Maraqlı melumatlar → ***ISLAM_DINI***
İslamda qanun boşluğu yoxdur
Biz inanırıq ki, insanların
ehtiyaclı olduğu bütün məsələlər
barəsində lazım olan hökmlər
(hətta qiyamət gününədək,
bəzən xüsusi və bəzən də
ümumi şəkildə) islamın köklü
mənbələrində bəyan
olunmuşdur. Elə bu səbəbdən
də, heç bir fəqihin öz şəxsi
rəyinə əsasən hökm verməyə
ixtiyarı yoxdur! Onlar yalnız
Qur`an, sünnə, ağıl və icma
əsasında ictihad edərək, dini
hökmləri bu dörd mənbədən ələ
gətirir və onları müsəlmanlara
təqdim edirlər. Çünki islam dini
kamil bir dindir və heç bir alimin
fəqət özünün şəxsi rəyinə
əsaslanaraq verdiyi hökmə
ehtiyaclı deyildir.
Qur`ani-kərim, (axırıncı nazil
olmuş surələrdən sayılan) Maidə
surəsinin 3-cü ayəsində
buyurmuşdur ki; “Bu gün sizin
dininizi kamil etdim və nemətimi
sizə tamamladım və sizin üçün
İslam dinini seçdim!” Belə olan
halda İslam dini bütün əsrlərin
ehtiyaclarına cavab verə biləcək,
kamil və hər tərəfli bir Ardı »