Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QaraqoyunlularQara Yusif - Teymurilərin məğlub edilməsi

Qaraqoyunlu tayfa ittifaqının başçısı Qara Yusif ilə Əbubəkr ilk dəfə 1406-cı il oktyabrın 14-də Naxçıvanın qərbində, Araz çayının sahilində toqquşdular. Qaraqoyunluların həmləsinə davam gətirməyən Teymurilər qaçmağa üz qoydular. Qara Yusif döyüş meydanından Naxçıvana gəldi. O, burada ikən Təbrizin adlı-sanlı rəislərindən olan Xacə Seyid Məhəmməd Keçəçi Qara Yusifin hüzuruna gəldi, şəhərin Əbubəkr tərəfindən qarət olunduğunu söylədi və onu Təbrizə gəlməyə təşviq etdi. Qara Yusif isə müvəqqəti olaraq şəhəri mühafizə etmək üçün darğa göndərdi və Sultaniyyəyə yürüş etdi. Əbubəkr şəhəri tərk etdi və Reyə qaçdı. Sultaniyyəyə girmiş Qaraqoyunlular şəhəri qarət etdilər, sonra isə əhalini Təbriz, Marağa və Ərdəbilə köçürdülər. Xorasan hakimi olan qardaşı Ardı »

QaraqoyunlularBayram xan Baharlı - Yaradıcılığı

Məhəmməd Bayram Xan, siyasət və dövlətçiliklə birgə, şer və ədəbiyyata da çox maraq göstərmiş birisidir. Türk və Fars dilində şer yaradıclığı var. Şerlərində Bayram təxəllus edərdi. İkl kəz 1910 ilində onun Türkcə və Farsca şerlərini ehtiva edən divanı, Hindistanın Kəlkütə şəhrində, ingiltərəli E. Denison Ross, tedqiqilə çap edildi. 1970 ci ildə şairin Tükce şerləri Müntəxəbat unvaniyla Türkmənistanın Aşqabad şəhrində yayımlandı. 1971 -ci ildə Pakistanın Kəraçi şəhrindədə Dr. muhammad Sabir tarafindan nəşr edilmişdir.

Qəzəlləri[redaktə]
Hərgiz məni tərəhhüm ilə yad qılmadın,
Məhzun könlümi qayğudan azad qılmadın.

Dərd əhli tək mülahizə xatirim qılıb
Könlümi bir inayət ilə şad qılmadın.

Açılmadı yüzün gülündən qönçə tən könül
Kim hicr sərsəri ilə bərbad qılmadın.

Görsətmədi Ardı »

QaraqoyunlularŞirvanşahların məğlub edilməsi

1412-ci ilin dekabrında Qara Yusifin Şirvanşah I İbrahim, Şəki hakimi Seydi Əhməd və gürcü çarı Konstantinin birləşmiş qüvvələrinə qarşı döyüşdə Yar Əhmədin rəhbərliyi altında "Qaraman əsgərləri" yaxından iştirak etmişdi. Kür çayının sahilində baş verən bu döyüşdə Qara Yusif Qarabağ dəstələrinin yardımı ilə qələbə qazandı. Ardı »

QaraqoyunlularQütbşahlılar sülaləsi

Tarixi[redaktə]
Cənubi Hindistanda iki böyük dövlətin – Bәhmәni sülaləsi (fars-tacik) və Vicayanaqara (hind) racəliyinin uzun sürən çəkişməsi onların çökməsinə səbəb oldu. Bəhməni sultanlığı kiçik əmirliklərə bölündü. Varanqalanın sadiq hakimi Sultanqulu bəy bundan bəhrələndi. Qütbülmülk ləqəbli Sultanqulu bəy Baharlı bölünmüş əmirlikləri birləşdirib böyük bir səltənət yaratdı. Onun sultanlığı bütün Hindistan yarımadasını əhatə еdirdi, Ərəbistan dənizindən Bеnqal körfəzinədək uzanırdı. Sultanqulu bəy Qütbülmülk yaratdığı dövlət Bicapurdan sonra Dеkan vadisində ikinci böyük müsəlman dövləti idi. Qara Yusifin siyasətini yürüdən bu Baharlı şahı islamın şiə məzhəbini dövlət dini hеsab еtdi. Qolkonda tеz bir zamanda varlı bir ölkəyə çеvrildi, dəniz ticarəti inkişaf etdi. Xarici ölkələrdən gələn gəmilər bu Ardı »

