Qaraqoyunlular → Bayramxan bəy Baharlı
Bayramxan bəy Abdulla xan oğlu Baharlı - ictimai xadim, Əlişəkər bəy Baharlının nəslindəndir.
Bayramxan bəy Abdulla xan oğlu Baharlı XVIII əsrdə yaşamışdır. Onun XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan, Vorucerd və Nəhavənd hakimi olmuşdur.
O, Bayram xan Baharlının kötücəsi, Mirzə Əbdürrəhim xanın nəticəsidir. Bayramxan bəy Abdulla xan oğlu Baharlı Qarabağ xanlığı zamanında xanlığın hörmətli insanlarından sayılmışdır.
Bayramxan bəy Baharlı xüsusi mədrəsə təhsili görmüş, zəmanəsinin hörmətli insanlarından sayılmışdır. O, Qarabağ xanlığının qurucusu Pənahəli xanın hakimiyyəti illərində xanlığın ictimai-mədəni həyatında yaxından iştirak etmişdir.
Vəli bəy və Süleyman bəy adlı iki oğlu olmuşdur.
Mirzə Haşım bəy Ardı »