Qərbi Azərbaycan → Maarif Əkbərov haqqında
Maarif Əkbərovun həyatı, elmi fəaliyyəti, əsərləri haqqında onlarla məqalələr yazılmışdır. Qeyd etmək lazımdır ki, alimin elmi fəaliyyəti haqqında mətbuat səhifələrində 1960-cı illərdən etibarən məqalələr dərc edilmişdir. Bu mənada Qabil Seyidovun "Riyaziyyatçı-filosof" ("Kommunist" qəzeti, 23 may 1963), Moskvada çap edilən "Riyaziyyatın idrakda rolu" adlı kitabına N.İbrahimovun yazdığı "Qiymətli kitabça" ("Kommunist" qəzeti, 20 fevral 1968), Ə.Allahverdiyevin "Riyaziyyat və fəlsəfə" kitabı haqqında olan "Maraqlı tədqiqat əsəri" ("Bakı" qəzeti, 11 avqust 1972), F.Q.Maqsudovun və M.H.Cavadovun "Ali cəbr" kitabı haqqında yazdıqları "Qiymətli dərs vəsaiti" ("Kommunist" qəzeti, 8 iyul 1976) və başqa bu kimi məqalələrdə Maarif Əkbərovun elmi fəaliyyətindən bəhs edilir.
Həqiqət Kərimovanın "Azərbaycanın ilk riyaziyyatçı-filosofu" kitabında alimin Ardı »