddətdə "Lenin" adına təqaüd almış, 1960-cı ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra doğma kəndinə qayıtmış, əvvəlcə kənd orta məktəbində müəllim, sonra isə rayon qəzetində müxbir işləmişdir.

1966-cı ildə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə institutunun aspiranturasına daxil olmuş, Ardı »

Qərbi AzərbaycanElxan Həsənov (general)

Həyatı[redaktə]
Həsənov Elxan İslam oğlu 1959-cu ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir.

1980-1982-ci illərdə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçmişdir. 1986-cı ildə daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır. Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin şöbə rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində işləmişdir.

İctimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və xidməti vəzifəsinin yerinə yetirilməsində xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2002-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilmiş, 2009-cu ildə polis general-mayoru xüsusi rütbəsi verilmişdir.

Ailəlidir, iki övladı var. Ardı »

Qərbi AzərbaycanTalin kəndləri

Talin rayonuAdyaman • Alagöz • Aşağı Ağcaqala • Aşağı Qaraqoymaz • Aşağı Pirtikan • Aşağı Talin • Aşna • Aynalı • Bəysiz • Boğutlu • Dayan • Dədəli • Düzkənd • Əgərək • Əhəngçi • Əylənli • Gəlto • Gözlü • Haqqa • İrind • Qabaqtəpə • Qaraburun • Qaraqulaq • Qılçatax • Qırmızılı • Quldərviş • Mehriban • Məsdərə • Pirmələk • Sabunçu • Siçanlı • Susuz • Şıxhacı • Tilik • Yaşıl • Yeni Ərtik • Yuxarı Ağcaqala • Yuxarı Qaraqoymaz • Yuxarı Pirtikan • Yuxarı Talin • Zərincə • Zorba Ardı »

Qərbi AzərbaycanOxtar

Oxtar (erm. Օխտար) və yaxud Oxdar — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində Qafan şəhərindən 15 km məsafədə yerləşən kənd.

Kənd Oxtar çayının sol sahilində dağlıq-meşəlik ərazidə yerləşir.
Tarixi[redaktə]
Qafqazın 5 verstlik xəritəsində Zəngəzurda Oxtar adlı iki kəndin olduğu göstərilir: Yuxarı Oxtar, Aşağı Oxtar. Görünür, sonralar bu iki kənd birləşdirilməsindən Oxtar kəndi yaradılıb.

Etimologiyası[redaktə]
Toponim qədim türk dilində «boy, qəbilə» mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. «Tayfa», «tayfa ittifaqı» mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Kəndin toponimləri[redaktə]
Yel piri
Şərəfverdi
Yalzəmi
Midəm düzü
Tumuyeri
Sarıbayır
Çömçəbulaq
Zoğallar bulağı
Çanqıllı
Oğlannıca yaylağı və s.
Folkloru[redaktə]
Açması “dəyirman” olan tapmacanın Oxtar Ardı »

Qərbi AzərbaycanAlqış Həsənoğlu

Alqış Həsənoğlu — filologiya elmləri namizədi, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı.

Həyatı[redaktə]
1969-cu ildə Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndində anadan olub. Ermənistandan azərbaycanlıların deportasiya olunması nəticəsində 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmək məcburiyyətində qalıb.

1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Tələbəlik illərindən - 1993-cü ildən "Yeni Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. 1997-2008-ci illərdə bu qəzetin baş redaktoru olub. Azərbaycan Respublikası II çağırış Milli Məclisin deputatı seçilib.

I, II, III qurultaylarda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilib.

Filologiya elmləri namizədidir. Evlidir, bir oğlu, bir qızı var. Ardı »