Maraqlı melumatlar → Böyük Qiyamet
Həyatın ikinci əbədi mərhələsi «böyük qiyamət» və ya «əbədi axirət» dünyasıdır. Bura, bərzəx aləminin əksinə olaraq, bəzi şəxslərə deyil, aləmdə yaşayan bütün insanlara aiddir. Bu (qiyamət günü) elə bir hadisədir ki, bütün insanları və hər bir canlı, cansız əşyaları özünə tərəf çəkir. Bütün aləm yeni bir mərhələyə və yeni həyata qədəm qoyur.Qurani-kərim bu böyük hadisənin baş verəcəyini öz ayələrində dəfələrlə bəyan etmişdir. Belə ki, bu hadisə baş verməzdən əvvəl, günəş və ulduzlar sönəcək, dənizlər quruyacaq, enişli-yoxuşlu yerlər düzələcək, dağlar ovulub töküləcək və hər yeri bürüyəcək gurultulu səslər və dağıdıcı zəlzələlər baş verəcəkdir.Bir sözlə, hər şey məhv olub aradan getdikdən sonra, həyatın Ardı »