Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎ → Mustafaqulu Bayat

Mustafaqulu Bayat (Səmsamülmülk) — siyasətçi, İranın müasir kənd təsərrüfatı təsisçilərindən biri və Kərəc Kənd Təsərrüfatı Kollegiyasının banisi. O, Ərakın ilk oğlanlar üçün orta məktəbini təsis etmiş və bu məktəbi Səmsamiyə adlandırmışdır. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎ → Cəlaləddin Əli bəy

Cəlaləddin Əli bəy[redaktə]
Ağqoyunlu bəyi, tayfa ittifaqlarının başçısı. Qara Yuluk Osman bəyin oğludur. XV əsrin 40-50-ci illərində tayfa ittifaqlarının hakimiyyət uğrunda gedən mübarizəsi nəticəsində bir müddət Ağqoyunluların rəhbəri oldu, daxili və xarici mübarizədə müəyyən üstünlüklər əldə edə bildi. Əli bəy təkbaşına tək qələbə qzana bilməyəcəyini anlayaraq Misir sultanlığı ilə müqavilə bağladı və Misir hakimi Məlik Əşrəf ona kömək üçün 50 min nəfərdən ibarət hərbi qüvvə göndərdi. Buna baxmayaraq qardaşı Həmzə bəy ilə mübarizədə məğlub oldu və Diyarbəkir Həmzə bəyin qoşunları tərəfindən tutuldu. Misirə gedən Əli bəy geriyə qayıdarkən yolda öldü. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎ → Çərkəz bəy Əlibəyov

Həyatı[redaktə]
Sadıq bəyin beşinci oglu Çərkəz bəy 1866-cı ildə Şuşa qəzasının Kəbirli sahəsinin Qiyaməddinli kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi.

Çərkəz bəyin iki yüz hektardan çox əkin, örüş və yaylaq çəmənlik torpaq sahələri (həmin torpaq sahələri Ağcabədi, Bərdə və Kəlbəcər rayonları ərazisində yerləşir), on minlərlə xırda və minlərlə iri buynuzlu mal-qarası, qoyun-keçisi, yüzlərlə cins Qarabağ atları, qırxdan çox dəvəsi, kəhrizləri, un və istiot dəyirmanları olmuşdur. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎ → A s a y

A s a y – IV əsrdə Alban çarının adı. Türkcə as – iltifat, mərhəmət, nəvaziş, əziz sözündən və "ay" şəkilçisindəndir. Alban tarixində Mehranilərdən (Cavanşirin mənsub olduğu nəsildən) Varaz Tridatın oğlanlarından biri də qədim ermənicə yazılışda İsay (Esay, Asay adının şəkli) kimi qeyd olunmuşdur. Asay və Esay şəxs adları Orta Asiya və Volqaboyu türk xalqlarında geniş yayılmışdır: azərbaycanlılarda Azay, ruslarda Aseev, ermənilərdə Esayan, gürcülərdə Esadze və. b. IX əsrdə Arsakda xristian albanların hakimi Esay Stepannos (ərəb mənbələrində İsa ibn İstifanus), XVII əsrdə Alban xristian tarixçisi Esay Əsən Cəlalın adları ilə müqayisə olunur. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎ → Uzun Həsənin Avropa dövlətləri ilə əlaqələri

Məğlub olduqdan sonra da Uzun Həsən türklər əleyhinə yaradılmış koalisiyanın daha da möhkəmləndirilməsi uğrunda fəal siyasi mübarizəyə qoşulur. Onun sarayında yenə də Avropa ölkələrindən gəlmiş elçiləri tez-tez görmək olar. O, türklərə qarşı yeni hərbi əməliyyatlara başlayacağını bildirir və müttəfiqlərini də buna çağırır.

1471-ci ildə İosafat Barbaronun başçılığı ilə Azərbaycana yola düşmüş Venetsiya səfarəti (elçilik heyəti) üç ildən sonra (1474-cü ilin əvvəllərində) Uzun Həsənin qərargahına gəlib çatdı. Lakin Uzun Həsən onu hörmətlə qarşılamadı. Katerino Zeno vasitəsilə bağlanmış müqavilə əsasında Venesiya Respublikası öz vədinə əməl etməmişdi və buna görə də Uzun Həsən İosafat Barbaro ilə yeni danışığa girmək istəmədi. Barbaronun nəticə əldə edə bilmədiyini Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎ → Abbasqulu xan Şamlı

Həyatı[redaktə]
Abbasqulu xan Həsən xan oğlu Herat şəhərində doğulumuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Sonra mədrəsədə oxumuşdu. Atası kimi şair və xəttatlığı vardı.

Abbasqulu xan şairlərə hamilik edirdi. Onun sarayında Sədəddin Məhəmməd Rəqəm, Molla Nazim, Mirzə Mənsur Şəhriyari, Mirzə Həsən Vahib, Mirzə Fəsihi Ənsari və başqaları kimi şairlər şeir məclislərində iştirak edir, çörək yiyəsi olurdular.

Abbasqulu xan öncə sarayda qılınc qorçusu kimi xidmətə başlamışdı. Sonra yüzbaşı olmuşdu. Atasının vəfatından, 1641-ci ildən sonra Heratın hakimi olmuşdu.

1660-cı ildə Böyük Moğol imperiyasının hökmdarı Şah Cahanın oğlu Daraşokuhun elçisi Səfəvi sarayına çatdıqda Hüseyn xan oğlu Abbasqulu bəyə göstəriş verilir ki, təcili Qəndəhara gedib yüksək məqamlı qonağı qarşılasın. II Şah Abbas Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎ → Qarqarlar

Qarqarlar – Azərbaycan türklərinin təşəkkülündə mühüm rol oynamış qədim türkdilli tayfalardan biri.

Qarqarlar əsasən Qarabağ ərazisində yaşamışlar.[1] Tarixin müxtəlif dövrlərində bu və ya digər səbəblərdən Qarabağ ərazisi XII-XIII əsrlərə kimi müxtəlif adlar daşımışdır. Bu adlar bəzən paralel olaraq işlənmiş və Qarabağın ayrı-ayrı əyalətlərini əhatə etmişdir. Antik və ilk orta əsrlərdə Qarabağın bir hissəsi Qarqarlar ölkəsi adlanmışdır. Əsasən indiki Qarqar çayı hövzəsində yaşamış qarqar tayfası qədim müəlliflərin verdiyi məlumata görə, Alban tayfa ittifaqına daxil idi. Qarqarlar haqqında məlumat verən müəlliflər, onu Qafqaz Albaniyasının ən qədim və ən iri tayfalarından biri hesab etmiş və ilk orta əsrlərdə onların Mil düzünün bir hissəsinə yayıldığını göstərmişlər. Ardı »