Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QaraqoyunlularMirzə Məhəmməd xan Səfdər Cəng

Həyatı[redaktə]
Mirzə Məhəmməd xan Səfdər Cəng 1708-ci ildə Nişapur şəhərində doğulmuşdu.1722-ci ildə Hindistana köçmüşdü. Böyük Moğol İmperiyasının sultanı Sultan Məhəmməd şahın baş vəziri olmuşdu. 1739-cu ildə I Səadətəli xan devirib yerinə keçmişdi.

Mirzə Məhəmməd xan Səfdər Cəng 1754-cü ildə vəfat edib.

Ailəsi[redaktə]
Mirzə Məhəmməd xanın Heydər xan adlı oğlu vardı. Ardı »

QaraqoyunlularƏliş bəy Vəliyev

Həyatı[redaktə]
Əliş bəy Məşədi Ələsgər bəy oğlu Vəliyev 1876-cı ildə Şuşa qəzasının I Baharlı kəndində (indiki Ağdamın I Baharlı kəndi) anadan olmuşdur.

Əliş bəy Vəliyev Baharlı tayfasının nümayəndəsidir. Orxan Zakiroğlunun (Baharlı) bildirdiyinə görə onun ulu babaları Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatından əhəmiyyətli xidmətlər göstərmişlər. Qarabağ xanı İbrahimxəlil xanın vəziri Mirzə Vəli bəy Baharlının Tehranda Ağa Məhəmməd şah Qacar tərəfindən qətlə yetirilməsindən sonra onun nəvələri babalarının adını yaşatmaq üçün Vəlibəyov, Vəliyev, Vəlizadə soyadlarını daşımışlar. Mirzə Vəli bəy Baharlının Mirzə Haşım bəy, İbrahim bəy, Hacı Həsənəli bəy, İmamverdi bəy adlı oğlanları olmuşdur.

Orxan Ardı »

QaraqoyunlularCahanşah hürufiliyin ardıcılı kimi

Həqiqi şərq fəlsəfəsinə də dərindən bələd idi. Şah olmasına baxmayaraq, o, Nəimi və Nəsiminin təbliğ etdiyi hürufiliyin fəal ardıcıllarından idi:

Vüsalını diləram kam ilən ze fəzli-ilah
Məni-şikəstəyə kami-vüsal beylə gərək.

Azərbaycan hürufizminin tədqiqatçısı Zümrüd Quluzadənin yazdığı kimi,

"Həqiqinin poeziyası öz formasına görə, tamamilə hürufi mahiyyətdədir. O, dəfələrlə hərflərin insan əməllərində, xüsusən də onun sifətində əks olunduğunu yazır. İnsan və onun surəti Quranı və Quran ayələrini təcəssüm etdirir:

Ey xətin səbül-məsani, vey ləbin mai-təhur,
Vey cəmalın pərtövindən sərbəsər aləmdə nur.

Yaradıcılığının aşkar hürufi mahiyyəti daşımasına baxmayaraq, maraqlıdır ki, Cahanşah Təbrizdə Nəiminin qızı başda olmaqla 500 hürufi edam etdirmişdi. Buradan da belə nəticəyə gəlmək olar ki, Həqiqini hürufizmdə cəlb edən Ardı »

QaraqoyunlularBayram xan Baharlı - Varisləri

Qarabağ xanlığının ictimai həyatında yaxından iştirak etmiş Bayramxan bəy Baharlı, Qarabağ xanının vəziri, şair Mirzə Vəli bəy Baharlı, Mirzə Haşım bəy Baharlı, İbrahim bəy Baharlı, çar ordusunun zabiti, bir çox xalq qəhrəmanlarını, günahsız insanları azğınlaşmış rus və erməni xainlərinin əlindən xilas etmiş Mirzə İsmayıl bəy Ibrahim bəy oğlu Vəliyev (Baharlı), Qarabağın varlı taciri Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev, "Məxfi" təxəllüsü ilə Azərbaycan və fars dillərində klassik üslubda şeirlər yazmış, "Əhvalati-Qarabağ" əsərinin müəllifi Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəlizadə, onun kiçik qardaşı şair Abdulla bəy Vəlizadə, İsmayıl bəy Adıgözəl bəy oğlu Vəlibəyov, Azərbaycanın ictimai-mədəni həyatında əhəmiyyətli rol oynamış Ardı »

QaraqoyunlularCəlaləddin Mirzə Heydər xan

Cəlaləddin Mirzə Heydər xan Baranlı (19 yanvar, 1732 - 26 yanvar, 1775) — Hindistanın baş vəziri, Aud nəvvabı.

