Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanAşıq Əsəd

Həyatı[redaktə]
Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində anadan olub. Atası Koxa Əhməd Rza oğlu (?-1886) Tovuzun Bozalqanlı kəndindən olub. Aşıq Ələsgərin şagirdi olmuşdur. Aşiqanə lirik şeirləri ilə yanaşı, xalqın həyatını tərənnüm edən bir sıra şeirlər də yazmışdır. 1895-ci ildən müstəqil aşıqlıq etmiş, el arasında ustad sənətkar kimi tanınmışdır. 1921- ci ildə Qızıl Ordu siralarında banditizmə qarşı mübarizədə iştirak etmişdir. 1931-ci ildə Azərbaycan SSR-in Tovuz şəhərinə köçmüşdür. İ Aşıqlar qurultayında ona Azərbaycanın ilk aşığı adı verilmişdir.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olmuş, "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

Aşıq Məhəmməd Rzayevin qardaşıdır. Aşıq Əsəd 1951-ci il aprelin 27-də vəfat etmişdir.

Göyçə mahalının Ardı »

Qərbi AzərbaycanVüqar Əsgərov - Yaradıcılığı

Yerli mətbuatda yüzlərlə publisistik məqaləsi çap olunan Vüqar Əsgərovun onlarla məqaləsi dünyanın bir neçə ölkəsində ayrı-ayrı dillərdə çap olunmuşdur.

2005-ci ildə “Azərbaycanın Milli Qəhrəmanları” kitabını ilk dəfə toplum halında nəşr etdirib. 2010-cu ildə isə “Azərbaycanın Milli Qəhrəmanları” kitabını yenidən işlənmiş variantda nəşr etdirib.

2012-ci ildə isə “Bir ovuc torpaqdır yarama məlhəm” kitabı çap olunub.

Hazırda “Azərbaycan bayrağı ordeni” ilə təltif olunmuş Bilal Əhliman oğlu Məmmədovun həyatı və keçdiyi döyüş yoluna həsr edilmiş "Sinəmdə yurd dağı var" adlı kitab üzərində işləyir.

Kitabları[redaktə]
“Azərbaycanın Milli Qəhrəmanları” (I nəşr), Bakı, "Qapp-poliqraf", 2005. 250 səh., 500 nüsxə.
“Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, "Dərələyəz-M", 2010. 288 səh., 7.000 nüsxə.
“Bir Ardı »

Qərbi AzərbaycanEvli

Molla Eyyublu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.
Tarixi[redaktə]
Rayon mərkəzindən şimal-şərqdə yerləşir. 31 dekabr 1937-ci ilə kimi, Kalinino rayonu təşkil edilənə qədər Cəlaloğlu (Stepanavan) rayonun tərkibində olmuşdur. Mənbələrdə kəndin digər adlarının Molla Eyyub, Molla Yublu, Norvruz xaraba olduğu da göstərilir.

Toponim eyyublu etnonimi əsasında əmələ gəlib «eyyublu tayfasından olan mollaya məxsus kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Kəndin adı əvvəllcə dəyişdirilib Evli qoyulmuş, sonra Ermənistan prezidentinin 19.04.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Dzaramut adlandırılmışdır.

Əhalisi[redaktə]
Kənddə 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar deportasiya olunmuş, yalnız indiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz Ardı »

Qərbi AzərbaycanElşad Nəsirov (müəllim)

Həyatı[redaktə]
Elşad Haqverdi oğlu Nəsirov 1971-ci il iyulun 1-də Ermənistan Respublikasının Vardenis rayonunda anadan olub.

1978-1988-ci illərdə Vardenis rayonu Qızılkənd kənd orta məktəbində oxuyub və 1988-ci ildə həmin məktəbi medalla bitirib.

1988-1989-cu illərdə Sumqayıt Xovlu İplik Fabriki, SEİB 2 saylı ETK və 1 saylı Troleybus Parkında operator və çilingər işləmişdir.

1989-1990-cı illərdə hazırlıq şöbəsində və 1990-1995-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil alıb.

1995-ci ildən BDU-da çalışır. BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında müəllim (1995-1997), baş müəllim (1997-dən) vəzifəsində çalışır.

1998-ci ildən hal-hazıra qədər BDU-nun Hüquq fakültəsinin fakültə Elmi Şurasının katibi, 2004-cü ildən hal-hazıra qədər isə təlim-tərbiyə işləri üzrə dekan müavini vəzifəsində də işləyir.

