Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarHeyvanlardan araşdırma və sınaq məqsədləri üçün isifadə etmək

Sual: Tibbi məqsədlər və dərmanların təkmilləşdirilməsi, yeniləndirilməsi məqsədilə heyvanlar üzərində araşdırma və sınaq aparmaq olar?

Cavab: Allah təalanın buyurduğu ayənin ümumi hökmünə əsaslanaraq mən bunda bir zərər görmürəm. Allah təala buyurur: “Yer üzündə olanların hamısını sizə görə xəlq edən...Odur. ” (əl-Bəqərə 2:29)

Bununla belə sınaq zamanı ən bəsit və heyvanlara ən az zərər verən üsulu tətbiq etmək vacibdir.

Əl-Fətəvə əl-Muhimmə səh.695
Əl-Movsua-4176 Ardı »

Maraqlı melumatlarƏbdürrəhman ibn Cə’fər Bərdəi

Hədis ravisi idi. Əhməd ibn Muhəmməd əl-Müvəffəqidən hədis nəql etmişdi. Əbdürrəhman ibn Cundəb ondan hədis dinləmiş və nəql etmişdi (1)
Təqribən VIII-IX əsrlərdə yaşamışdır.


(1) Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ, Mizanü’l-E’tidal fi Nəqdü’r-Rical, C. II, s. 304, Qahirə 1964; İBN HƏCƏR, Lisanü’l-Mizan, C. III, s. 321. Ardı »

Maraqlı melumatlarİSLAMDA GENC QIZ VE OĞLAN.

Bismilleh
Velhemdulilleh
ve sallallahu aleyhi ve ALİHİ vessellem.

Uca ALLAH~ın rehmet ve bereketi siz müselmanların üzerine olsun.

GENC oğlan ve qız münasibeti, dövrümüzde ifrat derecededir ve buda Qeti
haramdır. Gerek ki, oğlan qız münasibetleri, müselmançılıq çerçivesinde, iffet ve abırlı olsun.

Bu mövzunu eger yazmaq istesek, gerek günlerce sehifelerle yazaq. Burda dövrümüzün bir neçe aracını yazacağıq

1~ Qeti haramdır oğlanla qızın görüşmesi.
(dini keibnden sonra olar, amma bir şertle qız toxunmaya)

2~ Sosyal shebekelerde sevgi mehebbetden yazıshması veya yazıshması.

(dini saytlar,elmi saytlar istisnaadır, amma eger ele bir yere girirse ki, orda özü istemeden, pıs shekil veya hikaye yazılırsa, onda gerek onlara baxmaq ve okumadan çekine)

3~ şehvet getiren kltab jurnal Ardı »

Maraqlı melumatlarCamaat namazı və bu namaz mövzusunda qadınlarla bağlı hökmlər...

Camaat namazı
Hökmü:
Üzürlü hallar istisna olmaqla, camaat namazı fərdi şəkildə hər bir namazqılana vacibdir:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Nəfsim əlində olana and olsun, istəyirəm bir nəfərə odun toplamağı, sonra azan verib camaatı namaza çağırmağı əmr edim. Sonra öz yerimə bir nəfəri imam təyin edib, gedib bəzi kişilərin evlərini yandırım. Nəfsim əlində olana and olsun, əgər onlardan bir namaza gəlməklə ətli sümük və ya yaxşı heyvan dırnağı əldə edəcəyini bilsəydi İşa namazını camaatla qılardı»[1].

Əbu Hureyrə deyir ki, bir nəfər kor kişi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib: «Ey Ardı »

Maraqlı melumatlarXeyrin bəzi növləri və ən ümumi ədəb qaydaları

«Gecənin bir vaxtı, yaxud axşam vaxtı, uşaqlarınızı yanınızda saxlayın, çünki şeytanlar bu zaman hər tərəfə yayılırlar. Gecədən bir saat (hissə – tərc.) keçəndə, onları özbaşına buraxın, qapıları bağlayın və Allahın adını zikr edin. Belə ki, şeytan bağlı qapını aça bilmir. Su tuluqlarınızın boğazını bağlayın və Allahın adını zikr edin. Qab-qacağınızın ağzını bağlayıb üstünü bir şeylə örtsəniz belə, Allahın adını da zikr edin, (bütün bunları edəndən sonra – tərc.) lampaları söndürün».

(əl-Buxari, izahlı nəşri, 10/88; Müslim, 3/1595.) Ardı »

Maraqlı melumatlarQuranda bəzi məkan və zamanların üstünlüyünə işarə

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Allah-təala bə`zi məxluqlarına digər məxluqla-rından daha çox şərafət və mərhəmət əta etmişdir. Onlara başqa mövcudların layiq olmadıqları məqam, izzət və şərafət və kəramət vermişdir. Qur`ani-Kərim, peyğəmbər və imamların rəvayətlərindən mə`lum olur ki, üstün fəzilət mərtəbələrinə sahib olan mövcudlardan əlavə, bə`zi məkan və zamanların da xüsusi üstünlükləri vardır. Qur`ani-Kərimdə bə`zi məkanların adı xüsusi ehtiramla çəkilmişdir. Bu məkanlardan birinci dərəcəlisi “Kə`beyi-mükərrəmə” sayılır:
“Həqiqətən insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir. O, şübhəsiz, bütün aləmlər üçün bərəkət və doğru Ardı »

Maraqlı melumatlar"Üç Yalanın Günahı Adəm Oğlunun Adına Yazılmaz:

"Üç yalanın günahı Adəm oğlunun adına yazılmaz:

1. Savaş vaxtı deyilən yalan, çünki savaş məharəti hiylədən ibarətdir...

2.Zövcəsinin könlünü almaq üçün adamın dilinə gətirdiyi yalan....

3. İki küsülünün arasını düzəltmək üçün deyilən yalan."
( Həzrəti Muhəmməd s.ə.v. ).... Ardı »

Maraqlı melumatlarFitrə zəkatı

Hökmü:
Hikməti:
Fitrə zəkatını vermək kimə vacibdir?
Fitrə zəkatının çıxarılan miqdarı:
Fitrə zəkatının çıxarılan vaxtı:
Fitrə zəkatı kimlərə verilməlidir?

Fitrə zəkatı
Hökmü:
Fitrə zəkatı hər bir müsəlmana vacibdir. İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər kölə və ya azad, kişi və ya qadın, kiçik və ya böyük müsəlmana fitrə zəkatını bir saa (2,6 kq) xurma və ya arpa çıxarmağı vacib etmişdir. Həmçinin camaat bayram namazını qılmadan öncə bu fitrəni çıxarmağı əmr etmişdir»[1].

Hikməti:
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fitrə zəkatını oructutan üçün boş danışıqlardan və naqisliklərdən Ardı »