Qərbi Azərbaycan → Zəhmət
Zəhmət - Qərbi Azərbaycanda azərbaycanlıların yaşamış olduğu kənd.
Haçaparaq (1935-ci ildən - Zəhmət)- İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 3 km şimal-qərbdə, Zəngi çayının sağ sahilində yerləşir. Zəngibasar rayonu təşkil edilənədək (14 yanvar 1969) Vağarşabad rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin tarixi adı Xacaparaq (415, s.82), Azərbaycan mənbələrində Xocəparak (243, s.98) kimi qeyd edilir.
1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.36), Qafqazın 5 verstlik xəritəsində (348, s.263) qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 326 nəfər, 1873 - cü ildə 716 nəfər, 1886-cı ildə 753 nəfər, 1897-ci ildə 1059 nəfər, 1904 - cü ildə 992 nəfər, 1914 Ardı »