Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarFatihədən sonra kiçik surələr oxumaq

sual-
salam aleykum
Namazda Fatihədən sonra kiçik həcimli surələr oxumaq olarmı?

cavab-
va aleykum salam.
Əlbəttə fatihədən sonra kiçik həcimli surələr və ya istədiyiniz surələri oxuya bilərsiniz.
Allah namazlarınızı qəbul etsin Ardı »

Maraqlı melumatlarSadəcə niyyət etməklə talaq baş verirmi?

Sual: Mən zövcəmlə (arvadımla) mübahisə etdim və mübahisədən sonra öz-özümə (öz içimdə) tələffüz etmədən dedim: “Nə üçün ona: “Səni boşayıram”-deməyim? Ona belə deyəcəm: “Sən boşanmısan”. Buna görə mənim üzərimə hər hansı bir məsuliyyət düşür? Həmçinin nəzərə alın ki, mən heç bir şey tələffüz etməmişəm. Mənə fətva verin, Allah sizi xeyirlə mükafatlandırsın.

Cavab: Əgər məsələ, vəziyyət sizin vəsf etdiyiniz kimidirsə, o zaman boşanma sayılmır, çünki yalnız niyyətlə olan boşanma sayılmır. Boşanma (talaq) yalnız sözlə və yaxud yazı ilə olur. Bu da Peyğəmbərin sallallahu aleyhi və səlləm sözlərinə əsaslanır: “Onlar (daxilində düşündükləri ilə) buna əməl etmədikçə və (dil ilə söyləmədikçə) ifadə etmədikçə, həqiqətən Allah Ardı »

Maraqlı melumatlarMəssi-mеyyit qüslü

Məssi-mеyyit qüslü

Əgər bir nəfər bədəni sоyumuş, lakin qüsl vеrilməmiş insan cəsədinə tоxunsa, yəni əli, ayağı, üzü və s. bədəninin hər hansı bir üzvü оnun bir üzvünə dəysə, namaz və s. bu kimi ibadətlər üçün məssi-mеyyit qüslü еtməlidir.

Diqqət:

---Bədəni sоyumuş lakin qüsl vеrilməmiş mеyyitdən ayrılan bir üzvə tоxunmaq, mеyyitə tоxunmaq hökmündədir.

---Diri insanın bədənindən ayrılan üzvə tоxunduqda, məssi-mеyyit qüslü vacib оlmur.

---Mеyyitə tоxunduqda məssi-mеyyit qüslünün vacib оlmadığı hallar:

1. Müharibə mеydanında şəhid оlan insanın cəsədinə tоxunduqda.

2. Bədəni sоyumamış mеyyitə tоxunduqda.

3. Üç qüslü vеrilən mеyyitə tоxunduqda.

---Əgər insan mеyyitə qüsl vеrilib-vеrilmədiyinə şəkk еtsə, оna və ya оndan ayrılan hissələrə (əlbəttə Ardı »

Maraqlı melumatlarIslamı qəbul edən ilk uşaq

Bir gün, Əli radiAllahu anhu 10 yaşında olanda, o təəccüblü bir şey görür. Məhəmməd səllAlahu aleyhi və səlləm başı düz, əlləri isə sinəsinə sıxılmış formada dayanmışdı. Onun həyat yoldaşı Xədicə radiAllahu anha də eyni hərəkətləri edərək, onun yanında dayanmışdı.
Əli onlara tamaşa etdiyi vaxt, Məhəmməd səllAllahu aleyhi və səlləm və Xədicə radiAllahu Anha torpağa tərəf əyildilər. Bir anlıq bu vəziyyətdə dayanıb, yenidən dikəldilər. Əliyə bütün bunlar çox maraqlı gəldi. Sonra baxdı ki, onlar əllərini dizlərinə qoydular və sonra isə alınlarını torpağa qoydular.

