Qərbi Azərbaycan → Böyük Vedi
Tarixi[redaktə]
Böyük Vedi - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda yaşayış məntəqəsi şəhər tipli qəsəbə. Vedi rayonunun mərkəzi. Vedibasar çayının yanında yerləşir.
1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə (143, s.172), 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.51), Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Burada 1831-ci ildə 799, 1873 - cü ildə 1743, 1886-cı ildə 2110, 1897-ci ildə 2792, 1914 - cü ildə 2672 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-155). 1918-19 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş və 1918-20-cı illərdə İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Burada 1922-ci ildə 1504 nəfər azərbaycanlı, 453 erməni, 1926-cı ildə 1545 Ardı »