Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidalanma və DietaGöbələk alarkən əsasən nəyə diqqət yetirmək lazımdır?

Tərkibində minerallı maddələr, vitaminlər, yağ, karbohidratlar və s. olan göbələk qidalı yeyinti məhsuludur. Dəyərli zülal mənbəyi olmasıyla yanaşı, göbələk həmçinin orqanizm üçün lazım olan bütün amin turşuları ilə zəngindir. Təzə göbələyin 100 qramı 71-130, qurudulmuş göbələyin 100 qramı isə 1251-1335 kCoul enerji verir. Göbələk az kalorili olsa da, yüksək dada malikdir. Ondan alınan bulyon mədə şirəsinin ifrazına göstərdiyi təsirə görə ət bulyonundan üstün hesab edilir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti göbələkdən istifadə edərkən ehtiyatlı olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təzə halda istifadə ediləcək göbələklər təmiz, sağlam, şax, əzilməmiş, torpaqdan təmizlənmiş Ardı »

Qidalanma və DietaYaşıl tərəvəzlər hansı xəstəlik riskini azaldır?

İngilis alimləri yeni araşdırmalarının nəticəsini açıqlayıblar.
Yaşıl rəngdə olan meyvə tərəvəz diabet riskini azaldır. Türkiyə mətbuatının verdiyi məlumata görə, ingilis alimlər bu qənaətə gəliblər.

Brokoli, xiyar, ispanaq, lobya kimi yaşıl və vitamin, minerallarla bol tərəvəzlər diabetdən başqa xəstəliklərin qarşısının azlınmasında faydalıdır.
Tibbi araşdırmalara görə, gündə bir porsiya yaşıl tərəvəz ikinci tip diabetin qarşısını almağa 14 faiz yardımçı olur.

Bunun ən önəmli səbəbi isə yaşıl tərəvəzlərin tərkibinin antioksidantlarla, C vitamini və maqneziumla bol olmasıdır. Hazırda İngiltərə alimləri bununla bağlı daha geniş araşdırma başlamağı planlaşdırırlar. Ardı »

Qidalanma və DietaPaxlanın inanılmaz faydası

Vitamin və zülal baxımından zəngin olan "təzə paxla" insan orqanizmi üçün olduqca faydalıdır. Paxla tənəffüs yolu xəstəliklərinə, öskürəyə, sidik yollarını təmizləməyə, böyrəkdə olan problemlərə və həzmi asanlaşdırmağa kömək edir.
Məlumatlarda bildirilir ki, bu məhsulun yeni bir faydası ortaya çıxıb. Türkiyənin Ahi Evran Universitetində fəaliyyət göstərən Dos. Seher Yıldız, paxlanın xərçəng hüceyrələri kimi bildirilən xəstəliyin yayılmasına maneə törətdiyini ifadə edib. Onun sözlərindən aydın olur ki, paxlanın quruluşunda olan maddələr, həmin hüceyrələrin yayılmasını önləyir.
Lif, vitamin, mineral, dəmir, kalsium və zülal baxımından zəngin olan paxla tərkibində xolesterol olmadığından bir çox xəstəliklərə də faydalıdır.
Həmin xəstəliklərə ürək-damar xəstəliyi, ürək döyüntüsü, qaraciyər çatmazlığı, böyrək daşları kimi Ardı »

Qidalanma və DietaMaddələr mübadiləsini küsdürən səhvlər

Bəzilərinin fikrincə havaların istiləşməsi ilə birlikdə düzgün pəhriz saxlaya bilməyənlər maddələr mübadiləsini zəiflədən səhvlərə yol vermiş olur.
Pəhrizdə buraxılan səhvlərə və maddələr mübadiləsini küsdürən cəhətlərə aşağıdakılar aiddir:

1. Məşhur adı ilə tanınan pəhrizdən istifadə (Bu pəhriz növündən hər kəs istifadə edə bilməz);
2. Tək qidalanma tərzinə üstünlük vermək;
3. Bitki çaylarından həddindən artıq istifadə;
4. Karbohidratlardan uzaq durmaq;
5. Zəifləmə dərmanlarından istifadə;
6. Fiziki fəaliyyətlə məşğul olmadan pəhriz tutmaq;

Sağlam qidalanma və pəhriz mütəxəssisi kimi fəaliyyət göstərdiyi bildirilən Bahar Aktan, şüursuz edilən pəhrizin bədəndə ağır ziyanlara və maddələr mübadiləsinin yavaşlamasına səbəb olduğunu söyləyib. Maddələr mübadiləsinin yavaşlamasına və irəliləyən dövrlərdə artıq çəki probleminə yuxarıda qeyd olunan səhvlərin yol açdığını Ardı »

