Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz AlbaniyasıHəsən Monax

Həsən Monax (doğum və ölüm tarixləri bilinmir) — 1142—1182 – ci illərdə hakimiyyətdə olmuş Xaçın knyazı, sərkərdə. Kürike Baqratuninin qızı Mamaxatunla evlənmiş və altı övladı olmuşdur. Onun hakimiyyətinə Aterk, Ləv qalası, Xaçın qalası və Avkaxaxaç əraziləri daxil idi. Alban Arşakiləri sülaləsindən olan Həsən Monax, Vaxtanq Səkərin oğludur. 1142-ci ildən Xaçın ərazisini idarə etmişdir. 1182 – ci ildə hakimiyyəti böyük oğlu Vaxtanq Taqavorazna verərək qardaşı Qriqorisin rahib kimi xidmət etdiyi Xudavəng monastırına çəkilmiş və ömrünün sonuna kimi rahib həyatı yaşamışdır. Hələ hakimiyyətdə olduğu dövrdə o, Xudavəng monastırında geniş quruculuq işləri aparmışdı. Ardı »

Qafqaz AlbaniyasıKatolikos Sahaq

Katolikos Sahaq - Albanların XXXX katolikosu.

Katolikosluğu[redaktə]
Katolikos V Davuddan sonra taxta çıxıb və on səkkiz il taxtda oturub. Böyük Kolmank yepiskopluğundan seçilib. Onun dövründə xalkedonçuluğa meyl başlamışdı. Sünik mitropoliti Yaqub tərəfindən başladılan Erməni Qriqorian Kilsəsindən ayrılma hərəkatını Sahaq da dəstəkləyirdi. Ardı »

Qafqaz AlbaniyasıKatolikos III Stepannos

Katolikosluğu[redaktə]
Katolikos Bezgendən sonra kürsüyə gəlmişdi. Onun sufraqan keşişi Serkavak bir dəfə Gəncəyə ianə toplamağa gedərkən əmir Bədrəddin onu görmüş və katolikos haqqında öyrənmiş və onu Gəncəyə dəvət etmişdi. Katolikos isə bunu eşidərkən sevinmişdi, çünki indiyəcən heç bir müsəlman əmiri bir katolikosu dəvət etməmişdi. Katolikos və keşişlər şəhərdə gəzərkən əhali əsəbləşmiş, İsfahana şikayət yazandan sonra katolikos və əmiri həbs etmişdilər. Əmir İsfahana qovulandan sonra Stepannos da qızıl və gümüşləri müsadirə olunandan sonra Xaçına göndərilmişdi.

Son günləri və ölümü[redaktə]
Gəncə hadisəsindən sonra bir daha ora getməyə cürət etməyən katolikosdan bezən əhali keçmiş Katolikos Bezgeni anti-katolikos elan edərək yenidən kürsünü ona verdilər. Stepannos isə Bezgeni lənətləri Ardı »

Qafqaz AlbaniyasıKatolikos VI Davud

Katolikosluğu[redaktə]
Katolikos Qagikdən sonra kürsüyə çıxıb və yeddi il kürsüdə oturub. Katolikos VI Davud Qəbələ yepiskopluğundan seçilmişdi. Ardı »

Qafqaz AlbaniyasıXunan qalası

Ümumi məlumat[redaktə]
Arranın Qərbində,Xosrov Ənuşirəvanın dövründə hun-sabirlərin yerləşdiyi şəhər qala.Xarabalığı Tovuz rayonundan 20 km Şimal-Şərqdə ,Kürün sağ sahilindədir.Şəhərin ətrafındakı ərazini əhali indi də "Xunan düzü"adlandırır. Ardı »

Qafqaz AlbaniyasıSünik çarları

987-ci ildə Sünik hakimi I Smbat Süniki müstəqil knyazlıq elan etdi və Sünikin birinci knyazı oldu. Lakin 988-ci ildə Baqratuni sülaləsi nümayəndələri tərəfindən idarə olunan Ani çarlığının təzyiqləri nəticəsində vassal asılılığını qəbul etməli oldu. Vasak və II Smbatın hakimiyyətləri dövründə Sünik çarlığı iqtisadi baxımdan xeyli gücləndi. II Smbatın varisi olmadığından, onun ölümündən sonra hakimiyyətə kiçik qardaşı Qriqor gəldi. I Qriqorun Sünikdə hakimiyyəti dövründə Azərbaycan Səlcuqlular tərəfindən fəth edildi və Sünikin də bir neçə sərhəd havarı Səlcuqluların hakimiyyəti altına keçdi. I Qriqorun ölümündən sonra Sünik çarlığında Sünik sülaləsinin hakimiyyəti kəsildi. Sünik taxtına I Qriqorun arvadının qardaşı, Xaçınlı Sənəkərim sahib çıxdı.

Sünik sülaləsinin davamçıları Ardı »

Qafqaz AlbaniyasıKatolikos VIII İohannes

Katolikos VIII İohannes - Albanların LXVII katolikosu.

Katolikosluğu[redaktə]
Katolikos VII İohannesin qardaşı oğlu. Həsən Cəlal nəslindən katolikos taxtına çıxan ikinci şəxs idi. Katolikos III Qriqorisdən sonra taxta çıxmışdır. 1441-ci ildə bu kürsüyə çıxmışdı. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Ardı »

Qafqaz AlbaniyasıQala (Govurqala)

Qəbələ şəhər xarabalığını iki hissəyə ayıran xəndəyin Cənub tərəfini yerli əhali Qala,yaxud da Govur qala adlandırır.Qəbələnin qala hissəsi təxminən VI əsrdən başlayaraq XVIII əsrin ortalarınadək olan bir dövrü əhatə etməklə,əsasən orta əsr şəhəri olmuşdur.Onun ümumi sahəsi hal-hazırda 13 hektara qədərdir.Səlbirdə olduğu kimi,Qalanın ərazisi də topoqrafik quruluşuna görə mürəkkəb xarakterə malikdir.Belə ki,Qərb tərəfdə yarıdan çox hissəsi yüksəklikdir,son dövrlərin tikintiləri onun ərazisində bəzi çökəkliklər və qabarmalar yaratmışdır.

Qalanın Cənub tərəfinin divar və bürcləri yerüstü vəziyyətdə yaxşı qalmışdır.Burada yarımdairəvi vəziyyətdə inşa edilmiş dörd əzəmətli bürc və bürcləri birləşdirən divarlar dövrümüzə kimi çatmışdır.Bürc və divarların yuxarı hissəsi tamamilə dağılmışdır.Qərb tərəfdəki bürc şərti olaraq birinci bürc hesab Ardı »