Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Toxmaqlı oymağı

Tarixi[redaktə]
Toxmaqlı oymağının əsas qolu Qaradağda, Dizmar mahalında məskunlaşmışdı. Toxmaqlı oymağının başçıları sonralar Toxmaqlı soyadını tərk edib Qaradağlı kimi tanınmağa başladılar. Bu soya tarixi ədəbiyyatda bəzən Xəlifəli də deyilir. Toxmaqlı-Qaradağlı (Xəlifəli) oymağının məşhur simalarından I İlyas xəlifə, I Şəmsəddin xəlifə, II İlyas xəlifə, Bürhanəddin xəlifə, II Şəmsəddin xəlifə, Əhməd xəlifə, Mahmud sultan, Bayandur sultan, Məhəmmədqasım xan, Əbdürrəzzaq xan, Kazım xan (Məhəmmədkazım xan), Mustafaqulu xan, Nəcəfqulu xan, İsmayıl xan, Abbasqulu xan, Məhəmmədqulu xan, Hacı Sara xanım, Həsənəliağa Xanqaradağski (ata), Həsənəli xan Qaradaği, Aydın Qaradağlının adlarını çəkmək olar. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Oruc bəy Bayat - İspaniyaya səfəri

Səfəvi taxtına I Şah Abbasın (1587-1629) əyləşməsindən sonra Oruc bəy onun bir çox hərbi yürüşlərində iştirak edir və 1589-cu ildə Herat şəhəri alındıqdan sonra özünün də qeyd etdiyi kimi, yüksək hərbi vəzifəyə irəli sürülür. Artıq bir hərbi sərkərdə və siyasi xadim kimi Oruc bəyin nüfuzu o qədər yüksək idi ki, şah Abbas Avropada osmanlılara qarşı işləyəcək səfarətin tərkibini müəyyənləşdirəndə onun namizədliyi ilk növbədə yada düşür.

Hüseynəli bəyin başçılıq etdiyi səfirlik ölkəni 1599-cu ildə tərk edir. Bu diplomatik missiyaya dörd katib və on beş nəfər qulluqçu daxil idi. Diplomatik missiyanın başçısı Hüseynəli bəy Bayat, səfirliyin birinci katibi isə Oruc bəy olur. Həmin səfarətə Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Armaiti, Urmayate

A r m a i t i, U r m a y a t e – Mannada bir şəhər və mahal adı. Tarixi ədəbiyyatda çox vaxt Urmiya gölünün adı ilə əlaqələndirilir. Ərəb mənbələrində Cənubi Azərbaycan ərazisində Urmiya və Urm adında iki yaşayış məntəqəsi qeyd olunmuşdur. Ehtimal ki, Urmiya şəhərinin adı Mannadakı Urmeyate toponiminin qısaldılmış formasıdır. Q. Qeybullayevə görə, türk dillərindəki arım, irim, yəni fal, nişanə, əlamət, qabaqcadan xəbər verən, ovsun, cadu, sehr[35] və ata sözlərindən ibarətdir. Bəlkə də maqlara mənsub müqəddəs əyalət olmuşdur. Təsadüfi deyil ki, Urmu şəhəri Zərdüşt peyğəmbərin doğulduğu yer sayılır (İbn əl Fakih yazır: Maqlar güman edirlər ki, Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Seydəli xan Dərgəzi

Seydəli xan Çavuşlu Çavuşlu oymağının ədib, xan və şairlərindən idi.O, Süleyman xan Çavuşlu Dərgəzin hakiminin oğlu və Məhəmmədəli xan Mənsurülmük və briqadir-general Allahyar xan bəylərbəyinin qardaşı idi.Mirzə Mehdi Gilaninin(Xədiv təxəllüslü) yanında dərs almışdır.Şeirlərinin birində Çavuşlu oymağının 400 illik tarixçəsinə işarə edir. Onun, yaxşı yaddaşı var idi və 50000 beyt farsca, ərəbcə və türkcə şeiri əzbər idi. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Alanlar

Alanlar (Göytürk Türkcəsi: As/Ar; Çincə Alan/A-Lan/Yancai; eski Yunanca: Ἀλανοί; Latınca: Alani/Halani) — Türk dillərdə danışan, Sak Türkleri (Skif Türkleri) ve Sarmat Türklerinin nəslindən gələn qədim köçəri Türk xalqı.[1][2][3] M. Ö dövrlərdə bu günki Qazaxıstan torpaqlarında yaşayırdılar. Miladi dövrün başlanğıc illərində isə bölmələr böyük bir hissəsi Volga çayını keçərək Don çayı civarlarına, Krım və Şimali Qafqaz torpaqlarına gələrək bu bölgələrdə uzun illər hakimiyyət qurmuşlar. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Təkə, Hamid və Məntəşə bayandurları

Bu bölgədən yörüklər (köçərilər) arasında Bayandır adını daşıyan bəzi kiçik oymaqlara təsadüf еdilir. Təkədəki bayandır adlı oymaqlardan 37 nəfər əhalisi olan oymaq Еlsuz Piri, 25 nəfər əhalisi olan isə Tülü Bayandır şəklində zikr еdilir. Hamid sancağındakı 41 nəfərlik bayandır oymağının digər adı da il-arslandır. Məntəşə sancağındakı bayandır adlı oymaq isə təkə-saru adlı bir oymaqla birlikdə yazılmışıdır. Bu sonuncu oymaq Məntəşədəki böyük xorzum oymağına tabе idi. Təkə, Hamid və Məntəşədə təsadüf еdilən bu kiçik bayındır oymaqları еytimal ki, öz adlarını şəxslərdən almışlar. Bayandır adının XV-XVI yüzillərdə şəxs adı kimi işləndiyinin yuxarıda bildirmişdik. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Ağqoyunlu imperiyasının yaranması

Qaraqoyunlular dövləti süqut edir, Teymurilər dövləti isə həddən artıq zəifləyir. Uzun Həsən Azərbaycanın əsasında Qərbi İranın, İraqın, Ermənistanın, Kürdüstanın, Diyarbəkirin, Şərqi Gürcüstanın və digər kiçik dövlətlərin də daxil olduğu möhtəşəm bir dövlət qurur. Həmin dövlətin paytaxtı isə Azərbaycanın paytaxtı Təbriz olur.

Ağqoyunlu dövlətinin tarixində yeni bir dönəm başlayır. Artıq onun bir, lakin çox güclü düşməni qalmışdır,bu, Osmanlı dövlətidir. Onunla mübarizə aparmaqdan ötrü isə köhnə metodlar keçmir. Bunun üçün ölkəni iqtisadi cəhətdən möhkəmləndirmək, ordunu yenidən təşkil etmək və güclü müttəfiqlər tapmaq lazımdır. Uzun Həsən özünəməxsus çeviklik və enerji ilə bu məsələlərin həllinə başlayır. Qeyd etmək lazımdır ki, o, bundan əvvəl də həmin istiqamətdə Ardı »