Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QaraqoyunlularSəltənət xanım Vəliyeva

Həyatı[redaktə]
Səltənət xanım Həsənova-Vəliyeva 4 fevral 1893-cü ildə anadan olmuşdur. O, 1901-1905 illərdə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın müdiri olduğu Tağıyev Qızlar Gimnaziyasında oxumuş, rus dilində təhsil almışdır. Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biridir.

Səltənət xanım Həsənova-Vəliyeva uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Səltənət xanım Həsənova-Vəliyeva Bakı milyonçusu Mir Əbdüləhəd Seyid Qəhrəman oğlu Seyidhəsənzadə ilə 1917-ci ildə ailə həyatı qurmuşdur.

Səltənət xanım Həsənova-Vəliyeva 1976-cı ildə, 83 yaşında Bakıda vəfat etmişdir.

Orxan Zakiroğlu (Baharlı) Səltənət xanım Vəliyeva-Həsənovanın anadan olmasının 120 illiyi münasibəti ilə "Tağıyev Qızlar Gimnaziyasının ilk məzunu" ("Təzadlar" qəzeti, 7 noyabr 2013-cü il, № 113 (1850)) adlı məqalə çap etdirmişdir. Ardı »

QaraqoyunlularCahanşahın İranı fəth etməsi

Cahanşahın beş oğlu vardı:

Pirbudaq
Həsənəli
Qasımbəy
Mirzə Məhəmməd
Mirzə Yusif.
Onlar hakimiyyət uğrunda mübarizədə atalarına hər cür kömək edir, lakin eyni zamanda bir neçə dəfə atalarından ayrılmağa və müstəqil olmağa da cəhd göstərirlər. 1452-ci ildə Cahanşah İranı fəth edir və Fars vilayətinin bir hissəsini tutur. Oğlu Pirbudaqı İsfahan hakimi qoyur. O isə Farsa hücum edərək, Şiraz və Kirmanı tutur. 1453-cü ilin sonunda Cahanşah Pirbudağı Fars hökmdarı təyin edib, özü Təbrizə qayıdır. 1457-ci ildə isə qoşununu Xorasan üzərinə çəkir. O biri il Teymurilərin paytaxtı Heratı tutaraq, Şahruxun məşhur sarayında yerləşir. Ardı »

QaraqoyunlularMirzə Haşım bəy Baharlı

Mirzə Haşım bəy Baharlı — ictimai xadim, Mirzə Vəli bəy Baharlının oğlu.

Həyatı[redaktə]
Mirzə Haşım bəy Baharlı Şuşada anadan olmuşdur. O, Mirzə Vəli bəyin böyük oğludur.

Mirzə Haşım bəy Mirzə Vəli bəy oğlu Baharlı XVIII əsrin ortalarında Şuşada anadan olmuşdur.O, ilk təhsilini atasından almış, sonralar xüsusi mədrəsə təhsili görmüşdür. Mədrəsədə təhsil aldığı illərdə Mirzə Haşım bəy şəriət elmlərini öyrənmiş, ərəb, fars dillərini mükəmməl bilmişdir. Onun gözəl əl qabiliyyəti olmuşdur. Qeyri-adi istedadına görə Mirzə Haşım bəyə Zərrinqələm deyilmişdir.

Tarixi qaynaqlarda Mirzə Haşım bəyə dövrünün savadlı insanı deyilir. Bu qaynaqlarda o, hörmətli, xeyirxah şəxs kimi xatırlanır.

Mirzə Haşım bəy və kiçik qardaşı İbrahim bəy atalarının Tehranda faciəli ölümündən Ardı »

QaraqoyunlularMəhəmmədhəsən bəy Vəlili-Baharlı

Məhəmmədhəsən bəy Vəlili - Baharlı ( 1896-cı il, Şuşa - 24 iyul 1937-ci il, Bakı) - Azərbaycan Dövlət Bankının ilk müdiri, iqtisadçı, etnoqraf, siyasi repressiya qurbanı, Nəcəfqulu bəy Vəliyevin (Şeyda) oğlu, Züleyxa xanım Vəliyevanın və Səltənət xanım Vəliyevanın qardaşı.

Həyatı[redaktə]
Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu 1896-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Bakı gimnaziyasını bitirdikdən sonra təhsilini Kiyеv univеrsitеtinin iqtisadi-coğrafiya fakultəsində davam еtdirmiş və 1915-ci ildə oranı bitirmişdir.

