Qafqaz Albaniyası → Sünik sülaləsinin bölünməsi
VIII əsrin əvvəllərində Qafqazda Ərəb Xilafətinin təsirinin zəifləməsi dövründə Sünik sülaləsi bir neçə qola bölündü. 821-ci ildə ərəb qüvvələri Sünikin böyük bir hissəsini idarə edən Vasak Süniyə qarşı yürüş təşkil etdilər. Lakin, Xürrəmilər hərəkatının rəhbəri Babəkin köməkliyi ilə süniklilər öz torpaqlarını ərəblərdən azad edə bildilər. Lakin bu dəfə də Sünik hakimi Babəkdən asılı vəziyyətə düşdü. Babəkə qarşı müharibənin aparıldığı dövrdə o, yürüş edərək Göyçə gölü sahilində yerləşən Balk və Qeqrqunik havarlarını taladı. Vasak Süninin ölümündən sonra, onun böyük oğlu Filipe mərkəzi Süniki, kiçik oğlu Saak Süni isə Göyçə gölü ətrafındakı əraziləri idarə edərək Sünik sülaləsinin Qeqarqunik haykazunları (hakimləri) olan qolunun əsasını Ardı »