QaraqoyunlularQaraqoyunlu dövlətinin yaranması

Qaraqoyunlu dövləti - Şirvan istisna olmaqla bütün Azərbaycan, indiki Ermənistan ərazisi, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraqı əhatə edən dövlət. Qaraqoyunlular şiə inanclı Oğuz türk-əsilli tayfa ittifaqıdır. Bayraqlarında təsvir olunan qoyunun rənginə görə Qaraqoyunlu (1410-1468) adlanırdı. Qaraqoyunlu dövlətinin yaranması[redaktə]
24 may 1388 - Qara Məhəmmədin başçılıq etdiyi Qaraqoyunlu tayfasının qoşunları Teymurun müttəfiqi olan Cəlairi əmirlərinin müqavimətini qıraraq Təbrizə daxil olublar. Bu, Qaraqoyunlu qüvvələrinin Teymurun hökmranlığına qarşı ilk uğurlu döyüşü idi. 1408-ci ildə Teymurilər Azərbaycandan qovuldu, 1410-cu ildə isə Qaraqoyunlu dövlətinin yarandığı elan edildi. Tanınmış Qaraqoyunlu hökmdarları Qara Məhəmməd (1380-1389), Qara Yusif (1390 – 1420), Qara Isgəndər (1420 – 1435),əbu Səid(1429-1431),Cahan Ardı »

QaraqoyunlularVəliyevlər

Soyun yaranması[redaktə]
Bu soyun ulu babası Bayramxan bəy Baharlıdır. XVIII əsrin ortalarında Qarabağda yaşamışdı. Bayramxan bəyin Vəli bəy adlı oğlu vardı.

Vəli bəy Qarabağın Kəbirli mahalının Baharlı obasında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. O, İbrahimxəlil xanın divanında vəzir vəzifəsində çalışmışdı.

Mirzə Vəli bəyin törəmələri Vəlibəyov, Vəliyev, Vəlizadə, Vəlili soyadlarını daşıyırdılar.

Mirzə Vəli bəyin İmamverdi bəy, Həşim bəy, İbrahim bəy, Həsənəli bəy adlı oğulları vardı.

Soyun məşhur nümayəndələri[redaktə]
Mirzə İsmayıl bəy Vəliyev (Baharlı)
Mirzə Məmmədhəsən bəy Vəliyev
Məhəmmədəli bəy Vəlizadə (Məxfi)
Abdulla bəy Vəlizadə
Məşədi Abdulla bəy Abış
Nəcəfqulu bəy Vəliyev (Şeyda)
Əbülfət bəy Vəli
Məhəmmədhəsən bəy Vəlili-Baharlı
Əliş bəy Vəliyev-Qarabağ bəyi
Cabbar bəy Vəlibəyov — pedaqoq.
Züleyxa xanım Vəliyeva
Səltənət xanım Vəliyeva- Ardı »

QaraqoyunlularMirzə Məmmədhəsən bəy Vəliyev

Həyatı[redaktə]
Mirzə Məmmədhəsən bəy Hacı Həsənəli bəy oğlu 1820-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbində oxumuşdu. Dövlət idarələrində məmur işləmişdi. quberniya katibi mülki çinini almışdı. Hökumət tərəfindən medalla təltif olunmuşdu. Tarixçi Baharlı onun haqqinda yazır:"O cümlədən birisi bizim əmimiz Mirzə Məhəmmədhəsən bəy Vəliyev. Belə ki, neçə il bundan əqdəm Şirvanda Rus dövləti seyidlərin şəcərələrin yığıb yetişdirdi. O vaxt heç bir dəftərxana mirzələri bacarmayıbdır ki, o şəcərələri rusca tərcümə edələr. Çünki o şəcərələr təmamən ərəb kəlməsi ilə olur. Mirzə Məhəmmədhəsən iki gün iki gecədə tamamın ərəbdən rusca tərcümə edib və bu ahvalı içəri dövləta məlum ediblər. Ardı »

QaraqoyunlularNəcəfqulu bəy Şeyda

Həyatı[redaktə]
Nəcəfqulu bəy Şeyda 1858-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Bakıda Hacı Zeynalabdin Tağıyevin açdığı gеcə kursunda oxumuşdu. Qubеrniya idarəsində iyirmi bеş ilə yaxın tərcüməçi işləmişdi. Balaxanı kəndində nеft quyuları almışdı.

Nəcəfqulu bəy İmarət xanımla ailə həyatı qurmuşdur. Onun Züleyxa xanım, Səltənət xanım adlı iki qızı, Məhəmmədhəsən bəy, Cavad bəy adlı iki oğlu olmuşdur.

Nəcəfqulu bəy şair idi. Şеyda təxəllüsü ilə şеir yazırdı. Nəcəfqulu bəy Şеyda haqqında yazılı mənbə o qədər də çox dеyil. Təzkirəçi Mir Möhsün Nəvvab özünün "Təzkirеyi-Nəvvab" əsərində, dеmək olar ki, bütün Qarabağ şairlərinin həyat və yaradıcılığından xеyli danışsa da, onun barəsində çox cuzi məlumat Ardı »