Baharlı Azərbaycan Dеmokratik Cumhuriyyəti hökumətinin fəaliyyəti dövründə təsis еdilmiş Bakı Dövlət Univеrsitеtində dərs dеmiş, həmin dövrdə, 1919-cu ilin sеntyabrın 30-unda yaradılmış Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışmışdır. Sovеt dövründə isə əmək fəaliyyətini Dövlət Plan Komitəsində davam еtdirmişdir.

O, Ardı »

QaraqoyunlularQara Yusif

Arxa plan[redaktə]
Qaraqoyunlu və Ağqoyunlu adlanan oğuz mənşəli tayfa birləşmələri XIII əsrdən etibarən Anadoluda yanmköçəri həyat sürürdülər. Qaraqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların cəmləşdiyi bölgə isə Diyarbəkir idi. Hər iki tayfa birləşməsi "türkman" adlanan eyni etnik qrupa mənsub olub, ünsiyyət vasitələri Azərbaycan dilinin cənub ləhcəsi idi. Bu tayfa adlarının totem sayılan qoyunların rəngi ilə əlaqədar olduğu ehtimal edilir. Həmin tayfalara məxsus olan qoç heykəlləri şəklində məzar daşlarının zəmanəmizədək çatdığı məlumdur. Qaraqoyunluları və Ağqoyunluları təşkil edən tayfa və boyların bu əraziyə Orta Asiyadan gəlməsini Səlcuqların Yaxın Şərqə köçməsi ilə bağlayırlar. Lakin onların Azərbaycana və Qərbi İrana köçməsini daha erkən dövrə (VIII-IX Ardı »

QaraqoyunlularŞahruxla mübarizə

Qaraqoyunlu dövlətinin ən güclü düşməni Xorasanda qərar tutmuş Teymuri hökmdarı Şahrux idi. 1419-cu ildə Qara Yusif böyük ticarət əhəmiyyəti olan Sultaniyyə və Qəzvini tutdu. Qaraqoyunluların şərqə irəliləməsi Şahruxu qəti tədbirlərə əl atmağa sövq etdi. O, 1420-ci ilin yayında 200 minlik qoşunla Azərbaycana tərəf hərəkət etdi. Lakin Qara Yusif də geniş hərbi hazırlıq görmüşdü: atlı qoşunla yanaşı burada ilk dəfə olaraq piyada döyüşçülər (Təbriz vilayətinin oturaq əhalisi, kəndlilər) ordu sıralarına cəlb edilmişdilər. Şahruxun Təbrizə göndərdiyi elçisinin Qara Yusif tərəfindən həbs edilməsi, Qara Yusifin döyüş məqsədilə paytaxtdan çıxması xəbəri Şahruxun ordusunda böyük həyəcan və təlaş doğurmuşdu. Şahrux qüdrətli sərkərdə kimi geniş şöhrət tapmış Ardı »

QaraqoyunlularBaharlı oymağı

Oymağın tarixi[redaktə]
Orta çağda oğuzların tərkibində Orta Asiyadan Yaxın Şərqə və Azərbaycana gəlmiş türk tayfasıdır. "Baharlı" etnik t ermininə ilk dəfə XV yüzilə aid qaynaqlara təsadüf edilir. Vladimir Minorski qeyd edir ki, Barani (və ya Baranlı) digər bir adının Baharlı olduğu və İva boyundan ayrılmış, Qaraqoyunlu tayfa ittifaqına daxil olan oymaqdır. C. Malkolma görə, "Əmir Teymur tərəfindən Suriyadan Fars əyalətinə gətirilmiş" əslən Şamlıların bir qoludur.
Baharlılar Qaraqoyunlu tayfa ittifaqında hakim mövq e tutmuşdular. Qaraqoyunluların süqutundan sonra baharlılar Ağqoyunlulara tab e olmaq istəməyərək Xorasana g edib, t eymurlulara sığınmışdırlar. Uzun Həsənin ölümündən sonra (1478) onların Qaraqoyunlu dövlətini bərpa etmək təşəbbüsü nəticə v ermədi. Ardı »

QaraqoyunlularII Səadətəli xan

Həyatı[redaktə]
Səadətəli xan 1752-ci ildə doğulmuşdu. Cəlaləddin Mirzə Heydər xanın ikinci oğludur. 21 yanvar 1798-ci ildə tacgüzarlıq etmişdi.

Səadətəli xan 11 iyul 1814-cü ildə vəfat edib.

Ailəsi[redaktə]
Səadətəli xanın Heydər xan adlı oğlu vardı. Ardı »