Azərbaycan xanlıqları → Abbas Mirzə məscidi
Məscid on səkkizinci əsrin əvvəllərində İrəvan xanı Hüseyin xanın hakimiyyəti dövründə inşa edilmişdir. Məscid Qacar şahzadəsi və Azərbaycan hakimi Abbas Mirzə mirzənin adı ilə adlandırılmışdır.
Məscidin fasadı göy və yaşıl kaşılarla bəzədilmiş, mərkəzi hissəsi gözəl gümbəzlə örtülmüşdü.
İrəvan xanlığının Çar Rusiyası tərəfindən işğalından sonra məscid cəbbəxana kimi istifadə edilmişdir. [31][32][33][34][35] Daha sonra isə bir müddət rus əsgərlərinin sığınacağı olmuşdur. Ermənistan SSR qurulduqdan sonra isə məscid tamamilə məhv edilmiş və dövrümüzə yalnız bir divarının qalığı çatmışdır. Ardı »