Cəlaləddin Mirzə Heydər xan Baranlı (19 yanvar, 1732 - 26 yanvar, 1775) — Hindistanın baş vəziri, Aud nəvvabı.
Həyatı
Cəlaləddin Mirzə Heydər xan 1732-ci ildə Dehli şəhərində doğulmuşdu. Atası Əbulmənsur Mirzə Məhəmməd xan Səfdər Cəng 1739–1754-cü illərdə Audun nəvvabı olmuşdu.
Cəlaləddin Mirzə Heydər xan Böyük Moğollar imperiyasının baş vəziri olmuşdu. Şücaüddövlə ləqəbini daşıyırdı.
Cəlaləddin Mirzə Heydər xan 1754 - 1775-ci illərdə Audun nəvvabı olmuşdu.
Cəlaləddin Mirzə Heydər xan 1764 - cü ildə Benqaliyada olan ingilislərə qarşı mübarizəyə başlamışdı.
Mirzə Heydər xan 1775-ci ildə vəfat edib.
Ailəsi
Mirzə Heydər xan Sədrünnisa Nəvvab Aliyə Sədricahan bəyiml Səadətəli xan qızı ilə ailə qurmuşdu. Yəhyaəli xan, Səadətəli xan, Əli xan adlı oğulları vardı.
Tarix: 05.02.2015 / 12:43 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: Qaraqoyunlular