Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-ALLAH

Allah – İsmi Uca Allahın digər bütün İsimlərini əhatə edər. Əsməul Husnə olaraq bilinən bütün İsim və Sifətlər bu ada dayanırlar. Buna görə də Rahman, Rəhim, Əziz, Ğaffar Allahın adlarındandır deyilir. Lakin Allah, Rəhmanın adlarındandır deyilməz.

Bu İsim Qurani Kərimdə 2697 dəfə keçməkdədir. «O, özündən başqa heç bir ilah olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, Rahməndir, Rəhimdir. O, özündən başqa heç bir ilah olmayan Məlikdir (mütləq sahibdir), Quddusdur (nöqsanlıqdan münəzzəhdir), Səlamdır (zat və sifətlərində, fellərində hər cür qüsur və əskiklikdən uzaqdır), Mumindir (öz bəndələrini şərdən qoruyan, əmin edəndir), Muheymindir (hamilik edən, qoruyandır), Əzizdir (hər şey hökmünə məhkum olan, güclü, qüvvətlidir), Ardı »

Maraqlı melumatlarAvropada geylər üçün ilk məscid

Noyabrın 30-da Paris yaxınlığında geylər üçün məscid açılıb. Bu, Avropada geylər üçün açılan ilk məsciddir.

Azadqadin.az-ın Azadlıq Radiosuna istinadən verdiyi xəbərə görə, məscidi yaradan Ludovic-Mohamed Zaheddir. O, məscidi buddistlərin iqamətgahında, meditasiya otağanda açıb.

Özü müsəlman və gey olan Zahed deyir ki, bura qeyri-ənənəvi seksual orientasiyalı bütün qadın və kişilər, transseksuallar gələ bilər. Bu kiçik otaq rəsmi olaraq Fransada ilk gey və feminist məscidi olacaq.

Fransa müsəlmanlarının liderləri bu layihənin əleyhinədirlər. Layihənin gerçəkləşməsi isə buddist kahinin sayəsində olub. Həmin buddist kahinin özü homoseksualdır və geylərin haqları uğrunda mübarizə aparır.

Əlcəzair əsilli fransalı, 35 yaşlı Zahed birinci namaza 25 müsəlmanın Ardı »

Maraqlı melumatlarQeybətin hökmü

Heç bir şəkk-şübhə yoxdur ki, qeybət bütün müsəlman icmasının rəyinə görə haramdır. Kitab və sünnədə onun haram olmasına dəlalət edən bir çox açıq dəlillər var. (Nəvəvinin “əl-Əzkər”-nə bax! Səh; 289)

Allah taala buyurur: “Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşıdəndir, biləndir!”. (ən-Nisə, 148) “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bə’zisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”. (əl-Hücurat, Ardı »

Maraqlı melumatlarMüxtəlif mövzularda Peyğəmbərimizin (sav) hədisi-şərifləri

Əbu Musadan (belə demişdir): Peyğəmbər (S.A.V.): "Mömin ilə mömin (bir-birinə qarşı) divar kimidir, bir-birini bərk-bərk tutarlar" buyurdu, bunu söyləyərkən barmaqlarını bir-birinə keçirib sımsıxı bağladı.
(Səhihi Buxari və Tərcüməsi, Mütərcim: Məhməd Sofuoğlu, Ötükən Yayınları, İstanbul 1987, Cild 2 s.569)

Əbu Musa (əl-Əşari-R) rəvayət edilmişdir: Peyğəmbər (S.A.V.) " Möminin möminə həmrəyliyi, hissələri bir-birinə bağlanıb qüvvətləndirilən bina kimidir" buyurdu.
(Səhihi Buxari və Tərcüməsi, Mütərcim: Məhməd Sofuoğlu, Ötükən Yayınları, İstanbul 1987)

"Allaha və son günə iman edən qonşusuna əziyyət verməsin".
(Səhihi Buxari və Tərcüməsi, Mütərcim: Məhməd Sofuoğlu, Ötükən Yayınları, İstanbul 1987, Cild 13 s.6009)

Əbu Hurəyrə belə demişdir: Rəsulullah (S) belə buyurdu: "Allaha və son günə iman edən Ardı »

Maraqlı melumatlarCəmiyyətin cövhəri olan xanımlara

Oğurlanan, itən və ya sınan cövhərləri bərpa etmək mümkün olsa da bil ki, sən bərpa olunmayan və yeri verilməyən əvəzsiz bir cövhərsən!
Çünki qadın ciddiliyinin bəzi saxta yollarla ayaq altına atıldığı və Allaha xidmət kimi hər şeydən üstün olan həqiqi məqsəddən uzaqlaşdırıldığı bu dövrdə özünü Allah üçün qorumaq ləyaqəti göstərən çalışqan xanım cəmiyyətin və ümmətin göz nuru və cövhəridir...

