Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidalanma və DietaSarıkök beyinə xeyirdir

Amerikalı alimlər, xərçəng və qaraciyər xəstəliklərinə qədər bir çox xəstəliklərə faydalı olan sarıkökün iflic xəstələrinə də ümid olacağını bildirib.

İtaliyanın La Stampa qəzetinin xəbərinə görə, Los Angelesdəki Cedars-Sinai tibb mərkəzinin alimləri, sarıkökün tərkibində olan kurkumin piqmentinin iflic keçirən xəstələrin beyin hüceyrələrinin yenilənməsinə kömək edə biləcəyini müşahidə edib.

Hal hazırda heyvanlar üzərində aparılan araşdırmada iştirak edən Paul Lapchak, əldə etdikləri nəticələrin müsbət olduğunu bildirib.
Xüsusilə iflic xəstəliklərində istifadə ediləcək yeni dərmanı hazırlayacaqlarını deyib.
Paul Lapchak, bu dərmanın iflicin zərər verdiyi beyin hüceyrələrini əvvəlki halına gətirəcəyini söyləyib. Ardı »

Qidalanma və DietaSoyutma qidaları yemək orqanizmə xeyirlidir

Alimlər soyutma qidaları məsləhət görürlər.
Türkiyə və bir sıra xarici ölkə alimləri 120 dərəcə istilik altında bişirilən və qızardılan qidalarda xərçəng şişinə yol aça bilən akrilamid maddəsinin formalaşdığını müəyyənləşdiriblər. Alimlər 120 dərəcədən az temperaturda bişirilən qidaların daha xeyirli olduğunu qeyd edirlər.

Akrilamidin daha çox tərkibində nişasta olan çörək, kartof qızartması və digər qənnadı məmulatlarında daha çox olduğu bildirilir.

Alimlər bu cür qidaları nisbətən aşağı temperaturda tədricən bişirməyi məsləhət görürlər.

Alimlər suda pörtülmüş qidaların insan orqanizmi üçün daha xeyirli olduğunu bir daha vurğulayıblar. Ardı »

Qidalanma və DietaBu meyvənin faydaları saymaqla bitmir

Yay fəslinin ən çox istifadə olunan meyvələrindən olan tut həmdə sözün əsl mənasında bir şəfa mənbəyidir. Qabığından yarpağına qədər istifadə olunan və insan sağlamlığı üçün əvəzolunmaz bir nemət olan tutun təqribən 12 növü mövcuddur. Tut demek olar ki, tebii antibiotikdir.
Tutun aşağıdakı faydaları vardır.
• Qanı artırır
• İştahı açır
• Sidikqovuculuq qabilliyəti var
• Qaraciyər xəstəliklərinin müalicəsində əvəzsiz rol oynayır
• Bağırsaqların işləməsini nizamlayır
• Mədəyə faydalıdır
• Angina xəstəliyinə müsbət təsir edir
• Kökəlmək istəyənlər üçün faydalı qidadır Ardı »

Qidalanma və DietaYuxuya görə qidalanma

ABŞ-ın Pensilvaniya Universiteti yuxi ilə qidalanlmaya dair maraqlı araşdırma aparıb. Məlumatda bildirilir ki, nə qədər yatdığımız hansı xəstəliklərə yoluxma riskimizin daha çox olduğunu müəyyən edir. Yuxu tipinizi bilərək həm xəstəliklərdən qoruna, həm də necə qidalanacağınızı öyrənə bilərsiniz.

1 tip
Çox az yatanlar 0-4 saat
Gün ərzində özlərini halsız, yuxulu hiss edirlər. Bədənləri çox zaman susuz qalır və xəstəliklərlə bağlı mübarizədə aciz olur.
Piylənmə və diabet kimi xsətəliklər riski böyük olur. Hüceyrələrdəki şəkər hormonunu tənzimləyən insulin azalır. Bu şəkildə yatmaq yüksək təzyiq riskini artırır və nəticədə diabet yaranır. Çox az yatanlar çəki artırmağada meyilli olurlar. Onlarda stress hormonu olan kortizolun səviyyəsi yüksəlir və iştahları açılır.
Bu tipdə Ardı »

