Qaraqoyunlular → Məhəmmədəli bəy Məxfi
Həyatı[redaktə]
Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu 1832-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınmışdır. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Şamaxı, Tiflis, İrəvan və Şuşa qəza idarələrində məmur işləmişdi. Mülki xidmətə tərcüməçilikdən başlamışdı. Quberniya katibi çinindən titulyar müşaviri çininə qədər ucalmışdı. O, 1892-ci ildə varissiz vəfat edib. Nədənsə Mir Möhsün Nəvvab onun 1890-cı ildə rəhmətə getdiyini yazır. Amma şairin bütün hüquqi sənədlərində 1892-ci il qeyd edilmişdir.
Məhəmmədəli bəy şair idi. Məxfi təxəllüsü ilə incə təbli şeir yazırdı. Mir Möhsün Nəvvab, Məhəmməd ağa Ardı »