Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz AlbaniyasıXınıslı yaşayış yeri

Xınıslı – Azərbaycan Respublikasının Şamaxı rayonu ərazisində erkən və inkişaf etmiş orta əsrlər dövrünə aid arxeoloji abidə.

Qədim Şamaxı məskəni xarabalıqlardan və qəbirlər, o cümlədən yerli ustaların əməyinin məhsulu sayılan müəyyən miqdarda şüşə məmulatı, qab və bəzək şeyləri də aşkar olunmuşdur. Xammal kimi, ehtimal ki, Abşerondakı Xırdalan qumundan istifadə edilmişdir. Buxada şüşə istehsalı eramızın ilk əsrlərinə aiddir. Göstərilən materiallar qədim Şamaxı məskəninin beynəlxalq ticarət yolunda mühüm iqtisadi mərkəzlərdən biri olduğunu ehtimal etməyə imkan verir. Xınıslıda aparılan arxeoloji qazıntılar zamanı bir sıra gətirilmə əşyalar: minalı Roma toqqaları şüşə qablar, bəzək şeyləri, möhürlər, Sasani gümüş qabları, sikkələri və i.a. tapılmışdır ki, bu da Ardı »

Qafqaz AlbaniyasıXınıslı yaşayış yeri - Üçüncü dövr

Üçüncü dövr eramızın II əsrinin sonu – III əsri əhatə edir. Bu mədəni təbəqədə xeyli ibna, divar və ocaq qalıqları aşkar edilmişdir. Sahəsi 14x5 m olan ibnalardan biri gil palçıqla çay daşından və çapıq daşdan tikilmişdir. İçəridən divarlara saman suvaq çəkilmişdir. Döşəmə torpaqla, qismən daşla örtülmüşdür. Ibna yanğmdan məhv olmuşdur. Aşkar olunmuş gil səhənglərdən yanıb kömürə dönmüş qoz, zeytun, buğda və arpa dənləri tapılmışdır. Binanın şimal hissəsindəki otaqda kürə olmuşdur. Mədəni təbəqədə külli miqdarda müxtəlif formalı boz və çəhrayı rəngli gil kasalar, bardaqlar, süd qabı, parç, boşqab və s.tapılmışdır. Onlardan bəziləri dulus çarxında hazırlanmışdır. Mədəni təbəqədən tapılmış materiallar son dövr küp Ardı »

Qafqaz AlbaniyasıMehranilər

Mehranilər, Mihranilər - Qafqaz Albaniyasını miladi tarixlə 628-705-ci illər arasında idarə etmiş İran mənşəli sülalə.

Miladi 591-ci ildə Qafqaz Albaniyası ittifaqına daxil olan Girdiman knyazlığında hakimiyyətə gəlmiş Mehranoğulları sülaləsinin əsası Mehran (Sasani şahının kürəkəni , Moisey Kalankatukluya görə Mehran edam olunmaq təhlükəsindən dolayı miladi tarixilə 591-ci ildə öz nəslinə məxsus 30 min ailə ilə birlikdə Qafqaz Albaniyasının Girdiman vilayətinə gəlmiş, vilayətin 12 əyanını nahar yeməyinə dəvət edərək onları öldürtmüş və Girdimanın sahibi olmuşdur .) tərəfindən qoyulmuşdur.

Mehranın nəsli ; Moisey (Musa) Kalankatukluya (Qalakəndliyə) görə sülalənin tarixçəsi belədir:

Mehran, Mehranın oğlu Ərmail, Ərmailin oğlu Vard, Vardın oğlu Cəsur I Vardan (O, Mehran təki keçmiş yerli Ardı »

Qafqaz AlbaniyasıKatolikos VII İohannes

Katolikos VII İohannes - Albanların LXIII katolikosu.

Katolikosluğu[redaktə]
Həsən Cəlalın oğlu idi. Bu nəsildən olan ilk katolikosdur. 1420-ci ildə kürsüyə çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Ardı »

Qafqaz AlbaniyasıQafqaz Albaniyasının incəsənəti

Qafqaz Albaniyasının incəsənəti Qədim Şərqin tarixi və regional incəsənəti olmaqla Azərbaycan incəsənətinin ən qədim mərhələlərindən birini təşkil edir.

