Qafqaz Albaniyası → Dop sülaləsi
Tarixi
Dop sülaləsi adını Yuxarı Xaçın knyazı I Həsənin xanımı Dop xatunun (Դաւփ – Dop Dəfnə adının erməni dilinə uyğunlaşdırılmış formasıdır.) adından almışdır. Dop özü isə Sarkis Zaxari-Dolqaruki və Saakanduxt Artsruninin qızı olmuşdur. Əri I Həsənin ölümündən sonra Dop xatun Yuxarı Xaçının (Zar) hakimi olmuşdur. Bu tarixdən sonra Yuxarı Xaçının hakim sülaləsi Dop sülaləsi (Dopyanlar) adlanmışdır ki, bu dünya tarixində qadın adı ilə adlandırılmış çox az sülalələrdən biridir.
Dop sülaləsi çiçəklənmə dövrünü XIII əsrdə - Qafqazda monqol hökmranlığı dövründə yaşamışdır. I Həsən və Dop xatunun oğlu I Qriqor Dop və Saak Sevadanın oğlu birlikdə monqol sərkərdəsi Baycu noyonun Mesopotamiya yürüşündə (1242—1243) iştirak etmişdi.
Sülalənin Ardı »