Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarqarlar

Qarqarlar – Azərbaycan türklərinin təşəkkülündə mühüm rol oynamış qədim türkdilli tayfalardan biri.

Qarqarlar əsasən Qarabağ ərazisində yaşamışlar.[1] Tarixin müxtəlif dövrlərində bu və ya digər səbəblərdən Qarabağ ərazisi XII-XIII əsrlərə kimi müxtəlif adlar daşımışdır. Bu adlar bəzən paralel olaraq işlənmiş və Qarabağın ayrı-ayrı əyalətlərini əhatə etmişdir. Antik və ilk orta əsrlərdə Qarabağın bir hissəsi Qarqarlar ölkəsi adlanmışdır. Əsasən indiki Qarqar çayı hövzəsində yaşamış qarqar tayfası qədim müəlliflərin verdiyi məlumata görə, Alban tayfa ittifaqına daxil idi. Qarqarlar haqqında məlumat verən müəlliflər, onu Qafqaz Albaniyasının ən qədim və ən iri tayfalarından biri hesab etmiş və ilk orta əsrlərdə onların Mil düzünün bir hissəsinə yayıldığını göstərmişlər. Burada qarqarların özlərinə məxsus eyniadlı şəhər də mövcud olmuşdur.


Tarix: 17.01.2015 / 15:44 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...