Azərbaycanla bağlı tayfa və qəbilələr → Yədulla xan Bəydili
Həyatı[redaktə]
Yədulla xan Şamlı elinin Bəydili oymağındandır. Onların oymağı Zəncan vilayətinin Xərqan mahalında yerləşirdi. Atası Hüseynqulu xan hərbçi olduğundan Yədulla xan Tehran şəhərində dünyaya gəlmi.di. Babi-Hümayunda hərb məktəbində oxumuşdu. Rza şah pəhləviyə xidmət etmişdi. Əsləhədarbaşı kimi tanınırdı.
Qaradağda Əyyub xana qarşı vuruşmuşdu.
Yədulla xan Azərbaycan Milli hökumətinə qarşı vuruşmuşdu. Qulam Yəhya özxatirələrində yazır: "Ruznamələr onu da qeyd etmişdilər ki, müxbirlərlə söhbət etdiyim zaman telefon zəng çalır, dəstəyi götürürəm, Kərəc tərəfdən Əsləhəbaşı, Həsən Cahanbəxşi və Məhəmməd Hüseynxanın atlılarının bizim fədai postumuza basqın etmələri barədə məlumat verilir və mən göstəriş verirəm ki, fədailərimiz müqavimət etsinlər və işin gedişi haqda vaxtaşırı məlumat versinlər. Onlardan qüvvələrinin nə yerdə Ardı »