Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz AlbaniyasıSanatruk

Sanatruk — 298-338-ci illərdə Paytakaran hökmdarı, bəlkə də Qafqaz Albaniyasının çarı. Erməni qaynaqları onu saysız-hesabsız hunların hökmdarı adlandırır.

Xristianlığa qarşı mübarizəsi[redaktə]
Sanatruk Albaniyaya xristianlığı yaymaq üçün göndərilmiş əslən parfiyalı erməni din xadimi Müqəddəs Qriqorisi və onun yerli sakinlərdən xristian dininə cəlb edə bildiyi şəxsləri edam etdirdikdən sonra, alban feodalları ilə birgə 337-ci ildə Erməni çarlığına hücum etmiş və ölkənin paytaxtı Valarşapatı bir il əlində saxlamışdır. Romalıların köməyinə arxalanan ermənilər bir il sonra əks hücuma keçmiş və Sanatruku Erməni çarlığından çıxara bilmişlər. Döyüşlərin birində Sanatruk həlak olmuşdur.

Tarixşünaşlıqda yeri[redaktə]
Baxmayaraq ki Musa Kalankatlının təqdim etdiyi Alban Arşakilərinə aid siyahıda Sanatrukun adı yoxdur, bir çox tədqiqatçılara görə Ardı »

Qafqaz AlbaniyasıKatolikos X İohannes

Katolikosluğu[redaktə]
Katolikos IV Qriqorisin qardaşı oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. 1633-cü ildə Kaxetiya çarı I Teymuraz və onun qaynı Davud xan Ubiladze ilə birləşib Səfəvi hakimiyyətinə qarşı üsyana qərar versə də Teymurazın Qarabağı işğal etməsindən sonra ona dəstək verməkdən əl çəkdi. 1634-cü ildə Səfəvilər tərəfindən həbs edilib edam edildi. Ardı »

Qafqaz AlbaniyasıAlbaniya - Sosial münasibətlər

Antik müəlliflərə əsasən, Qafqaz Albaniyasının öz basilevsləri (çarları) vardı. Pompeyin yürüşləri zamanından tanınan Oroysun və otuz il sonra sərkərdə Kanidi Krass ilə çarpışan Zoberin adları bizə gəlib çatmışdır. Bəzi antik yazıçılar Albaniyada bir basilevs olduğunu deyirlər. Məsələn, Strabon bildirir ki, hazırda Albaniyada bir basilevs hamının üzərində hökmranlıq edir. Eyni fikri İosif Flavi, Dion Kassi və Appian da söyləyirlər. Plini, Avqustun Aikira kitabəsi, Fest, Evtropi və başqaları Albaniyada çarın təkhakimiyyətliyindən bəhs edirlər. Digər müəlliflər Albaniyada bir neçə basilevsin hökmranlıq etdiyini göstərirlər. Məsələn, Plutarx Kaspi sahillərində bir neçə alban basilevsi olduğu haqqında məlumat verir. Tasit də albanlarda rekslər (çarlar) olduğunu söyləyir.

Antik müəlliflər qədim Ardı »

Qafqaz AlbaniyasıYesai Əbu Musa

Pavlikanlara qarşı mübarizəsi[redaktə]
"Ağvan tarixi"ndə qeyd edilmişdir ki, təqribən 830/1-ci ildə pavlikianlar Bercor vilayətinə və Artsak əyalətindəki Ureas, Kamakaş, Həkəri və Tapat kəndlərinə basqın etmişdilər, lakin knyaz Stepannos Ablasad onları Babəkin köməyi ilə məğlub etdi. Erməni tarixinin 279 (830-831)-cu ilində pavlikian başçıları Davon və Şapux knyaz Ablasadı öldürdülər və yenidən üsyan edən pavlikianlar Qoroz qalasında möhkəmləndilər və "Ağvan tarixi"nin verdiyi məlumata görə, 12 il ərzində Arranın aşağıdakı vilayətlərini əllərində saxladılar: Yuxarı Vaykunik Bercor, Sisakan [və Kotak], [Mivs] Haband, Amaras, Pazkank, Mxank və Tri . "Bundan sonra Ablasadın yaxın adamları onun qatillərini tutub əzabla öldürdülər və Ablasadın bacısı oğlu olub, dinclik sevən və Ardı »