İslamı düşmənlərindən müdafiə edəcək, onu təhrif, bidət və fəsad bataqlığından qoruyacaq bir nəsili yetişdirir xanımlar. İlk və əsas tərbiyəni anasından alır gələcəyin mücahid və qoruyucuları... Bu məsuliyyətə heç vaxt laqeyd qalmaq olmaz. Buna görə də onlara lazımınca qiymət verilməlidir.
Elə bu məqamdan çıxış edərək bir Ardı »

Maraqlı melumatlarİslamın Gözəllikləri (Sehrin qadağan edilməsində olan gözəllilklər)

İslam təmiz nemətləri, onların gözəlliyinə görə halal etmişdir. Murdar (napak) şeyləri də pisliklərinə, fəsadına və şərinə görə haram etmişdir.
Allah taala buyurur:
"O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər,..." (əl-Əraf: 157).

İslamda haram olan şeylər bəllidir. Bu məqamda biz yalnız onların bəzilərini qeyd edəcəyik. Onları etməyin cəzasını, törətdikləri fəsadları xatırladacağıq. İslam şəriətinin bu kimi şeyləri haram etməsi, haram əməl edənləri qorxudaraq şiddətli cəzalar vəd Ardı »

Maraqlı melumatlarGünаhlаr vә cәzаlаr (2)

NАMАZIN TӘRKİ

Nаmаz İslаm ümmәtinә vаcib еdilmiş ilk ilаhi vәzifәdir. İnsаn öz ömrünün sоn аnlаrınаdәk bu vәzifәni yеrinә yеtirmәyә bоrcludur. Nаmаz digәr vаcib göstәrişlәrdәn fәrqli оlаrаq әn çәtin mәqаmlаrdа bеlә öhdәdәn götürülmür. İstәr аyаq üstә, istәr оturаq, istәr uzаnmış vәziyyәtdә, istәr dil, istәr işаrәlәrlә nаmаz qılınmаlıdır. İnsаnlа Аllаh аrаsındа nаmаzdаn möhkәm vә dаimi rаbitә yохdur. Әn mö`min insаnlаr Аllаhlа nаmаz vаsitәsi ilә rаbitә yаrаtmış, övliyаlаr nаmаz vаsitәsi ilә Аllаhlа ünsiyyәt sахlаmışlаr.

Büluğ hәddinә çаtmış bütün insаnlаrа bеş vахt nаmаz qılmаq vаcibdir. Bu әsаslа, böyük fәqih, “Cәvаhir” kitаbının müәllifi bеlә fәtvа vеrir: “Gündәlik vаcib nаmаzlаr bеş vахtdır. Оnlаrın vаcibliyini hеç nә аrаdаn qаldırmır. Bеş Ardı »

Maraqlı melumatlarSALAVATLA ZİNƏTLƏNƏN ÖMÜR

Pəhrizkar və zahid alimlərindən biri buyurub: «Mən əhd etdim ki, hər gecə yatmazdan əvvəl müəyyən miqdarda Həzrət Muhəmməd (s) və Ali Muhəmmədə (ə) salavat göndərim. Bir gecə dost və yaxınlarımdan bir dəstəsi hücrəmə gəldilər. Hücrəmdəki sıxlığa, vaxtın gec olmasına və yorğunluğuma baxmayaraq, hər gecəki kimi salavatları göndərdim və yatdım. Allahın Rəsulunun (s) hücrəmə daxil olduğunu yuxuda gördüm. O Həzrətin (s) müqəddəs vücudu ilə hər yer nura qərq oldu. Həzrət (s) mənə yaxınlaşaraq buyurdu: Haradadır o ağız ki, mənə salavat göndərib? Onu öpmək istəyirəm.
Həzrətin (s) qarşısında «mən» deməyə ləyaqət tapa bilmədim. Lakin o böyüklüyü sayəsində mübarək üzünü mənə yaxınlaşdırıb Ardı »