Arxeoloji materialların öyrənilməsi, tədqiqatçılara Qafqaz Albaniyası incəsənətinin inkişaf mərhələləri haqqında fikir söyləməyə imkan vermişdir. Orta əsrlər alban incəsənəti qədim dövrdə Qafqaz Albaniyası sənətkarlarının yaratdıqları özüllər üzərində inkişaf etmişdi. Qafqaz Albaniyası incəsənəti erkən dövrdə təbiəti və xarakteri baxımından dini ideyalara əsaslansa da, birinci əsrdən yeni dövrün başlanması ilə dinin təsiri bir qədər zəifləyir və feodalizmin mənşəyi və inkişafı ilə bağlı yenilikçi ideyalar yayılır. Yüksək səviyyədə mənimsənilmiş humanist ideyaların istiqamət verdiyi ikinci mərhələ dini və məzhəbi tendensiyaların üstünlük təşkil etdiyi əvvəlki mərhələnin özülləri üzərində inkişaf etməkdə Ardı »

Qafqaz AlbaniyasıQafqaz albanlarının dili

Qafqaz albanlarının dili və ya sadəcə alban dili — Qafqaz Albaniyasının yaradıcıları və alban tayfa ittfaqının əsas tayfalarından biri olan Qafqaz albanlarının danışdığı dil. Alban dili müxtəlif tədqiqatçılar tərəfindən türk dilləri və Qafqaz dilləri qrupuna aid edilir.

Xristianlıq qəbul edilənə və Albaniyada dövlət dininə çevrilənədək albanların öz yazısı olmuş, bütün ölkə üçün tayfalararası ünsiyyət vasitəsi kimi alban dili geniş intişar tapmışdı. Alban dilində yerli yazı və ədəbiyyatın yaranması ermənilərdə və gürcülərdə olduğu kimi, ölkənin xristianlaşması ilə bağlı idi. Dini ədəbiyyatın albancaya ilk tərcümələri siryani dilindən olmuşdur. Moisey Kalankatlının verdiyi məlumatlar Albaniyanın qədim Suriyanın vilayətləri və Fələstinlə köhnə əlaqələrinin Ardı »

Qafqaz AlbaniyasıXalxal (Lala)

Xalxal (Lala) — Orta əsrlərdə Qafqaz Albaniyasının qərbində yerləşən tarixi şəhər. XX əsrin əvvəllərinə qədər etnik azərbaycanlıların yaşadığı yerdə mövcud olmuşdur. Hal-hazırda Ermənistan ərazisindədir.

Böyük ehtimalla Uti vilayətində, Qızılqaya ətraflarında olduğu güman edilir. Tarixdə Xalxal vuruşması ilə məlumdur. Sasani hökmdarı II Yəzdəgirdin dövründə Zərdüşt – atəşpərəstlik dinini yaymaq məqsədilə Albaniyaya 700 kahin göndəriləndən az sonra zorakılığa dözməyən yerli əhali yadellilərə qarşı üsyana qalxaraq, alban çarlarının qış iqamətgahı olan Xalxal şəhəri yaxınlığında uğur qazanıb. Ərəb tarixçisi Həmdullah Qəzvini Xalxal şəhərinin Bakıdan 96 fərsəx (1 fərsəx 6 – 7 kmdir) məsafədə olduğunu göstərib. Son Alban dövləti sayılan Girdman knyazlığının hökmdarı, Mehranilər sülaləsinin son Ardı »

Qafqaz AlbaniyasıQafqaz Albaniyasının memarlığı

Tarixi[redaktə]
Türk tayfalarının alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının inkişafında danılmaz rolu olmuşdur. Ona görə də bir çox tarixçilər alban memarlığından danışarkən "Alban-türk memarlığı" ifadəsini işlədirlər ki, bu da o dövrlə tam qanunauyğunluq təşkil edir. Albaniya ərazisində yaşayan bu tayfaların bir qismi xristianlığı qəbul edərək xristianlaşmış, bir hissəsi isə sonradan İslamı qəbul etmişdi. Ardı »