Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Uzun Həsənin şərq siyasəti

Uzun Həsən Ağqoyunlu dövlətinin qərb sərhədlərində böyük müvəffəqiyyət əldə edə bilmədi, lakin Şərq tərəfdə vəziyyəti yaxşılaşdırmağa nail oldu. O, İranda gedən feodal müharibəsindən məharətlə istifadə edərək, əvvəlcə Cahanşaha (1467), sonra isə Muğanda Teymuri Əbu Səidə (1469) qalib gəlmiş, nəticədə Xorasan, Gilan və Mazandarandan başqa bütün İranı öz hakimiyyəti altında saxlaya bilmişdi. Sultan Əbu Səidin ölümündən sonra Teymuri şahzadələri arasında taxt-tac uğrunda başlamış mübarizədə Uzun Həsən Şahruxun varisi olan Yadigar Məhəmmədi müdafiə edirdi. O zaman Teymurilərin əsas qüvvələri Xorasanda idi, buna görə də Uzun Həsən buraya zərbə endirə bilmədi və Xorasan vilayəti Teymurilərin əlində qaldı.Xorasanda Sultan Hüseyn Bayqara tərəfindən məğlub edilmiş Yadigar Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Kaspilər

Kaspilər – Azərbaycanın hər iki hissəsində yaşamış qədim etnoslardan biridir.[1]

Bu tayfanın adını ilk dəfə Herodot çəkmişdir. Tədqiqatçıların fikrincə Kaspilərin Midiyada və Albaniyada yaşadıqları yerlərin coğrafi koordinatlarını dəqiq müəyyən etmək çətindir. Tədqiqatçılar qədim mənbələr əsasında kaspilərin Albaniyada iki bölgədə – indiki Dərbənd zonasında və Mil düzündə yaşadıqlarını müəyyən etmişlər.[2] Kaspilərin digər hissəsi Midiyada – Kürün Arazla birləşdiyi yerdən Xəzərədək olan hissəsindən cənubdakı ərazidə məskun idi. Qədimdə Albaniyaya aid olmayan bu ərazi indi Şimali Azərbaycana məxsusdur. III əsrdən bu ərazi Balasakan adı ilə məlumdur.[3]

Ptolemeyin[4] bir məlumatı çox maraqlıdır ki, Araz Şərqə hərəkət edən Kaspi dağlarına qədər gedir, sonra şimala dönərək bir qolu Xəzərə Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Udilər Rusiyada

Rusiya Federasiyasında 2002-ci il siyahıya alımasına əsasən 3721 nəfər özlərini udin kimi təqdim etmişdir. Onlarda 2078 nəfəri (1114 kişi, 964 qadın) şəhər əhalisi, 1643 nəfəri (829 kişi, 814 qadın) kənd əhalisidir. Rusiyada udinlərin ən çox qeydiyyata alındıqları yer Rostov vilayətidir Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Qazılı soyu

Tarixi[redaktə]
Qazılı soyu Seyidli oymağının qədim soylarından biridir. Bu soydan dini məhkəmə işlərinə baxan ruhanilər, şəriət hakimləri, nüfuzlu insanlar çıxmışdır. Qazılı soyu Qarabağda bəy nəsli kimi də tanınmışdır. XVIII əsrin sonları XIX əsrin əvvəllərində Qazılı soyunun başında Seyidli oymağının adlı-sanlı bəyi Hüseyn bəy dururdu. Hüseyn bəyin Məhəmmədqulu bəy, Əli bəy, Abbas bəy, Məhəmmədalı bəy adlı dörd oğlu olmuşdur.

