Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QaraqoyunlularCahanşahın Divanının tarixçəsi

"Divan"ının macərası da şairin həyatı qədər maraq doğurur. Tədqiqatçılar uzun müddət həmin divandan xəbərsiz olduqlarından onu itmiş zənn etmişdilər. Və yalnız 1961-ci ildə əlyazmanın sirri açıldı. Məlum oldu ki, Həqiqinin "Divan"ı uzun müddət İstanbulda, türk sultanlarının saray kitabxanasında saxlanılıb. Sultan Əbdülhəmidin dövründə əlyazma kitabxanadan itmiş, bir müddət sonra isə Misirdə, İskəndəriyyə kitabxanasında tapılmışdır. Lakin sonradan buradan da yoxa çıxaraq, dünyanı gəzə-gəzə Londona gəlib çıxmışdır. Məşhur şərqşünas alim Minorski onunla burada tanış olub. Lakin əlyazma burada da qalmır. Nyu-Yorka, erməni kolleksiyaçısı Arutyun Qazaryanın şəxsi arxivinə düşən əlyazma buradakı başqa əsərlər kimi, onun vəsiyyətinə əsasən, İrəvan Universitetinə gətirilir. Azərbaycan alimi Lətif Hüseynzadə "Divan"ı Ardı »

QaraqoyunlularOğlanları Həsənəli və Pirbudağın Cahanşaha qarşı üsyanı

Elə həmin vaxt oğlu Həsənəli özünü sultan elan edərək, Təbrizi ələ keçirir. Azərbaycana dönən Cahanşah üsyançılarla sərt rəftar edir. Yalnız anasının himayədarlığı Həsənəlini edam cəzasından qurtarır. Ölkədən sürgün edilmiş Həsənəli atasının düşməni Uzun həsənin düşərgəsinə, buradan isə qardaşı Pirbudağın yanına Şiraza gəlir. Qardaşlar birləşib, Cahanşaha tabe olmadıqlarını elan edirlər. Bunu eşidən sultan 1462-1463-cü ildə Şirazı mühasirəyə alaraq, işğal edir. Anaları bu dəfə də qardaşları xilas edir. Bundan sonra Cahanşah dövlət idarəçiliyini oğlanları arasında bölüşdürür. Pirbudağa Bağdad, Mirzə Yusifə Fars, Qasımbəyə isə Kirman düşür.

Pirbudaq yenidən üsyan edib sultanlıq eşqi ilə atasının üzünə ağ olur. Cahanşah 1466-cı ildə Pirbudağın paytaxt elan etdiyi Bağdadı Ardı »

Qaraqoyunlularİbrahim bəy Baharlı

Həyatı[redaktə]
İbrahim bəy Mirzə Vəli bəy oğlu Baharlı 1763 ildə Şuşada anadan olmuşdur. O, Mirzə Vəli bəyin ikinci oğul övladı idi.

İbrahim bəy ilk təhsilini atasından almış, sonralar xüsusi mədrəsə təhsili görmüşdür. Mədrəsədə təhsil aldığı illərdə İbrahim bəy şəriət elmlərini öyrənmişdir. Qeyri-adi istedadı sayəsində o, ərəb, fars, rus dillərini mükəmməl bilmişdir.

Tarixi qaynaqlarda İbrahim bəyə zəmanəsinin oxumuş, savadlı insanı deyilir. Bu qaynaqlarda o, nüfuzlu, alicənab, xeyirxah insan kimi xatırlanır. İbrahim bəy və onun böyük qardaşı Mirzə Haşım bəy atalarından sonra İbrahimxəlil xanın inandığı, etibar etdiyi yaxın adamları olmuşlar. Mirzə Vəli bəydən sonra Qarabağ xanlığında bu iki qardaşın xüsusi hörməti var idi. “Əhvalati-Qarabağ” (transliterasiya edəni Ardı »

QaraqoyunlularQaraqoyunlu və Ağqoyunluların toqquşması

Qaraqoyunlu dövləti yalnız 1447-ci ildə Şahrux Xorasanda dünyasını dəyişəndən sonra tam müstəqillik qazanır. Hakimiyyətsizlikdən istifadə edən Cahanşah Sultaniyyə, Qəzvin və Həmədanı Qaraqoyunlu torpağlarına qatır, elə həmin ildə Gürcüstan üzərinə yürüş edir. Bu vaxt İskəndərin oğlu, Mosul hakimi Əlvənd Mirzə Cahanşaha qarşı üsyan qaldırır və ətraf yerləri tutaraq özünü müstəqil elan edir. Bu barədə xəbər çatan kimi Cahanşah Təbrizə qayıdır və öz qoşunlarını Əlvənd Mirzənin üzərinə göndərir. Əlvənd məğlubiyyətə uğrayır və Ağqoyunlu hökmdarı Cahangirin yanına qaçır. Bu isə Cahanşahı məcbur edir ki, öz qoşununu Cahangirin üzərinə yönəltsin. Cahangirin qoşunları əzilir və onun torpaqlarının bir hissəsi Cahanşahın tabeçiliyinə keçir. Ardı »

