Maraqlı melumatlar → Axşam eşidilən səs...
Otağın divarındakı bəyaz rəngin ahəngini dini bir tablo və qonşu binadan düşən işığın əks etdirdiyi pərdənin kölgəsi pozurdu. Gözünə yuxu getmədiyi üçün tabloya gözünü zilləyərək düşünürdü. Ötən günün və günlərin hesabatını verirdi...
Nə etdim bu gün mən? Necə keçdi günüm? Günah işlətdimmi? Kiməsə bir yaxşılığım oldumu?... Maddi sıxıntısı olan iş yoldaşına yardım edə bilməmişdi, amma istəyərək yox. Tələbənin təklif etdiyi rüşvəti qəbul etməmişdi. Deyəsən bu gün etdiyi ən yaxşı iş idi, hə əlbəttə bir də xırda bir şey - yerə yıxılıb qalxması üçün kömək istəyən yaşlı qadına kömək etmişdi. Daha bir sadə günü geridə qoymuşdu. Keçmiş artıq keçmişdir deyib, əvvəlki günləri düşünməkdənsə Ardı »