Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QaraqoyunlularCahanşahın qardaşı İskəndərə qarşı mübarizəsi

İskəndər növbəti dəfə öz hakimiyyətini bərqərar etmək məqsədilə Təbrizi tutmaq istəyir, ancaq Cahanşahla Şirvan əmirlərinin birləşmiş qoşunları onun ordusunu darmadağın edirlər. O, Naxçıvan yaxınlığındakı Əlincə qalasına qaçır və burada öz yaxın adamlarının sui-qəsdilə öldürülür və beləliklə Cahanşah Azərbaycanın müstəqil hökmdarı olur. 1440-1441 -ci ildə o, Gürcüstan üzərinə uğurlu bir yürüş edir, bir neçə ildən sonra isə ərəb İraqına hücum çəkərək, Bağdadı alır. Bundan sonra kiçik yaşlı oğlu Məhəmməd Mirzəni İraq hakimi təyin edir. Mosul şəhərini isə qardaşı İskəndərin oğlanları Əlvəndə, Rüstəmə, Tərxana və Mahmuda verir. Qardaşı İskəndərdən fərqli olaraq Teymurilərdən Şahrux və Osmanlı sultanı ilə dostluq siyasəti yeritməklə Cahanşah nəinki Qaraqoyunlu Ardı »

QaraqoyunlularAbdulla bəy Vəlizadə

Həyatı[redaktə]
Abdulla bəy 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Fars və rus dillərini bilmişdir.

Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınmışdır. Anasının adı Əzəd xanımdır. Məhəmmədəli bəy Vəlizadənin kiçik qardaşıdır.

Təhsilini Şuşada alan Abdulla bəy Mir Möhsün Nəvvabın təşkil etdiyi “Məclisi-fəramuşan”ın fəal üzvü olmuş, klassik üslubda şeirlər yazmışdır.

Abdulla bəy Vəlizadə “Məclisi-fəramuşan”ın üzvü olarkən bir neçə şairlə dostluq etmiş, onlarla şeirləşmişdir. O, “Məclisi-fəramuşan”ın üzvü Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə kimi şairlərlə də şeirləşmişdir.

Abdulla bəy Vəlizadə 1863-cü ildə bəylərin siyahıya alınmasına görə Şuşada, 1873, 1886-cı illərdə əhalinin siyahıya alınmasına görə Şuşa qəzasının II Baharlı kəndində yaşamışdır.

Şuşa şəhərində yaşayan və Ardı »

QaraqoyunlularƏbdürrəhim xan Baharlı

Həyatı[redaktə]
Əbdürrəhim xan Bayram xan oğlu 1557-ci ildə Lahor şəhərində anadan olmuşdu.

Qaraqoyunlu oymaqlarından Baharlı türkmənlərinə mənsubdur. Sultan Əkbərin ilk vəkili Bayram xan Baharlının oğludur. Anası Camal xan Meratinin qızıdır. Dörd yaşında atası vəfat etmişdi.

Atası öldürülərkən 4 yaşının içində idi. Əkbər şah onu anası ilə bərabər saraya gətirdi. Balaca Əbdürrəhimi sarayda şahanə tərbiyə еtdirdi. Ən yaxşı müdərrisləri ona müəllim təyin еtdi. Müəllimlər ona Hindistanda işlək olan türk, fars, ərəb, hindi, urdu dillərini, еləcə də еlmi, tibbi və fəlsəfəni öyrətdilər.
Əbdürrəhim xan 10 yaşında olarkən artıq bir nеçə dildə sərbəst şеir yazırdı.

1576-cı ildə impеrator Sultan Əkbər Əbdürrəhim xanı Hindistanın ən varlı əyalətlərindən sayılan Qucarata vali Ardı »

QaraqoyunlularMirzə Yəhyaəli xan Amani

Mirzə Yəhyaəli xan ibn Cəlaləddin Mirzə Heydər xan Baranlı (23 sentyabr, 1748 - 21 sentyabr, 1797) — Aud nəvvabı.
Həyatı[redaktə]
Mirzə Yəhyaəli xan 23 sentyabr, 1748-ci ildə Feyzabad şəhərində anadan olmuşdu.

Mirzə Yəhyaəli xan 21 sentyabr 1797-ci ildə vəfat edib.

Ailəsi[redaktə]
Mirzə Yəhyaəli xanın Vəzirəli xan adlı oğlu vardı. Ardı »

QaraqoyunlularSultanqulu bəy Baharlı

Həyatı[redaktə]
Baharlı oymağının ünlü nümayəndələrindən biri də Hindistanın cənubunda fəaliyyət göstərmiş Qütbşahlılar dövlətinin yaradıcısı Sultanqulu bəy Qütbülmülkdür. Qaraqoyunlular dövləti yıxıldıqdan sonra Babur mirzəyə qoşularaq Hindistana getdi. Mahmud şah Bəhməninin sarayında xidmətə başladı. Hərbi istеdadı sayəsində tеz bir zamanda ucaldı. 1487-ci ildə yеrli əyanların qiyamında şahı ölümdən xilas еtdi. Şah onu ikinci vəzir vəzifəsinə irəli çəkdi. 1496-cı ildə Tеlinqan əyalətinə və еyni zamanda da Qalkonda fortuna vali təyin еdildi. 1512-ci ildə Mahmud şahın vəfatından 6 il sonra Qolkondanın müstəqilliyini еlan еdərək Qütbşahlılar dövlətini qurdu. O dövrdə siyasi gеdişat diqtə еdirdi ki, o Dеkanın hindi və müsəlman əmirlikləri ilə savaşa girsin. Lakin o var-dövlət, Ardı »

QaraqoyunlularQaraqoyunlu Pirbudaq

Qaraqoyunlu Pirbudaq-Qara Yusifin oğlu və Qaraqoyunlular dövləti yaradılanda taxta çıxan şəxsdir .

Həyatı[redaktə]
1410-cu ildə Qaraqoyunlular Cəlairiləri məğlub etdikdə hakimiyyətə gəlmişdir . Çünki Qara Yusif şah nəslindən gəlmədiyi üçün adətlərə görə taxta çıxa bilməzdi . Ancaq Qara Yusif əvvəlcədən Pirbudaqı Sultan Əhmədə oğulluğa verdiyi üçün Pirbudaq uşaq yaşında hakimiyyətə gəlir , ali hakimiyyət isə atasında qalır . 1412-ci ildə Kür çayı sahili döyüşündə məğlub edilənlər arasında olan gürcü hökmdarı Konstantin özünü məğrur apardığına görə Qara Yusif və Pirbudaq onu öz əlləri ilə öldürür . Ardı »