Azərbaycanla bağlı tayfa və qəbilələr → Şiraklar
Şiraklar – Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış qədim türk etnoslarından biri.
Tarixi mənbələrdən şirakların hələ Qafqaz Albaniyası ərazisində yaşamaları məlumdur. Şirak etnonimi mənbələrdə həm də sirak kimi qeyd olunur. Tarixşünaslıqda əvvəllər şirakların mənbəyi haqqında müəyyən qədər tərəddüdlər olsa da, sonrakı araşdırmalar zamanı bu tərəddüdlər aradan qaldırılmışdır. Antik mənbələrdə şiraklar haqqında bəzi məlumatlar qorunub saxlanılmışdır.
Antik müəllif Tatsit (Annallar,XII,15) Şimalda "şirakların çarı Zorsin" ifadəsini işlədir. Müəllifin Zorsin kimi yazdığı ad latın dilində "ç" səsi olmadığına görə Çursin kimi oxunmalıdır. Çursin türkcə "çur" – "qəhrəman", "çin" (şin,sin) – "kimi" sözlərindən ibarətdir. Beləliklə, ad "qəhrəman kimi" anlamındadır.
I əsr müəllifi Strabon Şimalda şirakların bir hökmdarının adını Ardı »