Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎U l l u s u n u

U l l u s u n u – Prof. Q. Qeybullayeb qeyd edir ki, bu şəxs adında -l səsinin qoşalaşmasının səbəbi aydın deyil. Əgər bu səs assur dilində qoşalaşmayıbsa, onda ullu komponenti qədim türkcə ulla – hörmət olunan, hörmətlə yanaşılan, sayılan sözünün fonetik şəkli ola bilər. Asurca yazılışda bu sözdə l səsi qoşalaşdırılmışsa, onda bu ad türk dillərindəki ulu (q) – məğrur, vüqarlı, qüvvətli və sun – keşikçi, nəzarətçi sözlərindən ibarətdir. XIII əsrdə türk xaqanı Uluq[46] , VIII əsrdə qırğızlarda Əren – Uluq xaqan , Çingiz xanın nəvəsi Uluqbəy adları ilə müqayisə olunur. Y.B. Yusifov adı türkcə ulu – Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Qafqaz albanları

Tarixi[redaktə]
Alban etnosunun adı ilk dəfə e.ə. 331-ci ildə Əhəməni ordusu ilə Makedoniyalı İskəndərin ordusu arasında baş vermiş Qavqamel döyüşü ilə əlaqədar olaraq II əsr müəllifi Arrian tərəfindən çəkilir. Deyilir ki, Əhəməni ordusunda albanlar da vardı [3]. E.ə. I əsrdə baş vermiş hadisələrlə əlaqədar bu etnosun məskun olduğu ölkə yunan və latın mənbələrində eranın əvvəllərindən başlayaraq Albaniya adlanır. Albaniya indiki Dağıstana mənsub Samur – Dərbəndarası bölgə, indi Ermənistana aid Göyçə və Zəngəzur bölgələri daxil olmaqla indiki Şimali Azərbaycan ərazisi əhatə edirdi.[4] Lakin Azərbaycanın Kür çayının Arazla birləşdiyi yerdən Xəzərə qədərki hissəsindən cənubdakı inzibati rayonların (Saatlı, Sabirabad, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Səhifi Zülqədər

Həyatı[redaktə]
Səhifi Zülqədər, Sufi Xəlil Zülqədərin törəmələrindəndir ki Şirazda dünyaya gəldi və İsfahanda böyüdü. Deyiblər ki kitabxana qurmaqda bənzərsiz idi. İsfahanın Cümə Məscidinin Setənanında bir yaxşı kitabxana qurmişdu.Süls xəttin yaxşı yazmaqa görə və bacarıqlı kitabə yaıçı olmasına görə çoxlu məscid kitabələri onun xətti ilə idi. O, 90 ildən çox yaşayıb.Şair oğlu Əsiri Şirazi öləndə, o hələ yaşayırdı Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Fərhadlılar

Fərhadlılar soyu — Azərbaycanın, Qarabağın ən qədim soylarından biridir.

Soyun yaranması[redaktə]
Fərhadlılar tirəsi Qarabağda məşhur olan Yağləvənd obasının sakinləridir. Tayfanın adı Hacı Fərhadın adı ilə bağlıdır. Kirsdə "Fərhadlı gədiyi" adlanan ərazi Fərhadlı tayfasına məxsus olmuşdur.

Bu tirənin ulu babası Fərhad XV əsrdə yaşayıb. Heyvandarlıqla, əkinçiliklə məşğul olub. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Azərlər

Tarixi[redaktə]
Azərlərlə bağlı ilk qeydlər Assur mənbələrindədir. M.ö. VIII əsrin son rübündə II Sarqon o vaxt Arrapha adlanan indiki Kərkük bölgəsindən Urmu gölünün cənubundakı Mazamua bölgəsinə gedən "şah yolu" haqqında fərman vermişdi ki, bu yol təmir edilsin. Fərmanın icrası ilə bağlı məlumat verən şəxs kitabənin sonunda yazır:

1. TA* ŞA-bi URU.sa-re-[e]
2 a-di URU.BAD – a-ta-na-t[e]
3 ana-ku u-pa-sa-ak
4 TA* URU.BAD – a-ta-na-t[e]
5 a-di URU.BAD –ta-li-ti
6 URU. arrap-ha!-a-a u-pa-su-ku
7 TA* URU.BAD – ta-li-ti
8 a-di ŞA-bi URU. a-za-ri
9 [a-na-ku-m]a u-pa-sa-ak…

I remove […] from Sare to Dur-Atanate, the Arraphaeans remove […] from Dur-Atanate to Dur-Taliti, [I] remove [the…] again from Dur-Taliti to Azari….

"Mən yenidən Sare şəhərindən Dur-Atanate Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Hacılı camaatı

Hacılı camaatı - Cavanşir elinin böyük qollarından biridir. XVIII yüzildə Yağləvənd oymağının Gecəgözlü , Seyidəhmədli qolları, elin digər oymağı Köçərlinin bir budağı olan Mahmudlunun birləçməsi nəticəsində yaranıb. Bu camaat Qarabağ xanlığı nın yaranmasında fəal iştirak edib.

XIX yüzildə Hacılı camaatına Gecəgözlü , Seyidəhmədli, Mahmudlu, Aybasanlı , Mirzəcamallı , Şıxılı, Comərdli və Sarılar obaları daxil idi.

XIX yüzilin ortasında Mahmudlu obasının yeni qolları meydana gəldi. Bunlar Hüseynbəyli və Ələsgərli obaları idilər. Aybasanlı obasından isə Qorqan şenliyi əmələ gəldi.

Hacılı camaatı Rus-İran savaşlarında fəal iştirak etmişdi. Bu camaatdan xeyli tanınmış şəxs çıxıb. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Uğurlu Məhəmməd bəy

Həyatı[redaktə]
1474-cü ildə Şirazda Uzun Həsənin oğlu Uğurlu Məhəmməd qiyam qaldırdı. Uzun Həsən qiyamı yatırtdı və oğlu Uğurlu Məhəmməd İstanbula qaçdı. Osmanlı imperatoru II Mehmet qızını ona ərə verdi və onu Sivaşa hakim təyin etdi.

1477-ci ildə Uzun Həsən oğlunu ələ keçirib onu edam etdi. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Şamlı (Qəbələ)

Tarixi[redaktə]
Azərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Qəbələ rayonundakı Şamlı kəndidir. "Şamlı" Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Kəndin əsasını Şamlı tayfaları qoymuşdur.

Coğrafiyası və iqlimi[redaktə]
Şamlı kəndi Ərəş düzündə yerləşir. Ərazisi 210 hektardır.

Əhalisi[redaktə]
Kənd əhalisi əsasən Azərbaycan Türklərindən ibarətdir. Əhalisinin sayı 500 nəfərdir. Ardı »