Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarMalik Bin Dinar Rəvayət Edir:

- "Bir gün bir uşağın yanına
yaxınlaşdım. Uşaq torpaqla oynayır və
gah gülür, gah da ağlayırdı. Ona salam
verim dedim. Nəfsimə ağır gəldi,
fikrimi dəyişdim. Sonra dedim ki, ey nəfs, Allahın Rəsulu (s) böyüklərə də,
kiçiklərə də salam verirdi. Yaxınlaşıb
salam verdim:
- Və aleykəs-salam və rəhmətullahi və
bərəkatuh ey Malik bin Dinar!- deyə
cavab verdi. Təəccübləndim, dedim ki: - Bu günə qədər məni görmədiyin
halda məni necə tanıyırsan?
- Ruhum ruhunla mələklər aləmində
görüşdü." Soruşdum:
- Ağıl ilə nəfs arasındakı fərq nədi?
Dedi: - Sənin mənə salam verməyinə mane
olan nəfsdir, salam verdirən isə ağıldır.
- Dərdin nədir ki, torpaqla oynayırsan?
Dedi:
- Çünki biz ondan yaradıldıq, yenə
ona dönəcəyik. Yenə soruşdum:
- Görürəm ki, onunla oynayarkən gah
gülürsən, gah da Ardı »

Maraqlı melumatlarGünhahlar Ümmətləri məhvə Aparır

Lakin gəlin qulun dünya və axirət həyatını məhv edə biləcək xəstəliyin necə müalicə olunmasına qayıdaq. Bilmək lazımdır ki, günah və asilik ziyan gətirir və qəlbə gələn bu ziyan müxtəlif gücə malik olan zəhərlərin bədənə gətirdiyi ziyana bərabərdir. Həqiqətən dünya və axirətdə olan istənilən zülmün səbəbi günah və asilikdir.
Valideynlərimizi(Adəm və Həvva) ləzzət, xoşbəxtlik, sevinc və şənlik məkanı olan Cənnətdən nə çıxartdı və bu əziyyət, kədər və bədbəxtçilik məkanına nə gətirdi?
Səma şahlığından İblisi nə çıxartdı? Onu qovulmağa və lənətə nə gətirdi, zahiri görkəmini və daxili dünyasını nə dəyişdi? Ona ən mundar və pis görkəmi nə verdi?

Nəyə görə (Allaha) yaxınlıq qovulmaqla, rəhmət Ardı »

Maraqlı melumatlar¤İmam Əli(ə) Quranda¤

İnzar ayəsi:


İnzar ayəsinə (ﺁﯾﻪ ﺍﻧﺬﺍﺭ) məşhur
olan ayə Rəd surəsinin yeddinci
ayəsidir ki insan toplumlarının
hər zaman bir yol göstərici və
lideri olmasının dəlili və habelə
bəzi sünnü və şiə mənbələri və
inanclarına görə Əli bin Əbu
Talib-in peyğəmbərdən sonra
müsəlmanların lider və rəhbəri
olmaqdan xəbər verir ki şiələr
ona imam deyillər. inzar
ərəbcədə xəbardarlıq vermək və
uyarmaq mənasını verir.

Yazı və tərcüməsi


ﻭَﻳَ��?ُﻮﻝُ ﺍﻟَّﺬِﻳﻦَ ﻛَﻔَﺮُﻭﺍ ﻟَﻮْﻟَﺎ ﺃُﻧْﺰِﻝَ ﻋَﻠَﻴْﻪِ
ﺁﻳَﺔٌ ﻣِﻦْ ﺭَﺑِّﻪِ ۗ ﺇِﻧَّﻤَﺎ ﺃَﻧْﺖَ ﻣُﻨْﺬِﺭٌ ۖ ﻭَﻟِﻜُﻞِّ
ﻗَﻮْﻡٍ ﻫَﺎﺩٍ
az: o, kəslər ki kafir oldular
deyillər: «niyə onun Allahı
tərəfindən ona bir möcüzə
və ayə endirilməyibdir!?» sən
fəqət uyarıcısan! və hər bir
qrupa yolgöstərici var,
bunlar hamısı bəhanədirlər
və həqiqəti tapmaq üçün
deyillər.
Təfsir(açıqlama)

Sünnü baxışı:

Təbəri ibni Əbbasdan öz
təfsirində bu ayənin altında Ardı »

Maraqlı melumatlarİSLAM (İslam sözünün mənası)

İslam – sözdə əl-İslam, əl-İstislam itaət etmək, bağlanmaq deməkdir.
Şəriətdə isə Tövhid ilə Allaha təslim olmaq, boyun əymək, şirkdən və müşriklərdən uzaq olmaq ilə Allaha təslimiyyət deməkdir. «Yaxşı əməl sahibi olub özünü Allaha təslim (İslam) edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər». (ən-Nisa 125). «Yalnız ona təslim olub itaət edin». (əl-Həcc 34). «Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq ən möhkəm bağdan yapışmış olur». (Loğman 22).

