Həqiqi şərq fəlsəfəsinə də dərindən bələd idi. Şah olmasına baxmayaraq, o, Nəimi və Nəsiminin təbliğ etdiyi hürufiliyin fəal ardıcıllarından idi:
Vüsalını diləram kam ilən ze fəzli-ilah
Məni-şikəstəyə kami-vüsal beylə gərək.
Azərbaycan hürufizminin tədqiqatçısı Zümrüd Quluzadənin yazdığı kimi,
"Həqiqinin poeziyası öz formasına görə, tamamilə hürufi mahiyyətdədir. O, dəfələrlə hərflərin insan əməllərində, xüsusən də onun sifətində əks olunduğunu yazır. İnsan və onun surəti Quranı və Quran ayələrini təcəssüm etdirir:
Ey xətin səbül-məsani, vey ləbin mai-təhur,
Vey cəmalın pərtövindən sərbəsər aləmdə nur.
Yaradıcılığının aşkar hürufi mahiyyəti daşımasına baxmayaraq, maraqlıdır ki, Cahanşah Təbrizdə Nəiminin qızı başda olmaqla 500 hürufi edam etdirmişdi. Buradan da belə nəticəyə gəlmək olar ki, Həqiqini hürufizmdə cəlb edən ya münasib poetik formalar, yaxud da bəzi hürufilərin yeritdiyi siyasətdə Teymurilərin əleyhinə yönəlmiş istiqamət olmuşdur.
Tarix: 03.02.2015 / 18:46 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Qaraqoyunlular