Maraqlı melumatlar → ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) MOVLƏ
əl-Movlə – «Allah sizin (MOVLANIZ) ixtiyar sahibinizdir. O, nə gözəl Mövla, necə də gözəl imdada yetəndir». (əl-Həcc 78). «O, ən gözəl həvadar (MOVLƏ) və ən yaxşı imdada çatandır». (əl-Ənfal 40). Həlimi deyir ki: «Movlə – yardım və dəstək gözləniləndir. Allah mülk sahibi olduğu üçün qulun Ona sığınmaqdan başqa bir çarəsi yoxdur. Çünki kölə ancaq sahibindən yardım gözləyər».
Qul Allaha dost olmalı, Ona inanmalı, Ondan gələn hər bir şeyi doğrulamalı və təsdiq etməli, əmrlərinə uymalı, qadağalarından çəkinməli, yalnız Ona güvənməli, açıq və gizli, bolluq və darlıq kimi bütün hallarda Ona təslim olmalıdır. Yalnız Onu və Rəsulunu sevməlidir.
Bəra İbn Azim (r.a) rəvayət Ardı »