Qafqaz Albaniyası → Müqəddəs Şupxalişay
Katolikosluq dövrü[redaktə]
Müqəddəs Şupxalişayın katalikosluq dövrü ziddiyyətlidir. Ümumiyyətlə bəzi tədqiqatçılar onu tarixi şəxs saymırlar. S.X.Ovannesyan göstərir ki, Aluen kilsə məclisinin iştirakçısı Şupxalişay IV əsrdə katolikosluq etmişdir. Şupxalişayın müasiri alban çarı III Mömin Vaçaqan yox, II Vaçaqan olmuşdur, məclis də onun vaxtında çağırılmışdır. S.X.Ovannesyan Alban ölkəsinin tarixində və alban katolikoslarının siyahısında Şupxalişayın adı ilə bağlı ziddiyyətlərin olduğunu qeyd edir. Siyahıda Şupxalişayın adı Marifçi Qriqorinin nəvəsi Müqəddəs Qriqorisdən (IV əsr) sonra alban katolikosları sırasında verilir, kontekstdə isə o, alban çarı III Mömin Vaçaqanın müasiri (V əsr) və Aluen kilsə məclisinin iştirakçısı kimi təqdim edilir. Alban katolikoslarının siyahısına inanıb mətnin doğruluğunu inkar edən S.X.Ovannesyan Şupxalişayın Ardı »