Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kardiologiyaİnfarkt keçirmiş insanların yalnız 20 faizi həkim məsləhətinə əməl edir

İnfarkt keçirmiş xəstələrə həkimlər adətən siqareti atmaq, çəki itirmək və idman etməyi məsləhət görür. Son araşdırmalar məhz insanların bu tövsiyələri necə yerinə yetirməsi ilə bağlıdır.

Sağlam həyat qaydaları barədə tövsiyələri eşitməyən yoxdur. Milli Ürək, Ağ ciyər və Qan İnstitutunun alimi, doktor Patris Deyvin Nikensin dediyinə görə, ürək xəstəliklərinin qarşısı alına bilər. Bunu sağlam həyat tərzi təmin edir.

Dr. Deyvin Nikensin bunun əsas 3 amildən ibarət olduğunu deyir. "Siqaret çəkmə, çəkini normal saxla, idman et."

Bunların birinə belə riayət etməmək infarkt və iflic kimi birnömrəli öldürücü ürək-damar xəstəlikləri riskini artırır.

Kanadalı alim Kun Teo xəstəliklərdən sonra insanların həyat tərzinə nəzər alıb. O, yüksək, orta və aşağı Ardı »

KardiologiyaDamar tıxanmalarının çarəsi

Türkiyə mətbuatında yazılan məlumata görə damar tıxanmalarında, genetik faktorlar qədər fərdlərin qida seçimi də əhəmiyyətlidir.
Xüsusilə dənizi məhsulları və daha çox tərəvəzin seçim edildiyi, ət məhsullarının isə az istifadə olunduğu qidalanma tərzinin, damar tıxanmalarında olan problemin riskini azaltdığı bildirilir.
Zeytun yağlı tərəvəzlərin və ya salatların, dəniz məhsulları kimi damar tıxanmalarına yaxşı təsiri məlumatda xüsusi qeyd olunur.
Bundan əlavə oda bildirilir ki, bəzi şəxslər var ki, onlarda damar tıxanmaları olduğuna baxmayaraq idmanla məşğul olurlar.
Həmin şəxslərin isə həkim nəzarəti altında idmanla məşğul olmaları məsləhət görülür. Ardı »

KardiologiyaKimlər qan verə bilər?

Yaş: 18 - 65 yaşları arasında olan hər sağlam insan qan verəbilər.

Bədən Ağırlığı: 50 kq-dan çox olan hər kəs qan bağışlaya bilər.

Təzyiq: Arterial təzyiq 180/100 mm Hg s. yüksək və ya 100/60 mm Hg s. aşağı olmamalıdır.

Nəbz: nəbz sayı 60-100 vurğu arasında olmalıdır.

Temperatur: bədən temperaturu normal olmalıdır.

Anemiya: Qansızlıq, əlbəttəki qan vermək üçün əngəldir. Qan vermək üçün kriteriya hemoqlobin dəyəridir. Hemoqlobin (Hb) 12.0 g/dl-dən və hematokrit (Hct) 38%-dən az olmamalıdır.

İnterval: Kişilər ən tez 2 ayda bir; qadınlar isə ən tez 3 ayda bir olmaq üzrə və ildə toplam 4 dəfəni keçməmək şərti ilə qan verə bilərlər.

Malyariya keçirmiş xəstələr sağaldıqdan 3 il sonra Ardı »

Kardiologiyaİtlər ürək sağlamlığını qoruyur

İnsanların vəfalı dostu hesab olunan itlər təqdim etdikləri qarşılıqsız sevgiylə sahiblərinin sağlamlığına fayda verir.
Belə ki, onlar gəzintidə olarkən məşq proqramları olmadan belə sahibinin hərəkət etməsini təmin edərək, ürək sağlamlığını qoruyur.
Bunu aparılan tədqiqatlar sübut edib.
Verilən məlumata görə İtaliya qəzeti bu istiqamətdə təşkil olunan anket sorğularını işıqlandırıb. Corriere Della Sera qəzetində bildirir ki, ABŞ-da San Diego Universitetinin bir qrup elm adamları minə yaxın it sahibi ilə anket sorğuları aparıb. Anket iştirakçılarının üçdə ikisi itlərin çölə çıxarılmasıyla şəxsən özlərinin maraqlandığını söyləyib. Bu sayədə iştirakçıların yüzdə altmış dördü fərqinə varmadan itlə gəzintidə olmağın sağlamlıqlarına xeyir etdiklərini bildiriblər.
İtlə gəzinti Tibb mərkəzlərinin ürək və qan dövranı xəstəliklərini Ardı »

