Azərbaycanla bağlı tayfa və qəbilələr → Əliqulu xan Ustaclı
Həyatı[redaktə]
1885-ci ilin yazında şahzadənin həmpiyaləsi Əliqulu bəy Fəthoğlu Əmir xanın dövlət üçün təhlükəli olduğu fikrini irəli sürdü. Şamlı əmirləri də onu dəstəklədilər. Şahzadə Əmir xanın tutulub, Qaradağa, Qəhqəhə qalasına salınmasına əmr verdi. Əliqulu bəy xan ünvanı ilə Azərbaycan bəylərbəyi təyin edildi. Ustaclı və Şamlı elinin nümayəndələri şahzadənin köməyi ilə Türkman, Təkəli ellərinin əmirlərini vəzifədən uzaqlaşdıraraq, özləri yiyələndilər. Əmir xan Türkman zindanda öldürüldü.
Şahzadə Həmzə mirzə həmpiyaləsi Əliqulu xanı özündən aralamadığından bəylərbəyilikdən çıxarıb, saraya gətirdi. Hüseynqulu sultan Fəthoğlunu Güney Azərbaycana bəylərbəyi təyin etdi. Təbriz şəhərinin müdafiəsini möhkəmləndirmək işini Pir Qeyb xan Ustaclıya tapşırdı. Osman paşa güclü həmlə ilə Təbrizi aldı. Pir Qeyb xan Ardı »