"A, nə təəccüblü şeydir”, Əli radiAllahu Anhu düşündü. "Mən müxtəlif bütlər qarşısında əyilən insanları çox görmüşəm, amma burda heç bir Ardı »

Maraqlı melumatlarSiqaretin haramlığına dair alimlərin fətvası

XX əsrin ən böyük müfəssiri olan Şeyx Abdurrahmən İbn Nasir əs-Səadi buyurur:
- Siqaretin çəkilməsi, alışı və satışı, habelə bu işdə başqasına kömək etmək caiz deyildir! Müsəlmana siqaretin həm çəkilməsi, həm də satılması qadağandır! Bunu edən –digər günahlar kimi- səmimi qəlb ilə Allaha tövbə etməlidir. Buna Kitab və Sünnə dəlalət edir. Siqaret insanın dininə, orqanizminə və büdcəsinə zərər verdiyi üçün haramdır. Əgər sadalağıdımız bu üç şeydən biri olarsa, şəriət onu haram edir. Bəs, elə isə, üçü də bir yerdə olarsa necə?! [1]
Şeyx Abdul Aziz İbn Bəzz buyurur:
- Siqaret çəkmək haramdır, çünki onda bir çox zərərlər vardır və bütün növləri də haramdır. Hər Ardı »

Maraqlı melumatlarÇılpaq qadın şəkillərinə baxmaq vərdişindən əl çəkə bilmirəm

Bu cür əməldən xoşlanmasam da, internetdə axtarış edərkən çılpaq qadın şəkillərinə baxmaqla nəfsimə hakim ola, bunun qarşısını ala bilmirəm. Sizdən xahiş edirəm mənə bəzi zikrləri öyrədin ruhumu bu bəladan təmizləyim.

Həmd Allaha məxsusdur.

Ey sual verən kəs, hər şeydən öncə bu böyük günahdan tövbə etməlisiniz. Çünki hər bir insan Qiyamət Günü öz əməllərinə görə hesaba çəkiləcəkdir. Allah təala buyurur: “Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır”. (əl-İsra 17:36 )

Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:
“Göz zina edir və onun zinası baxmaqdır”. (Buxari, əl-İsti`zən 5774). Ona görə də Ardı »

Maraqlı melumatlarCƏNAZƏNİN MÜXTƏSƏR HÖKMLƏRİ(TƏZİYƏ)

Ölü sahibinə başsağlığı vermək, onu səbrə çağırmaq və ölü üçün dua etmək şəriətə uyğundur. İbn Macənin Amr və İbn Həzmdən mərfu olaraq rəvayət etdiyi hədisdə rəsulullah (s) buyurur: "Bir mömin müsəlman qardaşını hər hansı bir bəla səbəbiylə təsəlli edərsə, Allah qiyamət günü ona kəramət libası geyindirər." Bu hədisin isnadında etibarlı ravilər var. Bu şəkildə çoxlu hədis varid olub.

Başsağlığı edərkən bu sözlər deyilir: "Azamallahu əcrak və əhsənə əzak va ğafara limeyyitik." (Allah əcrini böyük, səbrini gözəl etsin və ölünü bağışlasın). Bəzi insanların bu gün etdiyi kimi başsağlığı üçün oturmaq və bunu elan etmək bəyənilmir. Ölüm baş verən ailə üçün yemək hazırlayıb göndərmək Ardı »

Maraqlı melumatlarBAYRAM NAMAZLARI VƏ ONLAR HAQQINDA GENİŞ MƏLUMAT

Bu namazın hökmü:
Kişi və qadınlara bayram namazını qılmaq vacibdir. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) daim bu namazı qılar və camaata da əmr edərdi. Ummu Atiyyə deyir ki, «bayram günü bizə bakirə qızları və evli qadınları namazgaha çıxarmaq əmr olunurdu»[1].

Həfsa bint Sirin deyir ki, biz qızlarımızı bayram günü namazgaha çıxmağı qadağan edirdik. Bir nəfər qadın gəlib Bənu Xəlf qəsrində məskunlaşmışdı. Mən də onun yanına gəlmişdim. O mənə danışdı ki, onun bacısının əri Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) birlikdə on iki döyüşdə iştirak etmiş, bacısı isə bu döyüşlərin altısında onunla bərabər olmuşdu. Bacısı deyirmiş Ardı »