Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Ariazantlar

Ariazantlar - Midiya tayfa ittifaqına daxil olmuş tayfalardan biri.

Dyakonov bu tayfanın adını Ari və Avesta dilində zantu tayfa sözlərinə ayırmış və bütünlükdə onun Ari tayfası mənasını verdiyini yazmışdır. Lakin prof. Q. Qeybullayev qeyd edir ki, Arizant bu etnonimin qədim yunanca yazılış formasıdır və şübhəsiz ki, təhrifə məruz qalmış addır. Bu etnonim əslində türkmənşəli aris, orus tayfasının[1] adından və qədim türk-monqol dillərində cəm bildirən t şəkilçisindən ibarətdir. Türk tayfalarından birinin indi də urus adlanması haqqında çox deyilmişdir[2]. Türkmənlərin Ersari tayfasının adı da eris (qədim forması arıs) etnonimindən və ər – kişi, döyüşçü sözlərindəndir. Aras formasında bu tayfanın adı Albaniyanın Arajkan, Arospijan (yazılışları Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Camaatın ictimai həyatı

XIX yüzildə Qarabağda oğruluq qoçaqlıq, qəhrəmanlıq sayılırdı. Qarətlə sonuclanan xanlıq savaşları bitmiş, silahlar yеrə qoyulmuşdu. Dəliqanlılar özlərini yеni atıb-tutmaq, vurub-çapmaq mеydanı olan qaraoğurluqda sınayırdılar. Bu dönəmdə hacısamlı cavanları da qaraoğurluğa qurşanmışdılar. Ünlü şair Qasım bəy Zaкir yazırdı:


Səfiкürdi, Hacı Samlı, Кolanı,
Tutarlar, soyarlar dalda qalanı,
Viran olsun görüm Doyranbasanı,
Еvdə yatan yoxdu, qarışıb papaq.

Hacısamlı camaatının bir hissəsinin yiyəsi isə Xanlar ağa Ibrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir idi. Xanlar ağa 1831-ci ildə varissiz vəfat еtdiyindən camaat qardaşı Əhməd xana qaldı. Əhməd xanın oğul övladları hələ sağlığında tələf olduğundan qızı Biкə ağaya dövr еdildi. Biкə ağa gеnеral-lеytеnant Həsən bəy Ağalarovla ailə qurmuşdu. Davud ağa adlı oğlu, Mariya Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎İldırım bəy Vəlibəyov

Həyatı[redaktə]
İldırım bəy Vəlibəyov 1873-cü ildə Şuşa qəzasının Çəmənli kəndində anadan olmuşdur.

O, gimnaziya təhsili almış mütərəqqi fikirli adam olmuşdur. Sovet höküməti qurulmamışdan əvvəl ticarətlə məşğul olub. Sovet hökuməti qurulduqdan sonra bir sıra vəzifələrdə işləmişdir. Bakıda Respublikanın baş prokuroru vəzifəsində işləyən qardaşı Bahadur bəy Vəlibəyova qarşı başlanan təzyiqlər İldırım bəydən də yan keçmir.

1933-cü il 17 avqustda onu vəzifəsindən sui-istifadə ittihamı ilə Şuşa şəhərində həbs edirlər və əmlakı müsadirə olunmaqla 5 il azadlıqdan məhrum edirlər. Cəzasını çəkib qayıtdıqdan sonra 16 may 1940-cı ildə onu yenidən, əks-inqilabi fəaliyyətdə ittiham edərək 7 il azadlıqdan məhrum edirlər. Onun böyük oğlu Böyük Vətən müharbəsində uzun döyüş yolu keçmiş, Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Lütfəli bəy Azər

Həyatı[redaktə]
Lütfəli bəy Ağa xan oğlu 1722-ci ildə İsfahan şəhərində anadan olmuşdu.

Şamlı elinin Bəydili oymağındandır.

Babası Məhəmmədmömün xan Səfəvilər dövlətinin tanınmış simalarından idi.

Əsərləri[redaktə]
Atəşkədə
Yusif və Züleyxa
Məsnəviyi-Azər
Divan Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎U a u ş

U a u ş – Mannada bir dağın adı. Assur mənbəyində bu dağ əlçatmaz (sıldırım mənasında) dağ adlandırılır. İ. M. Dyakonova görə, indiki Səhənd dağının bir hissəsinin adıdır. Ehtimal ki, oronim qədim türk dillərindəki yoquş (yoxuş), yəni dağ zirvəsi, yüksəklik, yaxud youş, yəni pis, düşmən sözlərinin təhrifidir. Q. Qeybullayevə görə İ. M. Dyakonovun Uauş dağını Səhəndlə lokalizə etməsi düz deyil. Savalanda indi də bir sıldırım dağ Yaş adlanmasına görə güman ki, assur mənbəyindəki Uauşdur. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Mustafaqulu Bayat

Mustafaqulu Bayat (Səmsamülmülk) — siyasətçi, İranın müasir kənd təsərrüfatı təsisçilərindən biri və Kərəc Kənd Təsərrüfatı Kollegiyasının banisi. O, Ərakın ilk oğlanlar üçün orta məktəbini təsis etmiş və bu məktəbi Səmsamiyə adlandırmışdır. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Cəlaləddin Əli bəy

Cəlaləddin Əli bəy[redaktə]
Ağqoyunlu bəyi, tayfa ittifaqlarının başçısı. Qara Yuluk Osman bəyin oğludur. XV əsrin 40-50-ci illərində tayfa ittifaqlarının hakimiyyət uğrunda gedən mübarizəsi nəticəsində bir müddət Ağqoyunluların rəhbəri oldu, daxili və xarici mübarizədə müəyyən üstünlüklər əldə edə bildi. Əli bəy təkbaşına tək qələbə qzana bilməyəcəyini anlayaraq Misir sultanlığı ilə müqavilə bağladı və Misir hakimi Məlik Əşrəf ona kömək üçün 50 min nəfərdən ibarət hərbi qüvvə göndərdi. Buna baxmayaraq qardaşı Həmzə bəy ilə mübarizədə məğlub oldu və Diyarbəkir Həmzə bəyin qoşunları tərəfindən tutuldu. Misirə gedən Əli bəy geriyə qayıdarkən yolda öldü. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Çərkəz bəy Əlibəyov

Həyatı[redaktə]
Sadıq bəyin beşinci oglu Çərkəz bəy 1866-cı ildə Şuşa qəzasının Kəbirli sahəsinin Qiyaməddinli kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi.

Çərkəz bəyin iki yüz hektardan çox əkin, örüş və yaylaq çəmənlik torpaq sahələri (həmin torpaq sahələri Ağcabədi, Bərdə və Kəlbəcər rayonları ərazisində yerləşir), on minlərlə xırda və minlərlə iri buynuzlu mal-qarası, qoyun-keçisi, yüzlərlə cins Qarabağ atları, qırxdan çox dəvəsi, kəhrizləri, un və istiot dəyirmanları olmuşdur. Ardı »