2004-cü ildə Universitet üzrə “İlin Ardı »

Qərbi AzərbaycanMaarif Əkbərov haqqında

Maarif Əkbərovun həyatı, elmi fəaliyyəti, əsərləri haqqında onlarla məqalələr yazılmışdır. Qeyd etmək lazımdır ki, alimin elmi fəaliyyəti haqqında mətbuat səhifələrində 1960-cı illərdən etibarən məqalələr dərc edilmişdir. Bu mənada Qabil Seyidovun "Riyaziyyatçı-filosof" ("Kommunist" qəzeti, 23 may 1963), Moskvada çap edilən "Riyaziyyatın idrakda rolu" adlı kitabına N.İbrahimovun yazdığı "Qiymətli kitabça" ("Kommunist" qəzeti, 20 fevral 1968), Ə.Allahverdiyevin "Riyaziyyat və fəlsəfə" kitabı haqqında olan "Maraqlı tədqiqat əsəri" ("Bakı" qəzeti, 11 avqust 1972), F.Q.Maqsudovun və M.H.Cavadovun "Ali cəbr" kitabı haqqında yazdıqları "Qiymətli dərs vəsaiti" ("Kommunist" qəzeti, 8 iyul 1976) və başqa bu kimi məqalələrdə Maarif Əkbərovun elmi fəaliyyətindən bəhs edilir.

Həqiqət Kərimovanın "Azərbaycanın ilk riyaziyyatçı-filosofu" kitabında alimin Ardı »

Qərbi AzərbaycanKəsəmən (Göyçə)

Tarixi[redaktə]
İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı.

Qаzахlаrın Kəsəmən tаyfаsının аdını əks еtdirir.

Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 15 km məsаfədə yеrləşir.

25 yаnvаr 1978-ci ildə kəndin adı Bahar, 19 аprеl 1991-ci ildən isə kəndin adı Arpunk qoyulmuşdur.

Əhalisi[redaktə]
1988-ci ilə qədər azərbaycanlılar yaşamışdır.

İqtisadiyyatı[redaktə]
Əkinçilik və heyvandalıq sahəsi üzrə

Görkəmli şəxsləri[redaktə]
Qasım Binnətov — pedaqoq-müəllim, Fin müharibəsinin iştirakçısı, II dünya müharibəsinin veteranı.
Qəşəm Aslanov — dövlət xadimi.
Ziyad Abbasov — Kənd Təsərrüfatı Nazirliyi, Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi, Respublikanın "Əməkdar ixtiraçısı", "Əməkdar kənd təsərrüfatı işçisi", Rusiya Aqrar Elm və Təhsil Akademiyasının müxbir üzvü.
Sərdar Kərimov — dövlət xadimi, əməkdar həkim, səhiyyə nazirinin keçmiş birinci müavini
Almaz Ülvi — ədəbiyyatşünas, yazıçı-publisist.
Ülvi Bünyadzadə — şair, publisist.
Asim Qasımov Ardı »

Qərbi AzərbaycanÇıraqlı (Şörəyel)

Çıraqlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonundakı kənd.

Tarixi[redaktə]
Rayon mərkəzindən 13 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur.

«İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Toponim çiraq (<şirak
Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Crarat qoyulmuşdur. Ardı »

Qərbi AzərbaycanMisir Mərdanov - Təhsil Sistemi ilə əlaqədar məqalələri

Universitet təhsilində coxpilləli təlim prosesi, Azərbaycan Müəllimi qəzeti, 18 iyun, 1996-cı il.
Yaşamaq və yeniləşmək strategiyası, Azərbaycan qəzeti, 19 dekabr, 1996-cı il.
Magistraturanın təşkilinin vacib şərtləri, Azərbaycan qəzeti, 1 fevral, 1997 ci-il.
Bizim bir Universitetimiz var- BD, Günay qəzeti, 25 fevral, 1997-ci il.
Universitetin gələcəyi köklü dəyişikliklər tələb edir, Azərbaycan qəzeti, 18 aprel, 1997-ci il.
Təhsilin inkişafı və cələcəyi Heydər Əliyevin adı ilə bağlıdır, Respublika qəzeti, 9 may 1997-ci il.
Xalqa bağışlanan ömrün dörd baharı, Azərbaycan qəzeti, 9 may 1997-ci il.
Yaşayanda belə şərəfli ömür yaşayasan, Aktual qəzeti, 10 may 1997-ci il.
BDU: İslahatlar necə həyata keçirilir? Azərbaycan Müəllimi qəzeti, 20 may 1997-ci il.
Avropada təhsilin inkişaf tentensiyaları, Azərbaycan qəzeti, Ardı »