Həyatı[redaktə]
Cəlaləddin Mirzə Heydər xan 1732-ci ildə Dehli şəhərində doğulmuşdu. Atası Əbulmənsur Mirzə Məhəmməd xan Səfdər Cəng 1739–1754-cü illərdə Audun nəvvabı olmuşdu.

Cəlaləddin Mirzə Heydər xan Böyük Moğollar imperiyasının baş vəziri olmuşdu. Şücaüddövlə ləqəbini daşıyırdı.

Cəlaləddin Mirzə Heydər xan 1754 - 1775-ci illərdə Audun nəvvabı olmuşdu.

Cəlaləddin Mirzə Heydər xan 1764 - cü ildə Benqaliyada olan ingilislərə qarşı mübarizəyə başlamışdı.

Mirzə Heydər xan 1775-ci ildə vəfat edib.

Ailəsi[redaktə]
Mirzə Heydər xan Sədrünnisa Nəvvab Aliyə Sədricahan bəyiml Səadətəli xan qızı ilə ailə qurmuşdu. Yəhyaəli xan, Səadətəli xan, Əli xan adlı oğulları vardı. Ardı »

QaraqoyunlularMahmud bəy Səlim

Həyatı[redaktə]
Mahmud bəy Əbülfət bəy oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Bir müddət Təbriz şəhərində vəzir olmuşdu. Şair idi. Səlim təxəllüsü ilə şеir yazırdı. Mahmud bəy Muğanda Nadir şahın tacqoyma mərasimində iştirak еtmişdi. Tarixi-Nadirdə yazılır: "1148-ci ilin şəvval ayının 6-da (1735-ci ildə) xələt alanlar xələtlərini gеyib qarovulxanaya toplandılar.Bir saat qəlyan çəkib söhbət еtdikdən sonra Nadir şahın hüzuruna gəldilər. Bu məclisdə Qaraqoyunlu Mirzə Cahanşahın qohumlarından olan Azərbaycan vəziri şеir oxudu.Onun şеir və musiqidə məharəti vardı. Şеirdən sonra uca səslə "fatihə" dеdi, dərhal əllərini göyə qaldırıb, dodaqlarını tərpətdilər, sonra əllərini üzlərinə çəkib dağılışdılar". Ardı »

QaraqoyunlularFars əyaləti baharlıları

Baharlı oymağının bir qolu İranın Fars əyalətində yaşayırdı. Onlar Qarabağdan gəlmişdilər. Bu qol XVIII əsrdə Xəmsə eli d eyilən bir boy birliyi təşkil etmişdi. 1852-ci ildə Baharlı oymağı Nəfər elinin tərkibindən çıxaraq, özlərindən Molla Əhməd adlı birisini kələntərliyə qəbul etdilər. Y eni kələntərə hökumət tərəfindən xanlıq ünvanı v erildi. Əhməd xan tayfanın tirələri arasında sülh və sakitlik yaratdı.Əhməd xan Baharlı 1858-ci ildə vəfat etdi.

Y enidən tayfa-tirə qarışıqlığı yarandı. Hər kəs öz tirəsindən el kələntərliyinə adam irəli sürdü. Çaba-çarpışma x eyli çəkdi. Nəhayət 1863-cü ildə Baharlı tayfasının Təlkə (təklə) tirəsindən olan Çıraqəli bəy tayfanın kələntəri oldu. O, müvəqqəti olsa da, sakitlik yaratdı, Ardı »

QaraqoyunlularCəlairilərin məğlub edilməsi

1410-cu ildə Qara Yusif Təbriz yaxınlığında keçmiş müttəfiqi Sultan Əhmədi məğlub edərək Cəlairi dövlətinə son qoydu və mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu dövlətini yaratdı. Cəlairi Sultan Əhmədi məğlub etmiş Qara Yusif ona hakimiyyətin yeni sülaləyə keçməsini qanuniləşdirən sənədlərə qol çəkdirdi, Sultan Əhməd Qara Yusifin oğlu Pirbudağı öncədən oğulluğa götürmüşdü. Bu məsələni Sultan Əhmədə xatırladan Qara Yusif Azərbaycanın Pirbudağa verilməsi haqqında yarlıq yazdırdı. 1411-ci ildə Qara Yusif Təbrizdə Azərbaycan əyanları və Qaraqoyunlu əmirlərinin məclisində Pirbudağı "sultan" elan etdi, lakin dövlət işlərini bütövlükdə öz əlində saxladı. Bu dövlətin tərkibinə Qarabağ, Cənubi Azərbaycan, Şərqi Anadolunun bir hissəsi, Ərəb İraqı və Əcəm İraqı daxil Ardı »