Qidalanma və DietaYağları bu qidalar əridir

Bədənin ehtiyac duyduğu vitamin və minerallar alınmadığı təqdirdə maddələr mübadiləsinin sürəti düşər və immunitet sistemi zəifləməyə başlayır.
Ac qaldıqda isə əzələ itkiləri və müxtəlif xəstəliklər ola bilər. Bu baxımdan sağlam qidalanmaq vacibdir. Sağlam qidalanma üsullarından biri yağ əridən qidalardan istifadədir. Həmin qidalara meyvə və tərəvəz məhsulları da aiddir. Yağ əridən qidalar toxluq hissi yaratmaqla, maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Daha çox artıq çəki problemi olanlar və pəhriz saxlayanlar üçün məsləhətdir.
Qreypfurt, qaragilə, qırmızı bibər, kətan toxumu, yulaf, yumurta, yaşıl çay da yağ əridən qidalardan hesab olunur.
Qreypfrut
Məlumata görə 1 ədəd qreypfrutun tərkibində təxminən 40 mq C vitamini olur. Buda immunitet sistemini gücləndirməklə, insulin Ardı »

Qidalanma və DietaYaşlılarda balanslı qidalanma

Məlumata görə həyat tərzinin vacib elementlərindən hesab olunan düzgün qidalanma uzunömürlüyə və cavanlaşmaya səbəb olur. Bu cür məlumatlara yerli və xarici pəhriz mütəxəssislərinin verdiyi şərhlərdə tez-tez rast gəlinir.
Bildiyimiz kimi uşaqlarda, yeniyetmələrdə, gənclərdə olduğu kimi yaşlı insanlarda da balanslı qidalanma əhəmiyyətlidir. Türkiyənin Kadıköy Şəfa Xəstəxanasının "qidalanma və pəhriz" mütəxəssisi Rabia Yurdagül irəli yaşlarda sağlamlıq üçün balanslı qidalanma haqda məlumatlar verib. O, bildirib ki, yaşlanmağa bağlı olaraq yaranan həyati dəyişmələr, fiziki və orqan funksiyalarında olan dəyişikliklər fərdlərin qidalanmasına təsir göstərir. Onun sözlərinə görə daha çox bu dövrdə qida elementlərinə olan təlabat çoxalır. Bu baxımdan yaşlılar B12 və D vitaminlərindən əlavə tərkibi dəmir, sink, Ardı »

Qidalanma və DietaKökəlmək üçün nə etmək lazımdır?

Bu gün insanlar daha çox artıq çəkidən əziyyət çəkir. Bunun üçün də daima pəhriz axtarışındadırlar. Ancaq zəif olub, heç cür çəkisini artıra bilməyənlər də var. İnsanın kökəlməməsinin bir neçə səbəbi var. Əgər insanın istifadə etdiyi enerji, qazandığından çoxdursa, əgər siqaret çəkirs,ə (yeməklərin dadını və qoxusunu ala bilmir nəticədə iştahsızlıq yaranır), əgər bağırsaqlarında qurd varsa, stress, depresiya, xəstəlikdən əziyyət çəkirsə kökəlmək çətinləşir. İştahsızlıq yarandığı təqdirə insan ac olsa da beyninə toxluq siqnalları göndərilir.

Sağlam şəkildə kökəlmək üçün:

Kökəlmək üçün nizamsız qida qəbuluna başlamaq lazım deyil. Bu zaman yalnız qarında şişlik meydana gələcək.
Hər gün 3 əsas, 3 ara yemək yeyin. Yeməkləri ötürməyin.
Yeməkdən öncə idman edin, Ardı »

Qidalanma və Dieta2014 ci ilin ən faydalı tərəvəzləri hansılardır?

Pomidor 2012-ci ilin ən faydalı qidası seçilib. Bunu uzun müddətli araşdırmalardan sonra amerikalı alimlər müəyyən ediblər. Xarici mətbuatın verdiyi məlumata görə, siyahıya tərkibində daha çox antioksidant olan pomidorlar liderlik edir.

Tərkibində qlükoza, fruktoza, yod, marqanez, sink, natrium, A, B, B2, B6, K, PP, E vitaminləri olan tomat sousları insana güc verir və orqanizmin saat kimi işləməsinə kömək edir.

İkinci C vitamini ilə zəngin yerdə şirin istiot gəlir. Üçüncü isə vitamin və mineral kompleksləri ilə bol olan giləmeyvələrdir. Siyahının növbəti yerlərində qeyd edilənlər isə aşağıdakılardır.

4. Soya fındığı
5. Təbii yoqurt
6. İspanaq
7. Brokolli
8. Zeytun yağı
9. Yağsız ət
10. Qızıl balıq

Adətən bayramlarda ziyan çəkən ciyər üçün ən Ardı »