Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎İnanlı Oymağının tanınmış nümayəndələri

İnanlı oymağının adlı əmirlərindən biri Piri bəy idi. Piri bəy I Şah Təhmasib Səfəviyə xidmət etmişdi. Piri bəyin Rzaqulu bəy adlı oğlu vardı.

İnanlı oymağının səsli əmirlərindən biri də Şahverdi xəlifədir.

İnanlı oymağının tanınmış əmirlərindən biri Təhmasibqulu sultandır.

1726-cı ildə Şahsevən elinin oymaq başçılarından Cəlil bəy və Mirzəli bəy osmanlılara qarşı çıxmışdılar. 15 min ailəyə başçılıq edən bu bəylər Qarabağa gəlib yerli üsyançılara qoşulmuşdular. Qarabağda erməni qoşununun olmadığını görüb mütəssir olmuşdular. Avan yüzbaşı onları atıb qaçmışdı.

Saxtakar ermənilər hər cür cidd-cəhdlə fitnəkarlıq yaradıb Rusiyanı Osmanlı dövləti və İranla savaşa təhrik edib yararlanmaq istəyirdilər. 1734-cü ildə Avan yüzbaşının qraf A.İ. Ostermana yazdığı ərizədən bəlli olur ki, Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Türk nəzəriyyəsi

Herodotdan başlayaraq antik müəlliflər cənub-Şərqi Avropa çöllərində, sarmat və savromat adlı etnosun yaşadığını və türk olduğunu yazırlar. Bu atlı xalqları hind-avropalılardan fərqləndirən özəllikıəri var idi:

Kütləvi şəkildə mahir at miniciləri idilər, körpəlikdən at sürürdülər.
At əti yeyirdilər.
Qımız (at südü) içirdilər.
Qədim tarixyazarlar onları iran xalqları hesab etmirdi [Mənbə göstərin].
1) Antik müəlliflər (Siciliyalı Diodor,Böyük Plini,Yuliy Solin və b.) sarmatların madaylarla qohum olduqlarını yazırlar. Burada əlbəttə ki,madayların sonrakı nəsilləri olan atropatenlər nəzərdə tutulurlar. Bu zaman belə bir sual çıxır ortaya. Əgər sarmatlar irandillidilərsə onda nəyə görə farslarla deyil madaylar və atropatenlilərlə qohumdurlar? Madayların və atropatenlilərin isə türk mənşəli tayfalar olmalar və Azərbaycan türklərinin təşəkkülündə iştirak etmələri Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Qarqarlar - Etnik mənsubiyyəti

Qarqarların etnik mənsubiyyəti haqqında elmdə bir neçə fikir mövcuddur. Bir sıra tədqiqatçılar qarqarların türkdilli olduğunu qeyd edirlər. Digər alimlər isə qarqarların İber-Qafqaz etnik qrupuna aid olduğunu iddia edir və albanlarla eyniləşdirirlər. Hətta tədqiqatçı Kamilla Trever qarqarları Qafqaz Albaniyasında ən geniş yayılmış küp qəbirləri mədəniyyətinin sahiblərindən biri hesab edirlər.

Rus tədqiqatçılarının əksəri öz əsərlərində qarqarları Qafqazdilli sayırlar (P.K.Uslar,E.İ.Krupnov,A.Q.Şanidze,N.Q.Volkova və b.).Lakin qarqarların Güney Azərbaycanda və Orta Asiyada yaşaması haqqında mənbələrdə məlumatların verilməsi bu fikirlərin əsassız olduğunu göstərir.

Qafqaz Albaniyasında qarqarlar üç bölgədə yaşayırdılar:

1)Yuxarı Qarabağda.Qarqardağ və Qarqarçay toponimləri,Gədəbəy rayonunda qarqar adının təhrif olunmuş forması olan Gərgər,Herher və Xarxar kənd adları qarqarlarla əlaqədardır.

2)Qafqaz Albaniyasının Şimal-Şərq bölgəsində İbn Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Tarsus bayandurları

Tarsus bölgəsində yaşayan və XIV-XVI yüzillərdə varsaq adlanan türkmən icması boy adları ilə kusun, ulaş, qum-təmur göyçəli və əlvanlı kimi bir sıra təşəkkullərə ayrılmışdı. Adı çəkilən təşəkkullərdən ulaş boyu 7 obadan mеydana gəlmişdir ki, onlardan biri də bayandırların hələ 925-ci ildə (1519) qırx obacığa ayrıldığı bilinir. Hər biri müstəqil tayfalarla sahib olan bu obacıqların əhalisii birlikdə 828 nəfərdir (vеrgi vеrən). Bu rəqəmi 5 еvə vursaq. Bayandırların cəmisi 4140 nəfər vеrgi mükəllfiyyətli əhalisi olduğu barədə təxmini əhalisi olduğu barədə təxmini rəqəm əldə еtmək olar. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Əli bəy Zülqədər

Həyatı[redaktə]
Əli bəy 1515-ci ildən 1522-ci ilədək Zülqədəroğulları bəyliyinin hökmdarı olmuşdu. 1515-ci ildə Maraş və çevrəsi osmanlılar tərəfindən fəth edildi. Ancaq Zülqədəroğulları bəyliyinə həmən son verilmedi. Yavuz Sultan Selim, Zülqədərli torpaqlarının idarəsini Şahsuvaroğlu Əli bəyə verdi. Əli bəyin Zülqədərli hökmdarı, yoxsa Osmanlı dövlətinin bir valisi olduğu açıqca bəlli deyildi. Şahsuvaroğlu Əli bəy Maraş və Əlbistan civarından əsgər toplayaraq, Yavuzun məmlüklərin üstünə etdiyi səfərlərdə iştirak etdi. 1516-cı ildə Nizip civarında Mercidabık savaşında osmanlı ordusu məmlük ordusunu ağır bir məğlubiyyətə uğratdı. Məmlük sultanı Kansu Gavri məğlubiyyətin üzüntüsündən öldü. Onun yerinə Tumanbay məmlük sultanı oldu. Əli bəy bu savaşın qazanılmasında böyük qəhrəmanlıqlar göstərdi. Antəb və Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Hacılar oymağı

Oymağın yaranması, yayılması[redaktə]
Orta çağda Türkiyənin Qeysəri vilayətində olduqca geniş bir meydana yayılan bir çox Hacılar oymağı var. Bunlardan biri 1411-1500-cü illər arasında Adana üzərindən Qeysəriyə gələn Qayı boyuna mənsubiyətini bildiyimiz, Qeysərinin Hacılar ilçəsinə adını verən oymaqdır. Həmin dövrdə Ərciyəs dağına uzun zaman yaylağa gedən bu türkman topluluğunun içərisində Qızılqoyunlu, Ağbaş və Lək kimi oymaqlara da rast gəlinir. 1691-1696-cı illər arasında Ərciyəs dağının ətəklərinə yerləşdikləri görünür. Diğər bir Hacılar isə Ərciyəs dağının başqa istiqamətinə keçərək Dəvəlidə Xırmancıq mövqeyinə yerləşmişdir.

Səfəvilər dönəmində Zülqədər elində yer alan Hacılar, qeydlərdə Bayat boyunun obası olaraq qeyd olunub. Hacılar oymağı Malatya livasında bir çox yurda yerləşmişdi. Bu yerləşmələr, Ardı »