Qidalanma və DietaUşaqlarda səhv qidalanma

Uşaqların 7 yaşına qədər kifayət qədər qidalanmamaları sonrakı dövrlərdə inkişaf pozğunluğuna səbəb ola bilər.
Bu problem uşaqların kifayət qədər kalori almamağından qaynaqlanır. Zəif uşaqlarda kilo və boy artımında azalma, artıq çəkisi olanlarda isə köklük xəstəlikləri ola bilər. Süd uşaqlığı dövründən nizamlı bir şəkildə uşaqlar qidalanmalıdır. Uşaqların erkən dövrdə bu bəslənmə vərdişiniə yiyələnməsi lazmdır. Uşaqlar nizamlı bir naharı mümkünsə ailənin digər fərdləriylə etməlidirlər. Uşaqları təbii qidalarla bəsləmək lazımdır. Qidalanma günün müəyyən saatlarında nizamlı edilməsi vacibdir.
Əks təqdirdə, uşaq kifayət qədər kalori ala bilmir, sonrakı dövrdə isə uşaqlarda diqqətə çarpan boy azlığı və inkişafda gerilik ola bilər.
Onuda qeyd etmək lazımdır ki, boy Ardı »

Qidalanma və DietaAlma qabığı arıqlamağa kömək edir

Alma qabığı arıqlamağa kömək edir. ABŞ tədqiqatçıları araşdırma nəticəsində bu qənaətə gəliblər. Rusiya mətbuatının verdiyi məlumata görə, alma qabığında aşkar olunan elementlər sağlamlıqla bağlı ciddi təhlükə yaradan əzələlərdə piy qatının yığılmasının qarşısını alır.

Alma qabığında olan sirkə turşusu bədən əzələlərini tənzimləyir, artıq yağları əridir. Tədqiqatçılardan birinin açıqlamasına görə, onların siçanlar üzərində apardıqları ilkin təcrübələri göstərir ki, alma qabığında olan sirkə turşusu yağı əritməklə yanaşı həm də gələcəkdə yarana biləcək piylənmənin də qarşısını alır. Ardı »

Qidalanma və DietaKofedən çoxlu istifadə mədəyə zərər verir

Gün boyu enerjili olmaq üçün 1 stəkan kofe içmək normaldır.
Bu beynin yaxşı işləməsinə, öskürəyə təsirlidir. Lakin bu içkidən çox istifadə zərərli hesab olunur. Yuxu nizamını pozan, nəbzi və təzyiqi yüksəldərək sinir sisteminə təsir göstərən kofe mədə problemlərinə də səbəb olur. Həmçinin hamilə olanlarda doğum problemləri yaradır.
Həmin qadınlarda 3 stəkandan çox kofe içmək məhsuldarlıq nisbətini aşağı salır. Bu içkidən çoxlu istifadə ürək xəstəliklərinə də səbəb olur.
Daha çox ürək ritminə mənfi təsir göstərir. Kofe xora və qastrit kimi narahatlıqları olan insanlar üçün məsləhət deyil. Ardı »

Qidalanma və DietaAz qidalanmaq beyni gənc saxlayır

"PNAS" jurnalının verdiyi məlumata görə, İtaliya alimlərinin apardığı araşdırma, az yeyən siçanların beynində CREB1 adı verilən və beyin hüceyrələrinin funksiyasını daha yaxşı yerinə yetirməsində rol oynayan zülalın istehsalının artdığını göstərib.

Araşdırmanın üzvlərindən olan Giovambattista Pani, bu zülalın "uzun ömür və beynin sağlam olmasıyla" əlaqəli çoxlu sayda genə təsir etdiyini bildirib.

Normalda yediyinin 30 faizi azaldılan laboratoriyadakı siçanların ömürlərinin daha uzun olduğu, bu heyvanlarda piylənmə müşahidə edilmədiyini və şəkər xəstəliyinə tutulmadığını, yaddaş və zehni bacarıqlarının da daha yaxşı inkişaf etdiyi müşahidə olunub.

Həmçinin bu siçanların daha az ziyan verdiyi, yaşlanarkən alzheymer əlamətləri olmadığı və ya çox yüngül şəkildə müşahidə edildiyi aşkarlanıb. Ardı »