Kardiologiyaİnfarktla zədələnmiş ürək bərpa olunur

İngilis həkimləri bunun yeni üsulunu tapdılar.
İngiltərə həkimlərinin ürəyin infarkt miokardı ilə zədələnmiş zonalarını gövdə hüceyrələrlə bərpa etmək sahəsində əldə etdikləri nəticələr sevindiricidir. Yeni texnologiya Londonun 2 xəstəxanasında tətbiq olunub. Məsələ belədir ki, xəstəxanaya gətirilən infarktlı xəstənin sümük iliyindən götürülən hüceyrələr arteriyaya vurulur. Arteriya ilə hərəkət edən hüceyrələr ürək əzələlərinə çatmaqla ordakı ölü hüceyrələri əvəzləyir. Nəticədə ürəyin zədələnmiş hissəsi bərpa edilir. Burda əsas iş yubanmadan hərəkətə keçməkdən, yəni ürək tutmasında birinci 6 saat ərzində müdaxilə etməkdən ibarətdir. Həftəlik yazır ki, bu texnologiyanın insan organizminin zədələnmiş digər organlarının bərpası sahəsində tətbiqi məsələsi işlənib hazırlanmaqdadır. Ardı »

KardiologiyaÜrəyiniz sağlamlıq üçün atsın

Ürəyə yaxşı baxmanın əsas yollarından biri balanslı qidalanma və aktiм fəaliyyət hesab olunur. Türkiyənin Liv Hospital xəstəxanasında kardioloq kimi fəaliyyət göstərdiyi bildirilən Dos. Dr. Alp Burak Çatakoğlu, ürək problemi olanlara sağlam qidalardan istifadənin və həftədə beş gün açıq havada yaxınları ilə birgə 40-45 dəqiqə gəzintinin əhəmiyyətli olduğunu deyib. O, bildirib ki, daimi gediş həm təzyiq həm də xolesterinin nəzarət altına alınmasını təmin edir. Sevdiyiniz bir adamla gəzinti isə xoşbəxtlik hormonu kimi tanınan endorfinə təsir edərək stress zamanı kömək edir. Eyni zamanda bədənin performansını artırır.
Məlumatda ürək sağlamlığını qorumaq üçün bir çoxumuzun bildiyi lazımi prosedurlarla bərabər gəzinti əvvəli və sonrasında yüngül qidalardan Ardı »

KardiologiyaOmega-3 ilə zəngin olan qida ürək xəstəlikləri riskini azaldır

Balıq yemək qadınlarda ürək xəstəlikləri riskinə təsir edir. Türkiyə mətbuatının verdiyi məlumata görə, Omega-3 ilə zəngin olan balıq ürək xəstəlikləri riskini azaldır.

Danimarka araşdımaçılarının 8 il apardığı tədqiqatda yaşları 15-49 olan 50 minə yaxın qadın iştirak edib. Araşdırma zamanı nadir hallarda və ya heç balıq yeməyən qadınlarla müqayisədə müntəzəm bu qidanı qəbul edən zərif cinsin nümayəndələrində ürək-damar xəstəliklərinə yoluxma riskinin 50 faiz az olduğu bəlli olub.

Araşdırmaya izma atan elm adamları həftədə ən azı 2 dəfə balıq yeməyi məsləhət görürlər. Ardı »

KardiologiyaQarpız infarktı önləyirmiş

Yaz və yay aylarında tez-tez istifadə edilən qarpızın yüksək təzyiq və ürək böhranını önlədiyi bildirilir.
Belə ki, qarpızda olan laykopen adlı maddə insan bədənində kanserogen təsiri meydana gətirən maddələrə qarşı təsirli hesab olunur.
Həmçinin verilən məlumatda bildirilir ki, qarpızın tərkibində olan kalium qan dövranında olan natriumun böyrək yolu ilə atılmasını təmin edir.
Başqa sözlə onun təzyiqə və böyrəklərin daha yaxşı funksional hala gəlməsinə faydası var. Eyni zamanda ürəyə olan yükü azaltdığı da bildirilir.
Bədənə sərinlik gətirən və sidikqovucu xassəyə malik olan qarpız həmçinin öd ağrılarının azaldılmasında və susuzluğun aradan qaldırılmasında əhəmiyyətli hesab olunur.
Lakin məlumata görə Batman Region Dövlət Xəstəxanasında müdir kimi Ardı »