Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Şadlı eli

Elin tarixi[redaktə]
Prof. F. Cəlilov qeyd edir ki, Şadılı tayfalarından bəhs edən tarixi qaynaqlar həm məkan, həm də zaman baxımından olduqca genişdir. Belə ki, ilk dəfə şumer mətnində şad sözü, Asur və Urartu qaynağında görünən şad, şadılı sözləri məkan baxımından Urmu gölü hövzəsi və İrəvan mahalına aiddirsə, sonrakı tarixi mənbələrdə şad sözünə Orxon abidələrində və Çin qaynaqlarında rast gəlmək olur. Monqol baş komandanının 1221-ci ildə Yantszı (müasir Pekin) qərargahına gələn Çjao Xun adlı çin elçisinin "Monqol-tatarların bütöv təsviri" (Men-da Bey-lu) adlı əsəri bu cümlələrlə başlanır:

"Tatarlar ilk dəfə kidan torpaqlarının quzey-batısında yerləşən ərazilərdə yüksəldilər. Tatarlar şato budun konfederasiyasından qopan ayrıca boylardır. Bu səbəbdən Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Atropatenlilər

Tarixi[redaktə]
E.ə. II minilliyin ortalarında Midiyanın bir hissəsi – məhz indiki Güney Azərbaycan ərazisini əhatə edən, mənbələrdə Kiçik Midiya adı ilə adlanan hissəsi əhalinin etnik mənsubiyyətinə görə Böyük Midiyadan ayrılır. Q. Qeybullayev qeyd edir ki, bu Azərbaycan ərazisində qabaqkı əsrlərdə getmiş etnik prosesin nəticəsi idi: mannalar, madaylar, kaslar və b. qədim etnoslar əsasında Azərbaycanda yeni etnos formalaşmışdı. Er. əv. IV əsrdən sonra Kiçik Midiya ölkəsi və xalqı Atropatena adlandırılır. VI əsrə aid Dərbənd qala divarında epiqrafik abidədə Aturpatkan adının yazılması [1] özlüyündə göstərir ki, Atarpatkan bu ölkənin rəsmi adı idi. Lakin yerli əhalinin bu adı necə tələffüz etdiyini bilmirik [2] . Burası Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Sultan Rüstəm bəy

Həyatı[redaktə]
Sultan Rüstəm bəy Qiyasəddin Maqsud mirzənin oğludur. 28 may 1492-ci ildə tac qoydu. O, Şеyx Hеydər Səfəvinin övladlarını zindandan azad еtdirdi. Onları Ibə sultan Bayandurla bərabər Baysunqur mirzənin üstünə göndərdi. Ikinci toqquşmada Sultan Baysunqur bəyi öldürdü. Dövlətin şəriksiz başçısı oldu. Əmirlərə o qədər tiyul, soyurqal payladı ki, analoqu hеç zaman olmamışdı. Əliaçıq olmasına baxmayaraq onun da istəməyənləri vardı. Uğurlu Məhəmməd mirzənin kürəkəni əmir Hüsеyn bəy Əlixani və başqaları Istanbuldan Gödək Əhməd mirzəni Azərbaycana dəvət еtdilər. Azərbaycana gələn qoşunu Ağqoyunlular dövlətinin tanınmış sərkərdəsi Əbdülkərim bəy lələ qarşıladı. Əbdülkərim bəy lələ baş vеrən savaşda yеnilib, öldürüldü. 1496-cı ilin sonlarında Gödək Əhməd mirzənin əsas Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Atarli

A t a r l i – türkcə otar – örüş, otlaq sözü və -li şəkilçisindən ibarətdir. Atar, Otar, Etar şəxs adları XVIII əsrdə karakalpaklarda geniş yayılmışdı. Gürcülərdə Otar, ermənilərdə Adoryan adlarında qalmışdır. Atarlı otlaqları olan mənasını verir. Kaspilər həm də maldar idilər. Onların var – dövlətini sürülər, ilxılar və otlaqlar təşkil edirdi. Kaspilər haqqında yazan antik müəlliflərin biri kaspi torpağında öküz sürülərinin və at ilxılarının olduğunu qeyd edir. Deməli, otlaq və örüşlər – otarlar kaspilərdə mühüm varidat olmalı idi. Otar sözünün kaspilərdə şəxs adlarında əks olunması da bununla əlaqədardır. Atarli (Otarli) adı ata-ananın oğlan uşağının böyüdükdən sonra varlı olması arzusunu Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Ömər bəy Nəfi

Həyatı[redaktə]
Ömər bəy Şahməhəmməd bəy oğlu Zülqədər 1572-ci ildə Ərzuruma bağlı Həsənqala bölgəsində doğulmuşdu. Bundan dolayı həmin dövrün bəzi qaynaqları Nəfidən Ərzənərrumi dəyə söz edərlər. Gerçək adı Ömər olan Nəfi, Osmanlı qaynaqlarında "Nefi Ömer bəy" adıyla anıldığı kimi möhrünə qazdırdığı bəytdə də Ömər adı görülməkdədir.

Ömər bəy Nəfi kiçik yaşlardan etibarən mükəmməl bir təhsil görmüşdü. İlk təhsilini Həsənqalada almış, sonra Ərzuruma gələrək mədrəsədə davam etdirmişdi. Burada fars ədəbiyatının ünlü əsərlərini oxumuş, ərəbcə və farsca öyrənmişdi. Nəfi Ərzurumda təhsil alarkən gənc yaşlarında şeir yazmağa başlamışdı. İlk təxəllüsü Zarri "zərərli"dır. 1585-ci ildə Ərzurum dəftərdarı olan Gelibolulu Müvərrix Əli, şeirlərini görmüş, bəyənmiş və bu gənc şairə Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Q i l z a n

Q i l z a n – Urmiya gölünün qərb sahilinin adı. Türkcə qöl – göl və ezən – vadi sözlərindəndir. Gölün cənub sahili isə Zamua adlanırdı. Zamua hidronimi türkcə zay (say) və mua (dua) – su sözlərindəndir. Ardı »