Maraqlı melumatlar → ANA QARĞIŞI VƏ QƏBİR ƏZABI (1)
Nəql olunur ki, günlərin birində Peyğəmbər (s) məsciddə olduğu vaxt Cəbrayıl (ə) nazil olub, salam verdikdən sonra dedi:
"Ey Allahın Rəsulu! Bəqi qəbiristanlığına gedin. Bəlkə sizin mübarək qədəmlərinizin sayəsində dar və qaranlıq qəbir içində əzab çəkənlər nicat tapalar.”
Peyğəmbər (s) səhabələrdən bir neçəsi ilə birlikdə Bəqi qəbristanlığına yollandı. Əli (ə) Peyğəmbərlə (s) yolda rastlaşarkən salam verib hara getdiklərini soruşanda "Bəqi qəbristanlığına”–deyə Peyğəmbər (s) cavab verdi. Həzrət Əli (ə) də onlarla birgə Bəqi qəbristanlığına yollandı. Qəbristanlığa çatanda Peyğəmbər (s) qəbirlərin birindən gələn səsi eşitdi:
"Dadıma çat, ya Rəsuləllah!
Peyğəmbər (s) səs gələn qəbirə yaxınlaşıb dedi: "Ey qəbir əhli! Nə üçün və necə əzab çəkdiyinin səbəbini Ardı »