Məhəmmədalı bəy Qarabağın sayılıb-seçilən savadlı bəylərindən sayılmışdır. O, Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Məhəmmədalı bəy bəy kimi tanınmışdır. Məhəmmədalı bəy Xan qızı Xurşidbanu Natəvanın hörmətini, etibarını qazanmış şəxslərdən idi. Məhəmmədalı bəy iki dəfə ailə həyatı qurmuşdur. O, ikinci dəfə Kərbəlayi Miralılar soyundan olan Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Əsədullah Bayat Əsərləri

Sünnət və Qur'an baxışından İmam və İmamət
İslamın ekonomik sistemi
Tanrı‌nı tanımaq
Töhid
İnsan Qur'anda
İslami dövlətin para qaynaqları
Şərq filosofları‌nın düşüncəsində İlliyət
İslamın siyasi sistemi
İslamın siyasi düşüncə‌lərinə ötəri bir baxış
İslam siyasi düşüncəsi və mədinətun-Nənbi
Tüzih ul-Məmsail risaləsi
həc əməllə‌ri və əhkamı rəsaləsı
Usul elmində tədqiqatlar
İdalət mizanı
Təhzibi- Nəfs Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Şiraklar

Şiraklar – Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış qədim türk etnoslarından biri.

Tarixi mənbələrdən şirakların hələ Qafqaz Albaniyası ərazisində yaşamaları məlumdur. Şirak etnonimi mənbələrdə həm də sirak kimi qeyd olunur. Tarixşünaslıqda əvvəllər şirakların mənbəyi haqqında müəyyən qədər tərəddüdlər olsa da, sonrakı araşdırmalar zamanı bu tərəddüdlər aradan qaldırılmışdır. Antik mənbələrdə şiraklar haqqında bəzi məlumatlar qorunub saxlanılmışdır.

Antik müəllif Tatsit (Annallar,XII,15) Şimalda "şirakların çarı Zorsin" ifadəsini işlədir. Müəllifin Zorsin kimi yazdığı ad latın dilində "ç" səsi olmadığına görə Çursin kimi oxunmalıdır. Çursin türkcə "çur" – "qəhrəman", "çin" (şin,sin) – "kimi" sözlərindən ibarətdir. Beləliklə, ad "qəhrəman kimi" anlamındadır.

I əsr müəllifi Strabon Şimalda şirakların bir hökmdarının adını Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Yekan Kəhriz

Coğrafiya[redaktə]
Yakan Kəhriz Yamçı bəxşinin qərbi, Əsl kəndinin şimalı, 5591 metrlik dağlara cənubda, şərqdən yuxarı yekanda yerləşir. bu kənd dağ ətəyində yerləşib Yekanat (Yekanlar) dehestanının mərkəzidir.

Əhali[redaktə]
Yekan Kəhrizdə 6 böyük tayfa vardır ki onların adları belədir:

Çaylu tayfası
Həmzəlu
Yarğeyb
Hasarlu
Oğuzlu
Qəyəlu Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Rüstəm bəy Rüstəmbəyov

Həyatı[redaktə]
Rüstəm bəy Gülməmməd bəy oğlu 1807-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini molla yanında almış, sonra mədrəsədə oxumuşdu. Mehdiqulu xan Cavanşirə xidmət etmişdi. 1822-ci ildə xan İrana qaçandan sonra Rusiya idarələrində işləmişdir.

1826-cı ildə üsyan edən Qarabağ bəylərinə qoşulmuşdu. Mehdiqulu хanın yanına qaçarkən yolda yaralanmışdı. Onu yaralı halda Vərəndə mahalının Çanaqçı kəndinə gətirmişdilər. Sağalandan sonra qəza idarəsində işləmişdi. Poruçik rütbəsindən kapitan rütbəsinədək ucalmışdı.

Sankt-Peterburqdan Qarabağa yoxlama gəlmiş, nəticə haqqında məruzə hazırlanmışdı. Xoşməramlı bəylər arasında onun və qardaşı Ağa bəyin adı göstərilmişdi.

II Rüstəm bəy mülkədar idi. Kəranə kəndi onun mülkü idi.



Ailəsi[redaktə]
Rüstəm bəyin Abdulla bəy, Süleyman bəy adlı oğlanları vardı. Ardı »