Qafqaz AlbaniyasıHəmşivəng kompleksi

Tarixi[redaktə]
Kompleksin əsası 12-ci əsrdən əvvəl qoyulmuşdur. Məbəd qədim alban məbədi olmaqla Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Tədqiqatçı memarlarımız Həmşivəng məbədinin ərazisində Arsax xaçdaşına bənzər xaçdaşı aşkarlamışdılar. Lakin daş hətta tədqiq belə edilmədən Ermənistan rəhbərliyinin göstərişi ilə gecəylə vertolyotla bizim alimlərin gözü qabağında oğurlanaraq Ermənistana (Eçmiədzinə) aparılmışdır. Hazırda məbədin xarabalıqları qalmışdır və bərpaya ehtiyacı var. Ardı »

Qafqaz AlbaniyasıSünik (sülalə)

Sünik, Süni, Syuni, Sisakan sülaləsi (erm. Սյունի, Սիսակյաններ) – antik və orta əsrlər dövründə Sünik vilayətində hakimiyyət sürmüş sülalə. Ermənistan tarixinin ən güclü sülalələrindən biri kimi dəyərləndirilən Sünik sülaləsi eyni zamanda, Azərbaycan tarixində də mühüm rol oynamış, müstəqil Sünik çarlığının hökmdarları bu sülalədən olmaqla yanaşı, Arranilər sülaləsinin banisi Arran da Sünik sülaləsinin nümayəndəsi olmuşdur. Sünik sülaləsi həm Qafqaz Albaniyası, həm Atropatena, həm də Ermənistanın hökmdar sülalələri ilə qohumluq əlaqələrinə malik olmuşdur.

Sünik sülaləsi nümayəndələrinin inşa etdirdiyi bir çox dəyərli tarixi-memarlıq abidələri dövrümüzə çatmışdır.
Etnogenezi[redaktə]
Əfsanəvi şəcərə cədvəlinə görə Sünik sülaləsi Yafətin nəslindən gələn və erməni xalqının “əfsanəvi ilk hökmdarı sayılan” Haykın nəslindən (Hayk – Ardı »

Qafqaz AlbaniyasıSinay palimpsesti

Xarakteristikası[redaktə]
VI əsrə yaxud daha öncəsinə aiddir. 19.5 sm enə, 22.4 sm uzunluğa sahibdir. Hər sütundə 22 sətir, hər səhifədə 44 sətir mövcuddur. Sözlərin baş hərfi böyük hərflə yazılmışdır. Yazının mətni Həvari Pavelin Korinflilərə ikinci məktubundan ibarətdir. Palimpsest Zaza Aleksidze tərəfindən deşifr olunmuşdur. İlk deşifr edilən söz birləşməsi "əziyyət çəkmək" mənasına gələn "mar akesunux" olmuşdur. Palimpsest kilsələrdə mərasimlərdə oxunulan dua kitablarının bir hissəsidir. Ardı »

Qafqaz AlbaniyasıXaçın knyazlığı

Tarixi[redaktə]
XII-XIII əsrlər Arsax-Xaçın knyazlığının yüksəliş dövrü oldu. Qədim Albaniyanın bir hissəsi olan bu knyazlığın mərkəzi Xaçınçayın və qismən Tərtər çayının hövzələrində yerləşirdi. Alban Mehranilər sülaləsinin nümayəndələrindən, xələflərindən biri Həsən-Cəlal (1215-1261) bu knyazlığın hökmdarı idi. Həsən-Cəlalın Mehranilər sülaləsinə mənsub olduğunu təsdiqləyən dəqiq şəcərələr də mövcuddur. Beləliklə, Xaçın knyazlığının hökmdarı olmuş Həsən-Cəlalın vaxtilə hökmranlıq etmiş alban Mehranilər sülaləsi ilə həm bilavasitə genetik (qohumluq) əlaqəsi, həm də böyük bir dövr ərzində – VII əsrdən XIII əsrədək alban hökmdarının siyasi hakimiyyətinin varisliyi izlənməkdədir. Həsən-Cəlal Xaçın və qismən Arranın süveren knyazı olub, gürcü çarlığından asılı deyildi. Bu Arsax-Xaçın hökmdarı erməni, gürcü və fars sinxron (eyni dövrə Ardı »