Maraqlı melumatlar → ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) QAHİR - QAHHAR
əl-Qahir - əl-Qahhar – «O, hər şeyə Qahhar olan tək bir Tanrıdır». (ər-Rəd 16). «O, öz qulları üzərində Qahir olandır». (əl-Ənam 18). «…Hər şeyə Qadir və Qahhar olan bir Allah?». (Yusuf 39). Həlimi deyir ki: «Qahir – qullarının işlərini dilədiyi şəkildə düzüb-qoşan, idarə edən, onların üzərində hakimi mütləq olandır. Qahhar – isə heç bir şəkildə məğlub edilməyən və üstün gəlinməyəndir».
Xattabi (Allah rəhmət etsin) deyir ki: «Qahir – canlılar arasında həddini aşanları əzab ilə digər bütün məxluqatı isə ölümlə yox edəndir». Mülkün, güc və qüvvətin, yüksəkliyin tamamı tək və qahhar olan Allaha aiddir. Ondan başqa hər şey məğlub və acizdir. Ardı »