Şirkdən uzaq olmaq ondan uzaq olmaq deməkdir. Bu isə şirk əhli olan müşriklərdən uzaq olmaqla olur. «İbrahim və onunla birlikdə olanlar sizin üçün Ardı »

Maraqlı melumatlarGöz dəymə

Bu mövzu atda gedəni atından salan, varlını kasıb edən və s. bu cür insan həyatında pisliklərlə dəyişiklik edən səbəblərdən biri haqqındadir. Bu elə bir şeydir ki, "insanı əbrə, dəvəni isə qazana salar". Bu göz dəymədir.
Göz dəymənin həqiqətən olmasına Quran və sünnə dəlalət edir. Uca Allah buyurur: "Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!”– deyirlər" (əl-Qələm, 51). İbn Kəsir (Allah ona rəhmət eləsin) bu ayənin təfsirində buyurmuşdur: "Bu ayə dəlildir ki, göz dəymə və onun təsiri haqdır". Həmçinin göz dəymənin haqq olmasına dəlalət edən Uca Allahın bu ayələridir. "Mərhəmətli və Ardı »

Maraqlı melumatlarGozel Exlaq.

Birisi Peyğemberimizin yanina gelib bele bir sual ile Ona muraciet edir:
-Ya Resulullah! Hansi emel daha xeyirlidir?
Peygemberimiz ona bele cavab verir:
-Gozel exlaq.
Peygemberimizin bu cavabina qane olmayan hemin adam bir azdan Allah Resulunun sag terefine kecib yene de hemin suali verir.
-Ya Resulullah! Hansi emel daha feziletlidir?
Iki Cahan Serveri yene eyni cavabi verir:
Hemin adam bu defe sol terefden Peygemberimize yaxinlasir.
-Ya Resulullah! Hansi emel daha cox feziletlidir?
Allah Resulu bu defe de sebrle cavab verir:
-Gozel exlaq deyir.
Adam aldigi cavabla kifayetlenmir. Bu defe arxadan Peygemberimize eyni suali verir. Peygemberimiz hemin adama teref cevrilerek bele deyir.
-Niye basa dusmursen? Gozel exlaqdir! O da, gucun catsa , hirslenmemekdir.
Belelikle, Ardı »

Maraqlı melumatlarMüsəlmanın həyatında Tövhidin yeri

tövhidlə birlikdə şübhə, sıxıntı, kədər, pis fikir və vəsvəslər quldan uzaqlaşır. Qəlbdə sakitlik, rahatlıq və sükunət hasil olur. Allah Təalə buyurur:
“-Ya Peyğəmbər! De: “Pənah aparıram insanların Rəbbinə;
-İnsanların ixtiyar sahibinə;
-İnsanların İlahısına;” (Nəs, 1-3)
Bax, bu tövhiddir.
-Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
-O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
-(O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]” (Nəs, 4-6)
Tövhid olan yerdən şeytan qaçır. O, tövhid olan yerdə dayanmağa tab gətirmir. Azan oxunduğu zaman onun səsini eşitməyənə qədər uzaqlaşır.
Quranın hamısı Uca Allaha tövhidlə şanına təriflər deməklə Ardı »

Maraqlı melumatlarŞeyx Şamil

Həyatı

İmam Şamil 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Atası Qafqazın qədim xalqlarından olan avarlara mənsub Məhəmməddir. Şamil 15 yaşına çatdığı zaman artıq at minməkdə, qılınc oynatmaqda çox mahir idi. 20 yaşına isə 2 metr boyu ilə tullanma, odlu silahdan istifadə, qılınc oynatma kimi keyfiyyətlərdə çox mahir idi. Şeyx Şamil ilk təhsilinə Səid Xərakinin yanında başladı. Daha sonra qayınatası Nəqşibəndi şeyxi Cəmaləddin Qazi Kumikinin tələbəsi oldu. İmam Şamil özündən əvvəl imamət məqamında olan Qazi Məhəmməd və Həmzət Bəyin müşavirliyini etmişdi. Şamil son dərəcə sadə, təvazökar və qənaətcil bir həyatı yaşamaqda idi.

İmam Şamil müxtəlif vaxtlarda 5 dəfə evlənmişdi. Şamilin Fatimat, Cevhərat, Zahidət, Ardı »