QaraqoyunlularAğqoyunluluların yüksəlməsi və Cahanşahın öldürülməsi

Həmin vaxtlarda gün-gündən möhkəmlənən və görkəmli sərkərdə və siyasi xadim Uzun Həsənin idarə etdiyi Ağqoyunlu dövləti formalaşırdı. Uzun Həsən tez-tez Cahanşahdan vassal asılılığında olan torpaqlara hücum çəkirdi. 1458-ci ildə o, Gürcüstana yürüş edir. Ərdəbil hakimlərinin də fəallığı artmaqda idi. Şah İsmayılın babası, məşhur Şeyx Cüneydin xalq arasında nüfuzunun artması Cahanşahı narahat edirdi və odur ki, onu Ərdəbildən Diyarbəkirə sürgünə yollayır. Üstündən dörd il keçəndən sonra şeyx Ərdəbilə gəlir və Şirvanşah Xəlilullahla döyüşdə öldürülür. Bu arada Uzun Həsən Gürcüstan üzərinə yeni bir hücuma keçir və Ərzurumu tutur. Onun fəallaşdığını görən Cahanşah Osmanlı sultanının məsləhəti ilə qəti qərar verir. Qoşun toplayaraq, onu Ağqoyunluların Ardı »

QaraqoyunlularMirzə Vəli bəy Baharlı

Həyatı[redaktə]
Mirzə Vəli bəy Baharlı təxminən 1725-ci ildə anadan olmuşdur. Onun XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan, Vorucerd və Nəhavənd hakimi olmuşdur. Böyük Moğollar İmperatorluğunun başçısı Əkbər şahın atabəyi olub, ölkəni 4 il müstəqil idarə etmiş, eyni zamanda incə ruhlu şair xanlar xanı Bayram xan Seyfəli bəy oğlu Baharlı, dövlət xadimi olmaqla yanaşı türk, fars, hind dillərində şeirlər yazmış oğlu Mirzə Əbdürrəhim xan Əlişəkər bəy Baharlının nəslinə mənsub olub Mirzə Vəli bəyin ulu babalarıdırlar.

Orxan Zakiroğlunun (Baharlı) tədqiqatına görə Mirzə Vəli bəyin atası Bayramxan bəy Abdulla xan oğlu Baharlı Qarabağ xanlığının Ardı »

QaraqoyunlularƏbdürrəhim xan Baharlı - Ailəsi

Ailəsi[redaktə]
Əbdürrəhim xanın Canan bəyim adlı qızı vardı.

Qarabağ xanlığının ictimai həyatında yaxından iştirak etmiş Bayramxan bəy Baharlı, Qarabağ xanının vəziri, şair Mirzə Vəli bəy Baharlı, Mirzə Haşım bəy Baharlı, İbrahim bəy Baharlı, çar ordusunun zabiti, bir çox xalq qəhrəmanlarını, günahsız insanları azğınlaşmış rus və erməni xainlərinin əlindən xilas etmiş Mirzə İsmayıl bəy Ibrahim bəy oğlu Vəliyev (Baharlı), Qarabağın varlı taciri Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev, "Məxfi" təxəllüsü ilə Azərbaycan və fars dillərində klassik üslubda şeirlər yazmış, "Əhvalati-Qarabağ" əsərinin müəllifi Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəlizadə, onun kiçik qardaşı şair Abdulla bəy Vəlizadə, İsmayıl bəy Adıgözəl bəy oğlu Vəlibəyov, Ardı »

QaraqoyunlularBayramxan bəy Baharlı

Bayramxan bəy Abdulla xan oğlu Baharlı - ictimai xadim, Əlişəkər bəy Baharlının nəslindəndir.

Bayramxan bəy Abdulla xan oğlu Baharlı XVIII əsrdə yaşamışdır. Onun XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan, Vorucerd və Nəhavənd hakimi olmuşdur.

O, Bayram xan Baharlının kötücəsi, Mirzə Əbdürrəhim xanın nəticəsidir. Bayramxan bəy Abdulla xan oğlu Baharlı Qarabağ xanlığı zamanında xanlığın hörmətli insanlarından sayılmışdır.

Bayramxan bəy Baharlı xüsusi mədrəsə təhsili görmüş, zəmanəsinin hörmətli insanlarından sayılmışdır. O, Qarabağ xanlığının qurucusu Pənahəli xanın hakimiyyəti illərində xanlığın ictimai-mədəni həyatında yaxından iştirak etmişdir.

Vəli bəy və Süleyman bəy adlı iki oğlu olmuşdur.

Mirzə Haşım bəy Ardı »