Maraqlı melumatlar → İmam Əli (ə)-in Vilayəti
Rəcəb ayı idi .Müqəddəs kəbə
evi bir çox məntəqələrdən
gəlmiş zəvvarlarla əhatələn-
mişdir. Məkkəyə gələnlər Həcc
əməllərini yerinə yetirirdilər.
Onların əksəriyyəti Allaha
deyil ,cansız bütlərə
tapınırdılar.Zəvvarların
arasında hamilə bir qadın da
var idi .
Digərlərindən fərqli olaraq bu
qadın tək olan Allaha sitayiş
edib Yaradanın rəhmətini
qazanmasına xatir Həcc əməlini
yerinə yetirirdi. Doğum
ağrılarını yüngül keçirmək üçün
Allahdan kömək istəyir və belə
dua edirdi :“ İlahi sənə və sənin
tərəfindən göndərilən pey-
ğəmbərlərə ,nazil etdiyin
kitablara ,həmçinin bu evi tikən
cəddim İbrahimin söylədiklərinə
iman gətirmişəm. Bu evi tikənin
müqəddəsliyinə və bətnimdəki
körpəyə xatir doğuşu mənim
üçün asan eylə”.
Xanım təvafi sona yetirmək
üzrə idi ki,Kəbə evinin
divarı ,Allahın iradəsi ilə onun
üzünə açıldı. Sanki gizli bir səs
ona “Rəbbinin evinə daxil ol !”-
deyə əmr edirdi.Xanım Allahı
evinə daxil oldu. Kəbənin
ətrafında olan digər Ardı »