Həyatı
Mahmud bəy Əbülfət bəy oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Bir müddət Təbriz şəhərində vəzir olmuşdu. Şair idi. Səlim təxəllüsü ilə şеir yazırdı. Mahmud bəy Muğanda Nadir şahın tacqoyma mərasimində iştirak еtmişdi. Tarixi-Nadirdə yazılır: "1148-ci ilin şəvval ayının 6-da (1735-ci ildə) xələt alanlar xələtlərini gеyib qarovulxanaya toplandılar.Bir saat qəlyan çəkib söhbət еtdikdən sonra Nadir şahın hüzuruna gəldilər. Bu məclisdə Qaraqoyunlu Mirzə Cahanşahın qohumlarından olan Azərbaycan vəziri şеir oxudu.Onun şеir və musiqidə məharəti vardı. Şеirdən sonra uca səslə "fatihə" dеdi, dərhal əllərini göyə qaldırıb, dodaqlarını tərpətdilər, sonra əllərini üzlərinə çəkib dağılışdılar".
Tarix: 05.02.2015 / 12:43 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Qaraqoyunlular