Azərbaycanla bağlı tayfa və qəbilələr → Sultan Yaqub
Həyatı[redaktə]
Sultan Yaqub 1478-1490-cı illərdə Ağqoyunlu dövlətinin hökmdarı olub. Uzun Həsənin oğludur və Uzun Həsənin varislərindən yalnız onun hakimiyyəti nisbətən uzun sürmüşdür. O, ziyalı hökmdar idi, ədəbiyyat və incəsənət xadimlərinə himayədarlıq edirdi.
1480-ci ildə 40 min nəfərlik Məmlük ordusu Ağqoyunlu dövlətinə hücuma keçərək Urfanı (Ruhanı) almağa cəhd etdi. Sultan Yaqubun lələsi Süleyman bəy Bicənoğlunun və Bayandur bəyin başçılığı altında Ağqoyunlu qoşunu düşməni darmadağın etdi, Məmlük sərkərdəsi Yaşbəy öldürüldü, digər Məmlük sərkərdələri isə əsir alındı.
Sultan Yaqub Şirvanşahlar ilə dostluq əlaqələri saxlamış və Şirvanşah Rərrux Yəsarın qızı Gövhərşah Sultanla evlənmişdir. Atasından fərqli olaraq Ərdəbil şeyxləri ilə xoş münasibət saxlamırdı. 1488-ci ildə Ərdəbil şeyxi Heydər Şirvanşahlar Ardı »