Maraqlı melumatlar → 'Allahla Dialoq.'
Dedim:Çox tənhayam.
Dedi: Mən ki sənə çox yaxınam.
("Bəqərə",186)
Dedim: Bilirəm SƏN mənə
yaxınsan, amma mən SƏNDƏN uzağam. Kaş ki mən də
SƏNƏ yaxın ola biləydim.
Dedi: Səhər-axşam yalvararaq,
qorxaraq,
səsini qaldırmadan ürəyində
RƏBBİNİ yad et. ("Əraf", 205) Dedim: Bu da SƏNİN köməyini
istəyər.
Dedi: ALLAHIN sizi bağışlamasını
istəməzsinizmi?("Nur", 22)
Dedim: Əlbəttə ki, məni
bağışlamağını çox istəyirəm. Dedi: (Elə isə) RƏBBİNİZDƏN
bağışlanmağınızı diləyin və ONA
tövbə edin.
Həqiqətən, RƏBBİM
(bəndələrinə) rəhm edəndir,
(onları çox) sevəndir! ("Hud", 90) Dedim: Çox günahkaram, bu qədər
günahla mən nə edim?
Dedi: Məgər onlar bilmirlər ki,
ALLAH qullarından tövbə qəbul
edər, sədəqə (zəkat) alar.
Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! ("Tövbə",
104)
Dedim: Dəfələrlə tövbə edib
tövbəmi pozdum, artıq üzüm
qalmadı.
Dedi: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası
şiddətli, kərəmi böyük
olan (ALLAHDIR)! Ondan başqa heç
bir tanrı Ardı »