Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Bəydili boyu

Orta əsrlərdə digər türkdilli tayfalarla birgə Orta Asiyadan Azərbaycana gəlmişlər.Səfəvilər dövlətinin ictimsai-siyasi həyatında mühüm rol oynamışlar.I Şah Abbasın dövründə Bəydililərin bir hissəsi Kirman və Şiraza köçürülüb.

Hazırda Güney Azərbaycanda yaşamaqdadırlar.Azərbaycan respublikasının Yevlax və Salyan rayonlarında Bəydili adlı kənd var. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎II Zeynal xan Şamlı

II Zeynal xan Şamlı-(?-1657), Qızılbaş sərkərdəsi, Bağdadın hakimi, Zeynal xan Şamlının nəvəsi.

Həyatı[redaktə]
II Zeynal xan Şamlı elinin Bəydili oymağındandır.

I Şah Abbasın adlı-sanlı əmirlərindən idi.

Əvvəlcə eşikağası olmuşdu.

Sonra əmirlik vəzifəsinə yüksəldi.

Şah onu Rey vilayətinə hakim təyin etmişdi.

Zeynal xan Şamlının nəvəsidir. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎V a ç e

V a ç e – V əsrdə Alban çarının adı. Türkcə (əsli irancadan) vaç – haqqı ödəyən sözündəndir. Soqd dilində pac – oruc tutmaq və Vaçaq – oruc sözlərindəndir. Qədim türklərdə Vaça şəxs adı ilə müqayisə olunur. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Albaniya tayfaları

Tədqiqatlar göstərmişdir ki, albanların, yaxud Albaniya tayfalarının hamısı yox, yalnız bir hissəsi, əsasən Dağıstanla həmsərhəd bölgələrdə yaşayan Dağıstandilli, alban etnik adını daşıyanlar, yəni alban tayfası və daha bir neçə tayfa türkdilli idi.

Dağıstandilli tayfalar indiki udinlərin, ləzgilərin, avarların, saxurların, xınalıqlıların, qrızlıların və buduqluların əcdadları idi. Lakin ləzgilərin, avarların və saxurların əsas hissəsi indiki Dağıstanda yaşayırdı. Dağıstan isə bütünlükdə Albaniyaya aid deyildi. Albaniyada yaşayan Dağıstandilli yaxud ləzgidilli tayfalar köklü, yerli idilər, lakin onların yaşadıqları bölgələrin ayrı – ayrılıqda dəqiq coğrafi koordinatları məlum deyil.

Albaniyanın şimal – qərbində, Dağıstan və Gürcüstan ilə sərhəd bölgədə bir tayfa V əsrdən başlayaraq gürcü mənbələrində her, onun yaşadığı mahal Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Uğurlu Məhəmmədin üsyanı

Uzun Həsənin oğlu, istedadlı sərkərdə və qalibiyyətli yürüşlərin iştirakçısı olan Uğurlu Məhəmməd atasına qarşı qiyam qaldırır. Kontarini özünün "Səyahətnamə"sində yazmışdı:

"Təbrizə yetişdikdən sonra bir karvansaraya düşdük. Küçələrdə bərk çaxnaşma vardı. Məlum oldu ki, Uzun Həsənin oğlu Məhəmməd Şirazı tutub öz qayınanasına vermiş, Uzun Həsən də onu dəf etmək üçün Şiraz səmtinə qoşun göndərmişdir. Uğurlu Məhəmmədin tərəfdarlarından biri öz dəstəsi ilə Təbrizə qədər gələ bilmişdi. Təbrizdən hərəkət edib padşah ordusu olan yerə getmək istədim. Lakin gördüm ki, bu çox çətindir. Ona görə də həmin karvansarada qalmağa məcbur oldum. Karvansara sahibi də müvəqqəti olaraq çıxmağımı məsləhət görmədi. Bu zaman Uzun Həsənin oğlanlarından biri (Maqsud Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Ağqoyunlu dövləti - Xarici dövlətlərlə münasibət

Ağqoyunlu dövləti Avropa ilə geniş əlaqə yaratmışdı. Ağqoyunlu dövlətinin Qərb ölkələri ilə belə geniş əlaqə yaratmaqda məqsədi beynəlxalq ticarət əlaqələrini, ilk növbədə ipək ticarətini səhmana salmaq və ordunu müasir silahlarla təchiz etmək idi. Ağqoyunluların xarici siyasətində əsas istiqamət Osmanlı imperiyası ilə münasibətlər təşkil edirdi. Fateh Sultan Mehmet ipəyin daşındığı Avropa-Şərq ticarətində vasitəçiliyin Osmanlı dövlətinə keçməsinə çalışırdı.II Mehmet tərəfindən Kiçik Asiyanın şərqinin tutulması Ağqoyunlu dövləti üçün ciddi təhlükə törətdi.Münasibətlərin kəskinləşməsində Trabzon məsələsi də az rol oynamadı. Həsən bəy Bayandur Trabzon imperiyasının (1204-1461) imperatoru IV İohanın qızı Feodora (Dəspinə xatun) ilə evlənmişdi. [9][10]Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdı.Trabzon Ağqoyunlu tacirlərinin Qara dənizə yeganə Ardı »